Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu



Yüklə 82,67 Kb.
səhifə9/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
ktm üzrə tədqiqat texnologiyaları

Tədqiqatın fərziyyəsi. Kimyanın təlimi prosesində yaradıcı, praktik məzmunlu məsələlər həlli laboratoriya məşğələlərinin yerinə yetirilməsi metodikası nəzəri biliklərin və həyat fəaliyyətində vacib olan bacarıqların, vərdişlərin birliyinin təmini əsasında qurulursa, şagirdlərin öz bilik və bacarıqlarını həyati fəaliyyətlərində tətbiq etməyə hazırlığının səviyyəsi artar.
Tədqiqatın metodoloji əsasını pedaqoji fakt, hadisə və prosesləri öyrənmək, dərk etmək, dəyişdirmək məqsədilə tətbiq olunan nəzəri müddəaların, prinsiplərin, metod və priyomların məcmusu təşkil edir.
Tədqiatların metodları: müşahidə, müsahibə, anket sorğusu, müqayisə, tədqiqatın mövzusu üzrə biblioqrafik mənbələrin öyrənilməsi və təhlili, qabaqlayıcı təcrübənin öyrənilməsi, pedaqoji, psixoloji və metodik ədəbiyyatın nəzəri təhlili, pedaqoji eksperiment və riyazi metod.


Mühazirə 3. Kimyanın tədrisi metodikası üzrə elmi tədqiqatın mərhələləri
Plan:

  1. Elmi tədqiqatın empirik mərhələsi.

  2. Elmi tədqiqatın hipotetik və eksperimental – nəzəri mərhələsi.

  3. Elmi tədqiqatın proqnostok mərhələsi.

3.1. Elmi tədqiqatın empirik mərhələsi. Yeniliyin tətbiqi sahəsi , dairəsi, verə biləcəyi fayda, sosial- iqtisadi səmərə onun əhəmiyyətini dəyərləndirir . Tədqiqatın məntiqi və dinamikası bir sıra mərhələlərin həyata keçirilməsini nəzərdə tutur: empirik, hipotetik (fərziyyə), eksperimental-nəzəri (və ya nəzəri), proqnostik. Empirik mərhələdə tədqiqatın mövzusu barədə təsəvvür alınır, real təhsil praktikası, elmi biliklərin səviyyəsi ilə hadisələrin mahiyyətini anlamaq tələbatı arasında ziddiyət aşkara çıxarılır, elmi problem ifadə olunur. Bu mərhələdə mövzu ilə bağlı dissertasiya işləri, elmi məqalələr, konfrans materialları, dövlət sənədləri toplanaraq təhlil olunur, müəllimlərin şagirdlərlə apardığı sinif və sinifdənkənar məşğələlərin gedişi müşahidə edilir, nəticə çıxarılır. Tədqiqatçı kimya tədrisi prosesinin bütün xüsusiyyətlərini aydınlaşdırmaqla öz fərziyyəsini formalaşdırmaq üçün kifayət qədər fakt toplayır. Müşahidə obyekti bir şagird, tam bir şagird qrupu ola bilər. Bunlar üzərində tədqiqatçı laboratoriya işinin icrası, məsələ həlli, sərbəst işlərin yerinə yetirilməsi və s. proseslər üzərində müşahidə apara bilər. Müşahidə obyekti müəllimin özü də ola bilər: müəllimin materialı necə şərh etməsi, şagirdlərə bacarıq və vərdişlərin necə aşılanması müşahidə edilə bilər. Pedaqoji müşahidələr tədqiqatçının fərziyyəsi üçün ilkin material verir. Empirik analizin əsas nəticəsi tədqiqatın fərziyyəsi hesab olunur.

Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin