gəliri ilə xərcləri arasındakı fərq onun mənfəətini təşkil edir. Mənfəət kommersiya
təşkilatlarının təsərrüfat fəaliyyətinin maliyyə nəticələrinin ən mühüm göstəricilərindən
biridir.
Iqtisadi kateqoriya kimi, mənfəət sahibkarlıq fəaliyyətinin maliyyə nəticələrini
xarakterizə edir.
Mənfəət əldə edilməsi, kapitalın, əməyin və əsas vəsaitlərin cəlb edilməsi
əsasında məhsul istehsalı (işin yerinə yetirilməsi, xidmət göstərilməsi) üzrə təşkilatın
fəaliyyətinin nəticəsindən ibarətdir.
Məhsul satışından mənfəət ümumi mənfəətə (balans mənfəəti) və xalis mənfəətə
bölünür. Kommersiya təşkilatlarında mövcud qiymətlərlə (ƏDV və aksizsiz) məhsul (iş
və xidmət) satışından daxil olan gəlirlərilə onun istehsalı və satışına çəkilən xərclərin
məbləği arasındakı fərq kimi hesablanır.
Misal:
Məhsul satışından daxilolmalar sərbəst qiymətlərlə 1800 AZN təşkil
etmişdir. Məhsulun istehsalı və satışı xərcləri 1200 AZN olmuşdur. ƏDV-in dərəcəsi 18
% təşkil edir. Bu məhsul aksiz vergisinə cəlb edilmir.
Vergisiz satış pulu:
1800 – (1800 × 0,18) = 1476 AZN
Mənfəət – 1476 – 1200 = 276 AZN
Ticarət müəssisələrində əmtəələrin satışından mənfəət satış pulu – netto məbləği
ilə (ƏDV, digər vergiləri çıxmaqla satış pulu) reallaşdırılmış əmtəələrin qalıq dəyəri və
satılmış əmtəələrə tədavül xərcləri məbləği (ümumtəsərrüfat xərcləri nəzərə alınmaqla)
arasındakı fərq kimi müəyyən edilir.
Balans mənfəəti
– satışdan əldə olunan mənfəət ilə satışdan kənar mənfəətin
ümumi həcmini göstərir. Beləliklə, balans mənfəəti təşkilatın bütün təsərrüfat
fəaliyyətinin nəticələrini əks etdirir.
M
b
= M
ms
+ M
əs
+ G
ck
Dostları ilə paylaş: