Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə132/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   128   129   130   131   132   133   134   135   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
168


öyrənilməsinə, müəssisənin maliyyə imkanlarının təhlilinə əsaslanır. Yaxşı hazırlanmış 
plan kommersiya hesabının müsbət nəticələrinə xidmət edir.
KOMERSIYA MÜƏSSISƏLƏRININ GƏLIR VƏ XƏRCLƏRI 
Kommersiya təşkilatlarının pul gəlirləri məhsul (iş və xidmət) satışından, digər 
əmlakların satışından (əsas fondların, inventarların, qeyri-material aktivlərinin və s.) 
daxilolmalardan, satışdankənar gəlirlərdən, icarə haqqından əmələ gəlir. 
Pul gəlirlərinin başlıca mənbəyi məhsul (iş və xidmət) satışından daxilolmalardan 
ibarətdir. Onun həcmi məhsul satışının həcmi və qiyməti ilə müəyyən edilir. Öz 
növbəsində məhsul (iş və xidmət) satışının həcmi ilə bazarın tələblərindən, bazarda 
tələb və təklifdən asılıdır.
Mövcud qaydaya əsasən gəlir dedikdə, aktivlərin (pul vəsaiti, digər əmlakları) 
daxil olması nəticəsində və (və ya) bu təşkilatın kapitalının artmasına (iştirakçıların, 
əmlak sahiblərinin kapitalı istisna olmaqla) gətirib çıxaran öhdəliklərin ödənilməsi 
nəticəsində iqtisadi faydanın artması qəbul edilir.
Deyilənlərdən aydın olur ki, müəyyən müddət ərzində daxil olmuş pul vəsaiti və 
ya digər əmlak təşkilatın gəlirlərini əmələ gətirir, onun aktivlərini artırır. Lakin heç də 
bütün pul vəsaitləri gəlir hesab edilmir. Belə ki, aşağıdakı daxilolmalar təşkilatların 
gəliri kimi qəbul edilmir: 
1. Əlavə dəyər vergisinin, aksizlərin, satışdan verginin, ixrac rüsumu və digər 
analoji məcburi ödənişlərin məbləğləri; 
2.Məhsulun, əmtəələrin, işin, xidmətin qabaqcadan ödənilməsi qaydasında 
alınmış məbləği – məhsulun, əmtəənin, işin, xidmətin ödənilməsi hesabına avansı; 
3. Beh və girov məbləği; 
4. Kreditin ödənilməsi və borcalana verilmiş borc məbləği. 
Gəlirlər xarakterindən, əldə edilmə şərtlərindən və təşkilatın fəaliyyət 
istiqamətindən asılı olaraq iki yerə ayrılır: 
1.
Adi fəaliyyət növündən əldə edilən gəlirlər; 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin