Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu


Elmi tədqiqatın hipotetik və eksperimental – nəzəri mərhələsi



Yüklə 82,67 Kb.
səhifə10/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
ktm üzrə tədqiqat texnologiyaları

3.2. Elmi tədqiqatın hipotetik və eksperimental – nəzəri mərhələsi. Tədqiqatın mövzusu haqqında faktiki təsəvvürlər ilə onun mahiyyətini başa düşmək zərurəti arasında ziddiyəti həll etməyə yönəldilir. Bu mərhələ tədqiqatın empirik səviyyəsindən nəzəri (və ya eksperimental-nəzəri) səviyyəsinə keçməyə şərait yaradır. Nəzəri mərhələdə tədqiqatın mövzusu haqqında təsəvvürlər ilə həmin mövzu barədə sistemli təsəvvürlər almağa olan tələbat arasında ziddiyyətin aradan qaldırılması ilə bağlıdır. Tədqiqat nəticəsində yaranan nəzəriyyə proqnostik mərhələyə keçməyə imkan verir. Bu mərhələdə tədqiqatın mövzusu haqqında alınan təsəvvür ilə onun (mövzunun) yeni şəraitdə inkişafını qabaqcadan görmək zərurəti arasında ziddiyyəti həll etmək tələb olunur.
Tədqiqat işinin yerinə yetirilməsi aşağıdakı mərhələlərdən ibarətdir:
1. Mövzunun seçilməsi və əsaslandırılması.
2. Mövzunun əsas məsələsinin ədəbiyyat mənbələrində öyrənilməsi və təhlili.
3. Məqsədin müəyyən edilməsi və planın tərtibi.
4. Tədqiqatın metodunun təyin edilməsi.
5. Eksperimental tədqiqatın yerinə yetirilməsi (faktların toplanması, ədəbiyyat və şəxsi materialların müzakirəsi, nəticələrin formalaşdırılması.
6. İşin tərtibi və son tamamlama işinin aparılması.
7. Ədəbiyyat siyahısının tərtibi.
Mövzunun seçilməsi elmi-tədqiqat işində ciddi və məsuliyyətli mərhələdir. O, çox vaxt kafedranın işlədiyi problemin ayrı-ayrı məsələlərinə uyğun olaraq müəyyən edilir. Belə hallarda tədqiqatçıya təklif edilmiş məsələlərin həllini vahid metodika əsasında müəyyən etmək təklif olunur. Mövzunun bu cür tədqiqi kafedrada tədqiq olunan məsələlərin həlli üçün seçilmiş materialların və laboratoriyaların yeni avadanlıqlar, faktlar ilə daha da zənginləşdirilməsinə, bununla da kafedranın və özünün mövzusunun uğurlu həllinə yönəldilir. Belə işləri yerinə yetirməklə tədqiqatçı artıq yaradılmış bazadan istifadə etmək imkanı əldə edir. lakin mövzunun belə seçilməsinin pedaqoji baxımdan bir sıra mınfi tərəfləri var. Bu cür tədqiqatın aparılması zamanı tədqiqatçının təşəbbüskarlığı müəyyən dərəcədə məhdudlaşır, bir sıra hallarda tədqiqatçı yalnız bəzi materialların texniki cəhətdən yerinə yetirilməsi və hesabat aparması ilə məşğul olur. Buna görə də belə tədqiqat işlərinin mövzusu ciddi formalaşdırılmalı, orada tədqiqatçının rolu və istiqaməti müəyyənləşdirilməlidir. Bu tip tədqiqat işlərinin aparılması zamanı kafedranın yerinə yetirdiyi işlərin siyahısı tərtib olunmalıdır ki, tədqiqatçı məsələnin qoyuluşu barədə arayış əldə etmiş olsun. burada göstərmək lazımdır ki, mövzunun aktuallığı nədən ibarətdir və ya mövzunun yeniliyi, təklif olunmuş materialın dəyəri nədən ibarət olacaq. Mövzunun seçilməsi tədqiqatçının marağı əsasında müxtəlif mövzular ətrafında da ola bilər. Lakin həmin mövzular kafedranın iş metodikasına uyğun olmalıdır. Əksər hallarda bu işlər araşdırma xarakteri daşıyır. Axtarış tələb edən mövzular elm və praktikanın müasir tələblərinə cavab verməlidir. Burada tədqiqatçı üçün geniş imkanlar yaranır. Təhsil əhəmiyyətindən əlavə, belə tədqiqat işlərinin yerinə yetirilməsi kafedranın elmi işinə çox maraqlı məsələlərin daxil olunmasına, təhlillərin, diskusiyaların keçirilməsinə səbəb olur.
Tədqiqat işinin mövzusu aydın və dəqiq formalaşdırılmalıdır. Mövzunun adı qısa olmalıdır və məzmunu əks etdirməlidir. O, tədqiqatın predmetini və tədqiqat işinin istiqamətini müəyyən edir. Başqa sözlə, mövzunun adını elə formalaşdırmaq lazımdır ki, tədqiqatın məqsədini və onun nəticəsində mümkün fikirləri, yəni hipotezi, işin aparılmasının istiqamətini təyin etmək mümkün olsun. bütün yuxarıda deyilənlər pedaqoji və metodiki ədəbiyyatlar öyrənildikdən və unun ilkin işlənilməsindən sonra mümkün olacaq. Tədqiqat işinin mövzusu kafedranın profilinə uyğun olmalıdır. Tədqiqat işinin adının formalaşdırılmasında olduğu kimi vəzifəsi və metodları da pedaqoji olmalıdır. Bu həm istehsalat, həm də praktik xrakter daşıyan müxtəlif mövzulara aiddir. Məsələn, “Kompüteri iş prinsipi” mövzusu öz məzmununa görə təmiz texniki əməliyyatdır. Lakin bu mövzunu belə bir məzmunda da vermək olar: “Məktəbdə kimya dərslərində kompüterdən istifadə”. Belə mövzular pedaqoji xarakter daşıyır. Iki kafedranın problemi əsasında kompleks mövzular da təqdim oluna bilər: ümumi kimya, nəzəri, metodiki və ya kimyanın metodikası və pedaqogika. Bu hallarda hər iki kafedradan iki rəhbər təyin olunur. Məsələn, “Tədris prosesində şagirdlərin müstəqilliyinin inkişafının didaktik əsasları və metodları”. Bu mövzunun tədqiqi tədris prosesində şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılmasının bütün mümkün olan imkanlarını izləmək, onların hər hansı bir fənn üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsində bir şəxsiyyət kimi iştirakını vacib sayılır.
Mövzunu seçərkən verilmiş mövzu ilə əlaqədar ədəbiyyatla tanış olmaq, sonra isə işin vəzifə və məzmununu, həcmi və istiqamətini müəyyənləşdirmək lazımdır. Başqa sözlə desək, tədqiqatın planı tərtib edilməlidir. Tədqiqatın planı aşağıdakı elementlərdən ibarət olmalıdır: işin məqsədi və vəzifəsi, həcmi və məzmunu, yeri və obyekti, vaxtı və tədqiqat metodikası. Planda təklif olunan eksperimentin xarakterinə də baxmaq vacibdir. Işə mövzu üzrə qoyulmuş məsələnin vəziyyətini öyrənməklə başlamaq lazımdır. Planı tədqiqatçı rəhbəri ilə birlikdə tərtib edir. işi yüngülləşdirmək üçün mövzu ilə əlaqədar dərc olunmuş tədqiqat işləri ilə tanış olmaq vacibdir. Planın tərtibi tədqiqat işinin əsas mərhələsidir; o, tədqiq olunan məsələ ilə ilkin tanışlıq imkanı yaradır, hipotez əmələ gəlir. Planı tərtib edərkən ədəbiyyatla tanışlıq zamanı tədqiqatçıda yeni fikirlər yaranır, fərziyyələr əmələ gəlir. Plan üzərində iş tədqiqatçı üçün mühüm yaradıcı, tərbiyəvi prosesdir. Əslində planın özü yox, onun üzərində iş prosesi çox əhəmiyyətlidir. Hazır plan heç də həmişə tədqiqatçıya onun elmi hazırlığında kömək etmir. Plan həmişə real görünmür: onun detalları dəyişə və dəqiqləşə bilər. Mövzunun yerinə yetirilmə prosesində müxtəlif məsələlərin işlənmə müvəffəqiyyətindən asılı olaraq plan dəqiqləşməlidir. Iş planı faktlarla zənginləşdirilmiş müxtəlif punktların yerinə yetirilmə ardıcıllığıdır. Plan tədqiqatın xarakterindən və mürəkkəbliyindən asılı olaraq dəyişə bilər.
Istənilən planın yerinə yetirilməsi müəyyən tədqiqat metodunu tətbiq etməyi nəzərdə tutur. Tədqiqat metodu – üsul, priyom və yanaşmalar toplusudur ki, onun köməyi ilə bu və ya digər elmi məsələ həll olunur, bu və ya digər tədqiqatlar aparılır. Metodika işin öz məzmunundan və tədqiqatın vəzifələrindən yaranır. Buna görə də plan tərtib olunduqdan sonra onunla paralel olaraq tədqiqatın metodikası işlənib hazırlanır. Metodikanın seçilməsi elmi işin planlaşdırılması və aparılmasının əsasını təşkil edir.
Metodika seçilmiş mövzunun yerini, vaxtını, yerinə yetirilmə xüsusiyyətlərini nəzərə almalıdır. Eksperimental və təcrübi işlərdə bir sıra avadanlıq, eksperimentin və ya təcrübənin sxemi, onların qısa təlimatın olması nəzərə alınmalıdır.
Beləliklə, mövzunun seçilməsi və planın tərtib olunmasından sonra tədqiqat metodunu müəyyənləşdirmək, təcrübənin sxemini seçmək, müşahidə etmək, təchizatın siyahısını tərtib etmək lazımdır.
Mövzunun tədqiqi işin bütün mərhələlərində yaranmiş sualları əsaslandırmaq üçün ədəbiyyatla tanış olmağı nəzərdə tutur. Elmi işin ilkin səviyyələrində ədəbiyyatın seçilməsi və onun öyrənilməsi vacibdir. ədəbiyyatın toplanması müşahidə aparmaq, eksperiment qoymaq və ya işi yazmaq kimi elmi işin mühüm hissəsidir. ədəbiyyat mənbələrindən istifadə etmək hər bir tədqiqatçı üçün mühüm xüsusiyyətlərdən biridir.
Materialın toplanması – elmi işdə əsas mərhələdir. O, sabit, planlı, məqsədyönlü olaraq faktların toplanmasıdır. Təklif olunan tədqiqatın vəzifə və planından asılı olaraq materialın toplanması müxtəlif cür olur. Bəzi işlər üçün verilmiş laboratoriya eksperimentləri və müşahidələrin yazılışı, bəziləri üçün isə anket sorğusu ilə məlumatların toplanmasıdır. Eyni zamanda ədəbiyyatlardan, arxiv, statistik hesabatlar və s. faktlar da ola bilər. Iş üçün toplanmış materiallar həqiqətə uyğun olmalıdır. Toplanan materiallar gündəliklərdə yazılmaıdır. Anket və ya sorğu məlumatları təhlil olunmalıdır. Arxiv materiallarından istifadə zamanı dəqiq çıxarış və fotokopiya edilməlidir, sorğular zamanı isə yazılı ifadələr alınmalıdır. Bəzi işlərdə yaxşı olardı ki, akt tərtib olunsun, anket doldurulsun, protokoldan çıxarış və yazılı ifadələr alınsın, mövcud qaydalarla qeyd olunsun: ifadə verənin tam olaraq adı, soyadı, bəzi hallarda vəzifəsi.

Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin