Difosgen –
boğucu xassəyə malik rəngsiz, yağlı maye şəklində olan zəhərləyici
maddədir. Çürümüş meyvə iyi verir. Qızdıran zaman parçalanaraq fosgen əmələ
gətirir.
Toksiki xassələri
: difosgen ancaq tənəffüs yolları ilə orqanizmə daxil olur. İlk 10-
15 dəq. gözlərdə sancı, boğazda qıcıqlanma və döş sümüyü arxasında göynəmə
əmələ gəlir ki, bu əlamətlər sabit olmayaraq keçib gedir. Bəzən ilk dövrdə
zəhərlənmiş şəxs özünü sağlam hiss edir. Gizli dövr orta hesabla 4-8 saata
bərabərdir. Əslində bu dövr bir necə səbəbdən asılı olaraq – (zəiflik, yorğunluq,
zəhərin miqdarı, təsir müddəti və s.) 24 saata qədər davam edə bilər. Gizli dövrün
qısa olması zəhərlənmənin ağır olmasını göstərir.
ZM-nin təsirindən ilk dövrdə tənəffüs sürətlənir, tənəffüs orqanları şişərək sərtləşir
və nəticədə orqanizmə daxil olan oksigenin miqdarı azalır. İltihab nəticəsində ağ
ciyərlərə 2-2,5 litrə qədər maye toplana bilər.
İlk yardım:
zəhərlənmiş şəxsə əleyhqaz geydirib qısa bir zamanda zəhərli zonadan
maşınla çıxarmaq lazımdır. Zərərçəkəni piyada yeriyərək zəhərli zonadan
çıxarmağa icazə verilmir. Onu təmiz havaya çıxardıqdan sonra təcili tibb
məntəqəsinə göndərmək lazımdır. Heç bir halda difosgenlə zəhərlənmiş adama
süni tənəffüs vermək olmaz.
Deqazasiya: qapalı yerlərdə-havanı dəyişdirmək, mümkün olmadıqda-ammonyakı
çiləmək lazımdır.
Dostları ilə paylaş: