Tədqiqatın obyekti – üzərində tədqiqat aparılan prosesdir. Tədqiatın predmeti tədqiqatın aparılması üçün lazım olan vasitədir. Pedaqoji tədqiqatların predmeti tədqiqatın konkret obyektində baş verən proses və ya tədqiq edilən problemin aspektləridir. Tədqiqatın metodologiyası – tədqiqat zamanı rəhbər tutulan metodoloji prinsiplərin məcmusu başa düşülür ki, bu elmi problemlərin həllinə yol açır. Tədqiqatın müvəffəqiyyəti onun metodlarını düzgün seçib tətbiq etməklə sıx bağldır. Tədqiqatın məqsədi predmetdən istifadənin məqsədidir. Tədqiqatın vəzifəsi obyektin seçilməsi və məqsədə nail olmaq üçün görülən işlərdir. Tədqiqatın metodoloji əsasları dialektik idrak nəzəriyyəsi və milli dəyərləndirməyə əsaslanan konsepsiya təşkil edir. Misal göstərək: Mövzu: “Ümumtəhsil məktəblərində kimyanın tədrisində yaradıcı xarakterli məsələlərdən və laboratoriya işlərindən istifadə üzrə işin təşkili yolları”. Tədqiqatın obyekti ümumtəhsil orta məktəblərində kimyanın tədrisi prosesidir.
Tədqiqatın predmeti ümumtəhsil məktəblərində kimyanın tədrisində yaradıcı xarakterli məsələlərdən və laboratoriya işlərindən istifadə üzrə işin sistemidir.
Tədqiqatın məqsədi fizika fənninin şəxsiyyətyönümlü təliminin reallaşdırılması, yaradıcı, praktik məzmunlu məsələlər həlli və laboratoriya məşğələlərinin yerinə yetirilməsi metodikasını işləyib hazırlamaqdan, elmi cəhətdən əsaslandırmaqdan ibarətdir.
Tədqiqatın vəzifələri. Məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həlli nəzərdə tutululmuşdur:
kimyanın şəxsiyyətyönümlü təliminin formalaşdırılması tarixini araşdırmaq;
kimyanın təlimi prosesində şagirdlərin şəxsiyyətyönümlü bacarıqlara yiyələnməsi yollarını müəyyənləşdirmək;
kimyanın təlimində şəxsiyyətyönümlülüyün mahiyyətini və əhəmiyyətini araşdırmaq;
praktik məzmunlu kimya məsələlərinin şəxsiyyətyönümlü bacarıqların formalaşmasındakı əhəmiyyətini üzə çıxarmaq;