Tədqiqatın subyekti müəyyənləşdirilərkən obyektdə olduğu kimi müqayisə olıuna bilməsi və problemin əhatə dairəsi nəzərə alınmalıdır. Tədqiqatın subyekti də aşağıdakılardan ibarət ola bilər:
Tədqiqat işinin əsas əlamətlərindən biri fərziyyə qurmaqdır. Fərziyyə bəzi faktlar əsasında nəticəyə gəlmə yoludur, lakin heç də nəzərdə tutulan nəticəni isbat etmək kimi qəbul etmək olmaz. Fərziyyə qurmaq elmi idrak prosesində o zaman meydana gəlir ki, isbat etmə mümkün olmur. Fərziyyə əsasında keçmişdə baş vermiş və gələcəkdə baş verə biləcək hadisələrə qiymət verilir, yəni keçmiş hadisələrin modeli yaradılır. Gələcək hadisələrin inkişafı ilə bağlı fikir söylənilir (model verilir). Fərziyyə isbat, yoxlama tələb edir. Kimyanın tədrisində fərziyyə özünəməxsus yerə malikdir və idrak prosesində ona tez-tez müraciət etmək lazım gəlir. Fərziyyə irəli sürməyin və yoxlamanın əsas qaydaları aşağdakılardır:
Fərziyyə əhatə etdiyi, əlaqədə olduğu bütün faktlara uyğun olmalı və ya onlarla düz fəlməlidir.
Bir-birinə qarşı duran və müəyyən faktlar seriyasının aydınlaşdırılması üçün irəli sürülən çoxlu fərziyyələrdən həmin faktlardan daha çoxunu vahid tərzdə izah edən fərziyyə daha üstün tutulur, əlbəttə bu seriyadan ayrı-ayrı faktları aydınlaşdırmaq üçün işçi fərziyyələr irəli sürmək olar.
Rabitəli faktlar seriyasının izah edilməsi üçün mümkün qədər daha az müxtəlif fərziyyələr irəli sürmək lazımdır və onların əlaqəsi mümkün qədər daha sıx olmalıdır.
Fərziyyəni irəli sürərkən onun nəticələrinin ehtimalı xarakterini dərk etmək lazımdır.
Bir-birnə zidd fərziyyələr bir yerdə həqiqi ola bilməzlər.
Fərziyyə həmişə müəyyən obyektiv məlimatlara əsaslandığı üçün nəzəriyyə səviyyəsinə qədər inkişaf etmək imkanına malikdir.