MÜƏSSISƏLƏRIN MALIYYƏSININ
MAHIYYƏTI VƏ FUNKSIYALARI
Müəssisələrin maliyyəsi maliyyə sisteminin əsas hissəsidir. Ictimai istehsal
sferasına xidmətetmə xüsusiyyətinə görə maddi istehsal sahələrinin miqyası və qeyri-
istehsal sahələri təşkilatlarının maliyyəsi bir-birindən fərqlənir. Bundan başqa,
mülkiyyət formasından asılı olaraq müəssisələrin maliyyəsi
dövlət müəssisələrinin
maliyyəsi və qeyri-dövlət müəssisələrinin (xüsusi, kooperativ, birgə müəssisələr)
maliyyəsinə bölünür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən təşkilati-hüquqi
əlamətlərinə görə müəssisə və təşkilatlar kommersiya
və qeyri-kommersiya
təşkilatlarına ayrılır.
Müəssisələrin maliyyəsi ümumdövlət məqsədlərinə və müəssisələrin öz
xərclərinin maliyyələşdirilməsi, pul fondlarının və yığımlarının formalaşması,
bölüşdürülməsi və istifadəsi ilə əlaqədar meydana çıxan iqtisadi münasibətlər sisteminin
məcmuundan ibarətdir.
Maliyyənin əsas əlamətlərindən biri onların pul formasında
ifadəsi və maliyyə
münasibətlərinin pul vəsaitinin real hərəkəti vasitəsilə əks olunmasıdır.
Maddi istehsal sferası müəssisələrin maliyyəsi aşağıdakı pul münasibətlərini
özündə əks etdirir:
1. Müəssisə və təşkilatların arasında göndərilmiş məhsulların, xammalın,
materialların, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin və s.
dəyərinin
ödənilməsi, qiymətli kağızların alqı-satqı zamanı yaranan münasibətlər;
2. Müəssisə və təşkilatlarla onun işçi kollektivi arasında əmək haqqı, mükafat,
müavinət və s. ödənildikdə;
3. Müəssisə və təşkilatlarla dövlət arasında büdcəyə vergi ödənilməklə, büdcədən
təxsisat olduqda;
4. Müəssisə və təşkilatlarla büdcədənkənar dövlət fondları arasında bu fondlara
haqlar ödənildikdə;
KitabYurdu.az
165
5. Müəssisə və təşkilatlarla banklar arasında kredit olduqda və qaytardıqda,
faizlər ödənildikdə, banklara müvəqqəti azad pul vəsaitlərini depozitə verdikdə;
6. Müəssisə ilə baş idarə arasında sahədaxili yenidən
bölüşdürmə çərçivəsində
baş verən münasibətlər (təsərrüfatdaxili ayırmalar və kreditin alınması);
7. Müəssisə ilə sığorta təşkilatları arasında əmlak, sahibkar risqi və s.
sığortalandıqda;
8. Müəssisə ilə tikinti-layihə təşkilatları arasında investisiya layihələri həyata
keçirildiyi zaman.
Bütün bu münasibətlərdən aydın olur ki, müəssisələrin maliyyəsinin zəruriliyi
əmtəə-pul münasibətlərinin mövcudluğu və dəyər qanununun fəaliyyəti ilə sıx surətdə
əlaqədardır.
Maliyyənin mahiyyəti onun funksiyalarında təzahür edir.
Müəssisələrin
maliyyəsi iki funksiyanı – bölüşdürücü və nəzarət funksiyasını yerinə yetirir.
Müəssisənin maliyyəsinin bölüşdürücü funksiyasının vasitəsilə ictimai məhsulun,
ümumi gəlirin, müəssisənin sərəncamında qalan mənfəətin bölgüsü, məqsədli pul
fondlarının,
əsas və dövriyyə vəsaitlərinin, amortizasiya fondunun yaradılması və
istifadəsi həyata keçirilir.
Müəssisənin maliyyəsinin nəzarət funksiyası gəlirlərin formalaşdırıl-masına,
müəssisənin məsrəflərinə, pul fondlarının səmərəli istifadə edilməsinə,
büdcədənkənar
sosial fondlara ayırlmalara nəzarət edilməsində təzahür edir. Maliyyə nəzarəti pul
fondlarının məqsədli təyinatı üzrə istifadəsi prosesində həyata keçirilir.
KOMERSIYA MÜƏSSISƏLƏRININ (TƏŞKILATLARININ)
MALIYYƏSININ TƏŞKILI PRINSIPLƏRI
Kommersiya müəssisələrinin maliyyəsinin təşkili onların
təsərrüfat fəaliyyətinin
təşkili xüsusiyyətlərinə əsaslanır. Kommersiya müəssisələrində (təşkilatlarında) xüsusi
maliyyə resurslarının ilkin formalaşması müəssisənin təsis edilməsi anında – yəni,
nizamnamə fondu (kapitalı) yarandığı vaxt baş verir.
Dostları ilə paylaş: