Əmlakın sığortalanması prosesində sığortaçıya sığorta haqqı
ödənilir, əmlaka
kortəbii və xoşagəlməz hadisələr nəticəsndə zərər dəydikdə sığortaçı
əmlak sahibinə
sığorta ödənişi verir. Bundan başqa, müəssisə və təşkilatlar büdcədənkənar fondların
yaradılmasında iştirak edirlər. Belə ki,
Dövlət Sosial Müdafiə Fondu, Əhalinin
Məşğulluğuna Kömək Fondu və Əlillərin Sosial Müdafi Fonduna ödəmələr verilir.
Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müəssisələrin
işçilərinə pensiya,
müavinət və başqa təminatlar verilir.
MÜƏSSISƏLƏRIN DÖVRIYYƏ VƏSAITLƏRI,
ONLARIN TƏYINATI VƏ
FORMALAŞDIRILMASININ MƏNBƏLƏRI
1.
Müəssisənin dövriyyə vəsaitlərinin iqtisadi mahiyyəti və təşkilinin əsasları
2.
Dövriyyə vəsaitlərinə tələbatın müəyyən edilməsi metodları
3.
Dövriyyə vəsaitlərinin formalaşdırılmasının mənbələri
4.
Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyi göstəriciləri
Hər bir müəssisənin cari fəaliyyətinin həyata keçirilməsi üçün dövriyyə vəsaitləri
olmalıdır. Dövriyyə vəsaitləri dövriyyə istehsal fondları və tədavül fondlarına bölünür:
Dövriyyə istehsal fondları istehsal sferasına
xidmət edir və bir istehsal
prosesində ilk formasını dəyişərək dəyərini tam hazır məhsula keçirir.
Dövriyyə istehsal fondlarına daxildir:
– xammal materiallarının ehtiyatı;
– bitməmiş istehsalın xərcləri;
– gələcək dövrlərin xərcləri;
Tədavül fondlarına daxildir:
– hazır məhsullar;
– pul vəsaitləri;
– hesablaşmalarda olan vəsaitlər (debitor borcları).
KitabYurdu.az
176
Dövriyyə istehsal fondları və tədavül fondları daimi hərəkətdə olmaqla vəsaitlərin
dövriyyəsinin fasiləsiz prosesini təmin edir. Bu zaman avans edilən dəyərin formasının
daimi və qanunauyğun dəyişməsi baş verir. Onlar pul formasından əmtəə formasına,
sonra isə istehsal formasına (istehsal ehtiyatı) və yenidən əmtəə və pul formasına keçir.
P – Ə ------ Ə – I – Ə ------ Ə
1
– P
1
1
2
3
Birinci mərhələdə (P – Ə) dövriyyə vəsaitləri pul formasından istehsal ehtiyatı
formasına çevrilir (I×E). Bu mərhələdə tədavül sferasından istehsal sferasına keçid və
avans dəyəri pul formasından məhsuldar formaya çevrilir (P - I×E).
Ikinci mərhələdə (Ə – I – Ə) istehsal prosesi başa çatır. Bu mərhələdə satın alınan
material qiymətlilər, istehsal ehtiyatları əmək vasitələri
və işçi qüvvəsilə birləşir, yeni
məhsul istehsal edilir. Dövriyyənin bu mərhələsində avans edilmiş dəyər yenidən öz
formasını dəyişir. Məhsuldar formadan əmtəə formasına keçir.
Dövriyyənin üçüncü mərhələsində hazır məhsullar satılır
və pul vəsaitləri əldə
edilir. Bu mərhələdə dövriyyə vəsaitləri istehsal sferasından tədavül sferasına keçir və
yenidən pul forması alır.
Dövriyyə vəsaitləri aşağıdakı kimi təsnifləşdirilir:
I Dövriyyə vəsaitlərinin istehsal prosesində yeri və roluna görə dörd qrupa bölünür:
1. Istehsal ehtiyatlarında olan dövriyyə vəsaitləri;
2. Bitmiş istehsalda və gələcək dövrlərin xərclərində olan dövriyyə vəsaitləri;
3. Hazır məhsullardakı vəsaitlər;
4. Pul vəsaitləri və hesablaşmalarda olan vəsaitlər.
II Planlaşdırma səviyyəsinə görə dövriyyə vəsaitləri iki qrupa bölünür:
1. Normalaşdırılan;
2. Normalaşdırılmayan.
Normalaşdırılmayan dövriyə vəsaitləri pul vəsaitləri
və hesablaşmalarda olan
vəsaitlərdir. Qalan dövriyyə vəsaitləri normalaşdırılmalıdır.
Dostları ilə paylaş: