halsızlıq, əzələ ağrıları, iştahsızlıq inkişaf edir.
Müalicə üçün antibakterial
preparatlar (streptomisin, tetraskilin, levomisetin) mühüm yer tutur.
Sibir yarası
əsasən kənd təsərrüfatı heyvanlarının yoluxduğu kəskin infeksion
xəstəlikdir. Xəstə heyvanlardan insanlar dəri, tənəffüs yolları, mədə-bağırsaq yolu
ilə yoluxuur və müvafiq olaraq xəstəliyin dəri, ağciyər və bağırsaq formaları ayırd
edilir. Sibir yarasının ağciyər forması ağciyərlərin spesifik iltihabı, hərarətin
yüksəlməsi, qanlı bəlğəmli öskürək ilə xarakterizə olunur. Ürək fəaliyyəti zəifləyir
və müalicə olunmadıqda 2-3 gündən sonra ölüm baş verir. Sibir yarasının bağırsaq
formasında bağısaqda xoralar əmələ gəlir, qarında kəskin ağrılar, qanlı qusma,
ishal qeyd olunur. 3-4 gündən sonra ağır hallarda ölüm baş verir. Dəri formasında
əsasən dərinin açıq hissələri (əl , üz, boyun, ayaqlar) zədələnir. Mikrobların
düşdüyü yerdə qaşınan ləkələr əmələ gəlir. Bu ləkələr 12- 15 saatdan sonra
içərisində bulanıq və ya qanlı möhtəviyyat olan suluqlara çevrilir. Bu suluqlar
partlayır və onların yerində dərin qara xoralar əmələ gəlir. Bu xoraların diametri
bəzən 6-9 sm-ə çatır. Xoralar çox ağrılı olur, ətrafında ödem əmələ gəlir. Əlverişli
hallarda 5-6 gündən sonra sağalma baş verir, hərarət aşağı düşür.
Dostları ilə paylaş: