2. Məhsul istehsalı məqsədlərinə material-istehsal ehtiyatların bilavasitə emalı
prosesində
əmələ gələn, işin yerinə yetirilməsi, xidmət göstərilməsi və onların satışı,
habelə əmtəələrin satışı prosesində (əsas vəsaitlərin
və digər dövriyyədənkənar
aktivlərin saxlanılması və istismarı və habelə onların saz vəziyyətdə saxlanılması üzrə
xərclər: kommersiya, idarəetmə xərcləri və s.) əmələ gələn xərclər.
Adi fəaliyyət növləri üzrə xərclərin formalaşması zamanı onların aşağıdakı
elementlər üzrə qruplaşdırılması təmin edilməlidir:
1.
Material məsrəfləri;
2.
Əməyin ödənilməsi məsrəfləri;
3.
Sosial ehtiyatlara ayırmalar;
4.
Əsas fondların amortizasiyası;
5.
Sair məsrəflər.
Müəssisənin adi fəaliyyət növündən maliyyə nəticələrini müəyyən etmək
məqsədilə məhsulun, işin, xidmətin maya dəyəri hesablanır, bu da adi fəaliyyət növü
üzrə xərc bazası əsasında formalaşır.
Sair xərclərə əməliyyat, satışdankənar və fövqəladə xərclər daxildir.
Əməliyyat xərcləri aşağıdakılardan ibarətdir:
1. Müəssisənin (təşkilatın) haqqı ödənilməklə müvəqəti
istifadəyə verilməsi ilə
(müəvəqqəti sahibliyə və istifadəyə) bağlı xərclər;
2. Ixtiraya patentlər, sənaye nümunələri və digər
intellektual mülkiyyət
növlərindən irəli gələn hüququn haqqı ödənilməklə verilməsi ilə əlaqədar xərclər;
3. Başqa müəssisələrin (təşkilatların) nizamnamə kapitalında iştirakı ilə əlaqədar
xərclər;
4. Əsas fondların və digər aktivlərin (xarici valyutadan başqa), əmtəələrin,
məhsulların satışı, sıradan çıxması və digər silinməsi ilə əlaqədar xərclər;
5. Müəssisənin (təşkilatın) onlara verilmiş pul vəsaitlərinlən (kreditlər, borclar)
istifadəyə görə ödədikləri faizlər;
KitabYurdu.az
172
6. Kredit təşkilatları tərəfindən göstərilən xidmətlərin
ödənilməsi ilə əlaqədar
xərclər;
7. Sair əməliyyat xərcləri.
Satışdankənar xərclərə aiddir:
1. Müqavilə şərtlərini pozmağa görə cərimələr, penyalar, dəbbə pulu;
2. Müəssisə (təşkilata) dəymiş zərərin ödənilməsi;
3. Hesabat ilində etiraf edilmiş keçmiş ilin zərərləri;
4. Iddia müddəti bitmiş debitor borclarının, tutulmaq üçün qeyri-real olan digər
borcların məbləği;
5. Məzənnə fərqi;
6. Aktivlərin (dövriyyədənkənar aktivlər istina olmaqla) ucuzlaşması məbləği;
7. Sair reallaşdırılmamış xərclər.
Fövqəladə xərclərə təsərrüfat fəaliyyətinin fövqəladə
vəziyyətinin nəticəsi kimi
əmələ gələn (təbii fəlakət, yanğın, qəza, əmlakın milliləşdirilməsi) xərclər aid edilir.
Təcrübədə ticarət və tədarük müəssisələrində gəlir (ümumi) əmtəələrin satışından
daxilolmalar ilə əmtəələrin alış dəyəri arasındakı fərq kimi müəyyən edilir. Ticarət
müəssisələrinin gəlirlərinin formalaşması mənbəyi aşağıdakılardır:
1. Maddi istehsal sferasında yaradılan və ticarətləri və s. vasitəsilə əmtəə tədavülü
dairəsinə verilən izafi məhsulun bir hissəsi;
2. Tədavül sferasında ticarət işçilərinin əməyi ilə yaradılmış
izafi dəyərin bir
hissəsi. Praktiki olaraq ticarət fəaliyyəti üzrə gəlirlər ticarət güzəşti, əlavəsi, üstəliyi,
komision mükafatı və büdcədən ödəmələr hesabına əmələ gəlir.
Müəssisə və təşkilatlarda məsrəflərin idarə edilməsi məqsədi üçün xərclər ayrı-
ayrı maddələri üzrə nəzərə alınır.
KOMERSIYA MÜƏSSISƏLƏRININ
MƏNFƏƏT VƏ RENTABELLIYI
Mənfəət məhsul (əmtəə və xidmətin) satışından gəlirlərin həmin məhsulun (əmtəə
və xidmət) istehsalı və satışı xərclərindən artığını ifadə edir. Başqa sözlə, müəssisənin
Dostları ilə paylaş: