III Formalaşdırılma mənbələrinə görə dövriyyə vəsitləri dörd qrupa bölünür:
1.
Xüsusi və ona bərabərləşdirilən;
2.
Borc vəsaiti;
3.
Cəlb edilən;
4.
Sair mənbələr.
IV Likvidlik dərəcəsinə görə dövriyyə vəsaitləri dörd yerə bölünür:
1. Daha çox likvidli – pul vəsaitləri və tez satılan qiymətli kağızlar;
2. Tez satılan dövriyyə vəsaitləri – hesabat dövründən sonra 12
ay ərzində
gözlənilən ödəmələrlə debitor borcları;
3. Orta səviyyədə satılan dövriyyə vəsaitləri – hazır məhsullar və satış üçün
əmtəələr, 12 aydan çox ödənilmə müddəti olmayan debitor borcları;
4. Çətin satılan dövriyyə vəsaitləri – xammal, materiallar (əsas ehtiyatda).
Dövriyyə vəsaitlərinin tərkibi və quruluşu müəssisənin ixtisaslaşmasından,
istehsal dövrünün uzunluğundan (davametmə müddəti),
hesablaşma sistemindən,
xammalın göndərilmə şərtlərindən və s. asılıdır.
KitabYurdu.az
178
DÖVRIYYƏ VƏSAITLƏRINƏ TƏLƏBATIN HESABLANMA METODLARI
Istehsal müəssisələrinin fəaliyyətinin səmərəliliyi dövriyyə vəsaitlərinə tələbatın
düzgün hesablanmasından daha çox asılıdır. Dövriyyə vəsaitlərinin tələbatdan artıq
olması onların ehtiyatının artmasına, dövriyyədən yayınmasına səbəb olur.
Dövriyyə
vəsaitlərinin çatışmazlığı isə istehsal və satışı
prosesini pozur, öhdəliklərin vaxtında
yerinə yetirilməməsinə səbəb olur. Ona görə də məhsulların istehsalı və satışı prosesinin
fasiləsizliyinin təmin edilməsi üçün tələbat qədər dövriyyə vəsaitləri olmalıdır, yəni
dövriyyə vəsaitlərinə optimal tələbat müəyyən edilməlidir. Bu zaman normalaşdırmanın
üç metodundan istifadə edilməlidir:
1. Hesablama-analitik metod – dövriyyə vəsaitinin həcmi keçən ildəki faktiki orta
qalıq səviyyəsində müəyyən edilir, bu zaman dövriyyə vəsaitlərinin həcminə təsir edən
amillər nəzərə alınır (məhsulların istehsalı və satışının artım tempi, dövriyyənin sürəti
və s.).
2. Əmsal metodu – bu metod tətbiq ediləndə dövriyyə
vəsaitləri iki qrupa
bölünür:
– istehsalın həcmindən asılı olan dövriyyə vəsaitləri – xammal,
materiallar,
komplektləşdirici məmulatlar. Bu qrup üzrə normativ
bir qayda olaraq hesablama-
analitik metodları müəyyən edilir.
– istehsalın həcmindən asılı olmayan dövriyyə vəsaitləri (gələcək
dövrlərin
xərcləri, ehtiyat hissələri). Bunlar üzrə normativ keçən ildə faktiki orta qalıq
səviyyəsində müəyyən edilir.
3. Birbaşa hesablama metodu – müəssisənin təşkilati-texniki inkişafında
dəyişiklik nəzərə alınmaqla dövriyyə vəsaitinin hər bir elementi üzrə ehtiyatın
əsaslandırılmaqla hesablanması. Bu metodla normativin hesablanması aşağıdakı
qaydada həyata keçirilir:
– müvafiq göstəricinin 365 yaxud 90-a bölünməsi yolu ilə dövriyyə vəsaitlərinin
bir günə düşən məsarifi müəyyən edilir;
Dostları ilə paylaş: