verir.
İprit buxarları tənəffüs yollarına düşdükdə 4-12 saatdan sonra zəhərlənmə halları
özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.
İprit mədə-bağırsaq yollarına düşdükdə 30-60 dəqiqədən sonra mədədə kəskin
ağrılar başlayır, ürəkbulanma və qusma baş verir. Mədə-bağırsaq zəhərlənmələri
çox halda ölümlə nəticələnir.
İprit gizli təsir dövrünə malikdir və onun müddəti zəhərli maddənin dozasından,
fərdi hissiyyatdan və xarici mühitin temperaturundan asılıdır.
Deqazasiya
– xlorlu əhəng, xloramin B və T, hipoxlorid
turşusunun kalsium
duzlarından ipriti neytrallaşdırmaq üçün istifadə edilir. Deqazatorlar ipriti
sulfoksid və başqa maddələrə çevirir.
Lyuizit-
Zəhərlənmə təsirinə görə lyuizit ipritə oxşardır,
ancaq onun özünün də
xüsusi əlamətləri vardır. Bunlardan əsası odur ki, lyuizitin gizli dövrü yoxdur.
Lyuizit dəriyə düşdükdə həmin an yandırma hiss olunur, sonra qızartı və şiş əmələ
gəlir, köpün əmələ qəlmə mərhələsi 2-ci günün sonuna kimi qurtarır. Sonra köplər
açılaraq yara əmələ gətirir. Lyuizitin buxarları ilə nəfəs aldıqda əvvəlcə yuxarı
tənəffüs orqanları zədələnir, sonra öskürək və burundan
su axma kimi əlamətlər
olur. Yüngül zəhərləmələrdə belə hallar bir necə saat, ağır hallarda isə bir necə
sutka davam edir. Ağır zəhərlənmələr ürəkbulanma, baş ağrıları, səsin batması,
qusma və sonralar bronxların iltihabı ilə nəticələnir.
Lyuizitin damcıları gözə düşdükdə 7-10 sutkadan sonra
insan görmə qabiliyyətini
itirir.
Lyuizit mədə-bağırsaq traktına düşdükdə ürəkbulanma, qan təzyiqinin aşağı
düşməsi halları olur və daxili orqanların zədələnməsi inkişaf edir.
Tənəffüs orqanlarının və mədə-bağırsaq traktının
zəhərlənməsində təcili tibb
yardım çağırmaq və bütün hallarda sanitar təmizlənmə aparmaq lazımdır.
İlk yardım: əgər bu maddələrin damcıları geyim və yaxud dəri üzərinə düşərsə,
zəhərlənmiş sahəni fərdi kimya əleyhinə paketdə olan məhlul,
yaxud xloramin
məhlulu ilə deqazasiya etmək lazımdır. Gözlərə bu ZM –rin damcıları düşdükdə
onları 2%-li soda məhlulu və ya zəif (0,1%-0,2%) xloramin məhlulu ilə
yaxalayırlar.
Dostları ilə paylaş: