Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə140/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   136   137   138   139   140   141   142   143   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
180


4. Bitməmiş istehsal üzrə normativ xərclərin artım əmsalı nəzərə alınmaqla 
müəyyən edilir.
Xərclərin artım əmsalı – bitməmiş istehsalın orta hesabla dəyərinin ümumi 
xərclərə nisbətidir. O, iki üsulla müəyyən edilir: 
1.
Xərclər bərabər artdıqda; 
2.
Xərclər qeyri-bərabər artdıqda. 
DÖVRIYYƏ VƏSAITLƏRININ FORMALAŞDIRILMASININ MƏNBƏLƏRI 
Dövriyyə vəsaitlərinin formalaşdırılması mənbələri dörd qrupa bölünür: 
1. Dövriyyə vəsaitlərinin formalaşdırılmasının xüsusi və ona bərabərləşdirilən 
mənbələri.
Müəssisə yaradılan vaxt təsisçilərin əmanətləri hesabına nizamnamə kapitalı 
yaradılır. Ona görə də xüsusi vəsait nizamnamə kapitalında olan əmanətlərdir. 
Müəssisənin fəaliyyəti zamanı xüsusi mənbələrinin tamamlanmasının əsas xüsusi 
mənbəyi müəssisənin sərəncamında olan mənfəətdir. 
Xüsusi mənbələrə bərabərləşdirilən vəsaitlər möhkəm passivlərdir. Möhkəm 
passivlər – sosial sığortaya ayırmalarla əmək haqqı üzrə minimum borclar. Qarşıdakı 
xərclər və ödəmələrin ödənilməsi üçün ehtiyat üzrə minimum borclar. Ödənilmə 
müddətindən əvvəl hesablanmış vergilər üzrə borclar. 
2. Cəlb edilən vəsaitlər – kreditor borcları; 
3. Borc mənbələri – bankın qısamüddətli kreditləri; 
4. Sair mənblər. 
KitabYurdu.az 
181


DÖVRIYYƏ VƏSAITLƏRINDƏN ISTIFADƏNIN SƏMƏRƏLILIK
GÖSTƏRICILƏRI 
Dövriyyə vəsaitlərindən səmərəli istifadə edilməsinin müəssisənin işinin normal 
təmin edilməsində rolu böyükdür. Müasir şəraitdə dövriyyə vəsaitlərindən səmərəli 
istifadə edilməsinə neqativ təsiri və onların dövriyyəsinin ləngiməsinə təsiri 
iqtisadiyyatın böhranlı vəziyyətinin amilləri göstərir:
– istehsalın həcminin azalması; 
– inflyasiya prosesi; 
– ödəmə intizamının pozulması; 
– vergitutma səviyyəsinin yüksək olması. 
1. Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyi onların dövriyyəsi göstəricisi 
ilə xarakterizə olunur. Satışdan əldə edilən pul gəlirlərinin dövriyyə vəsaitlərinin orta 
illik qalığına bölünməsi yolu ilə hesablanır. Ildəki, yaxud rübdəki günlərin sayını 
dövriyyə əmsalına bölməklə bir dövriyyənin başa çatmasına sərf edilən vaxt müəyyən 
edilir. 
2. Maddi dövriyyə vəsaitlərinin rentabelliyi – məhsulların satışından əldə edilən 
mənfəətin dövriyyə vəsaitlərinin orta qalığına bölünməsi yolu ilə hesablanır. Bu 
göstərici vəsaitlərin 1 manatına düşən mənfəəti ifadə edir.
3. Material ödənişi – satışdan pul gəlirinin material xərclərinə bölünməsi yolu ilə 
hesablanır. 
Dövriyyə vəsaitlərinin saxlanması və səmərəli istifadə edilməsini xarakterizə 
edən göstəricilər: 
– istehsal ehtiyatlarının səmərəli təşkili, yəni, optimal normalaşdırma, qənaətlə 
istifadə; 
– dövriyyə vəsaitlərinin bitməmiş istehsalda olmasının müddətinin ixtisar 
edilməsi; 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin