Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu


Mühazirə 2. Kimyanın tədrisi metodikası üzrə elmi tədqiqatların obyekti, predmeti, ümumi məzmunu və əsas istiqamətləri



Yüklə 82,67 Kb.
səhifə4/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   30
ktm üzrə tədqiqat texnologiyaları

Mühazirə 2. Kimyanın tədrisi metodikası üzrə elmi tədqiqatların obyekti, predmeti, ümumi məzmunu və əsas istiqamətləri.
Plan:

  1. Elmi tədqiqatlar.

  2. Tədqiqatın əsas əlamətləri



2.1.Elmi tədqiqatlar. Elmi tədqiqatçılıq yeni inteqrasiya formalarının axtarılmasına və təkmilləşdirilməsinə xidmət göstərir. Ona görə də təhsildə aparılan elmi tədqiqatlar aşağıdakı məqsədləri özündə birləşdirir:

  • qərar qəbul edənlərin etibarlı məlumatlarla təmin edilməsi;

  • təhsildə ən yaxşı təcrübələrin öyrənilməsi və yayılması;

  • təhsildə mövcud olan problemlərin aşkar edilməsi və təkmilləşdirilməsi.

Tədqiqat - elmi biliklərin artırılması və onların tətbiq edilməsi üçün yeni sahələrin axtarılması məqsədi ilə ardıcıl olaraq həyata keçirilən elmi fəaliyyətdir. Fundamental tədqiqatlara yeni biliklərin istifadəsi ilə əlaqədar hər hansı bir məqsəd olmadan onların əldə edilməsinə yönəldilmiş eksperimental və ya nəzəri tədqiqatlar aid edilir. Onların nəticələri fərziyyələr, nəzəriyyələr, metodlardan və s. ibarətdir. Fundamental tədqiqatlar əldə edilmiş elmi nəticələrdən praktikada istifadə edilməsi imkanlarının aşkar edilməsi üçün tətbiqi tədqiqatlararın aparılması haqqında tövsiyələr, elmi nəşrlər və s. ilə başa çata bilər. Tətbiqi tədqiqatlar – konkret praktiki məsələlərin həll edilməsi məqsədilə yeni biliklərin əldə edilməsinə yönəldilmiş orijinal işlərdən ibarətdir. Tətbiqi tədqiqatlar fundamental tədqiqatların nəticələrindən istifadə edilməsinin mümkün yollarını, əvvəllər formalaşdırılmış problemlərin həlli üçün yeni metodları müəyyənləşdirir. Tədqiqatın keyfiyyətinə verilən tələblər:

  • tədqiqatın məzmun tamlığı: mövzunun düzgün seçilməsi, həcmi, genişliyi, zənginliyi;

  • tədqiqatın dəqiqliyi: heç bir səhvə yol vermədən nəticəyə yaxınlaşması, tədqiqat mövzusunun baza anlayılarını təşkil edən faktları, mühüm müddəaları dərk edərək seçə bilmək;

  • tədqiqatın ədalətliliyi: tədqiqatda iştirak edən müxtəlif tərəflərlə ünsiyyət yaratmaq, bütün məsələlərin həllində düzgün mövqedə olmaq bacarığı;

  • tədqiqatın dərinliyi: aparılan tədqiqat işinin mahiyyətini, səbəb və nəticə əlaqələrini araşdırmaq;

  • tədqiqatın şüurluluğu: istifadə edilən faktların, müddəaların düzgünlüyünə əmin olmaq, onları arqumentləşdirmək;

  • tədqiqatın elmiliyi: tədqiqat mövzusunu təhlil etmək, elmi əsaslara istinad edərək tətbiqə hazırlaşmaq;

  • tədqiqatın ümumiləşdirilməsi: tədqiqat mövzularını bloklar üzrə üzləşdirmək, prosesdə inkişaf və dinamikanı götürmək;

  • tədqiqat nəticələrinin praktikada istifadə olunması: tövsiyyələrin hazırlanması, tətbiqi üçün üsul və priyomları seçə bilmək bacarığının olması.

Tədqiqatçılar – elmi tədqiqatlarla peşəkarcasına məşğul olan və yeni bilik, məhsul, proses, metod sistemlərin yaradılmasını bilavasitə həyata keçirən eləcə də göstərilən fəaliyyət növlərinin idarə edilməsini təmin edən işçilərdir. Mütəxəssis-tədqiqatçılar, adətən ali peşə təhsilinə malik olurlar.

Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin