1. Sinir-iflic edici ZM.
Zarin –
adi halda rəngsiz və ya zəif sari rəngli, iysiz mayedir. Su ilə istənilən
nisbətdə qarışır, benzin, kerosin və dixloretanda yaxşı həll olur. Həm buxar, həm
də maye halda insana təsir göstərir. İnsanın bədəninə tənəffüs orqanları, həzm
sistemi və ya dəri səthi vasitəsi ilə daxil olaraq sinir sistemini zədələyir. Su
tutumlarında (çənlərdə) zarin öz təsirini 25 sutkayadək saxlayır.
Zarinin zədələyici əlamətləri:
göz bəbəklərinin daralması, ağız boşluğunda
ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, ürəkbulanma, hüşun itirilməsi,
qıcolma və s. Ağır zədələnmə hallarında, nəfəs yollarının iflici baş verir və ölümlə
nəticələnir.
Zoman
–rəngsiz, zəif kamfora iyi verən mayedir. Suda həll olmur, üzvi
həlledicilərdə isə yaxşı həll olur. Kimyəvi xassələri zarinin xassələri ilə eynidir.
Toksiki xassələrinə görə zoman zarindən güclüdür, onun buxarları zarin
buxarlarından 3-4 dəfə çox toksikdir. Maye - damla halında isə zarindən 15-20
dəfə toksikdir. Su tutumlarında zoman öz zəhərləyici xassələrini 2,5 ayadək
saxlayır.
Zəhərlənmənin ilkin əlamətləri
– göz bəbəklərinin daralması (mioz), bronx
tutmaları, ağız suyu və tər ifrazının artması, ürək fəaliyyətinin qısamüddətli
şiddətlənib, sonra isə sakitləşməsini göstərmək olar.
İlk yardım:
Zoman buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərli
zonadan çıxarmaq lazımdır. Əgər varsa, zərərçəkənə tibbi preparatlar: şpris -
tyubik vasitəsi ilə antidot yeritmək, yaxud atropin tableti vermək lazımdır.
İstənilən halda zəhərlənmiş şəxsi yaxınlıqdakı tibb məntəqəsinə çatdırmaq
lazımdır. Bu ZM-in damcıları geyimlərin və bədənin açıq yerlərinə düşdükdə,
həmin yerləri dərhal ammonyakın sulu məhlulu və ya fərdi kimya paketdə olan
maye ilə təmizləmək lazımdır.
V-qazları
yüksək qaynama tempraturasına malik, az uçucu mayedir, ona görə də
onun davamlılığı zarindən çox yüksəkdir. Xarici mətbuatın məlumatlarına görə
digər sinir-iflic ZM nisbətən 100-1000 dəfə toksikidir. Xüsusilə də maye-damcı
halında dəri örtüyünə təsiri yüksək effektlidir; V-qazlarınin insan dərisinə düşmüş
bir neçə kiçik damcısı insanın ölümünə səbəb olur.
Dostları ilə paylaş: