Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə24/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   98
Müh 2016

Təbii çiçək
– ağır yoluxucu xəstəlikdir. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində 
deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə 
yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən 
sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla 
dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək temperaturuna, baş 
ağrısına, bel ağrısına, huşun depressiyasına səbəb olur. 2-3 gündən sonra bədəndə, 
xüsusilə boğazda və üzdə səpgi əmələ gəlir. Səpkilər şişli və qızılcalı olur. 
8-9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə 
(travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın 
xoralanması nəticəsində udqunma çətinləşir. 15-16-cı günlərdə suluqlar quruyur və 
nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır. Xəstəliyin qanlı 
forması daha təhlükəlidir. Bu zaman içi qara qanla dolu tünd-qırmızı və qara-
qırmızı rəngli çoxlu suluqlu səpki müşahidə olunur. Bu hal adətən ölümlə 
nəticələnir. 
Taun 
– təhlükəli yoluxucu xəstəlikdir. Bu xəstəliyə insanlar yoluxdurulmuş 
gəmiricilərdən və birələrdən yoluxa bilərlər. Yoluxma gəmiricinin (birənin) 
dişləməsi, tənəffüs və həzm yolları vasitəsilə, xəstəlik törədicilərin zədələnmiş 
dəriyə və gözün selikli qişasına düşməsi nəticəsində baş verə bilər. Gizli dövr 2-6 
gündür. Bu xəstəliyin törədiciləri taun çöpləridir. Çox vaxt qasıq nahiyəsindəki 
limfa düyünləri şişir, sonra irinləyir, müalicə etmədikdə yaralar açılır. 4-5 gündən 
sonra sepsis nəticəsində hərarət qalxır və xəstəliyin ağ ciyər forması inkişaf 
etməyə başlayır. Bu zaman pnevmoniya inkişaf edir və qısa zamanda epidemiya 
xarakteri ala bilər. Taun insandan insana hava-damcı yolu ilə keçir. Müalicə 
aparmadıqda ölümlə nəticələnir. 
Botulizm 
müasir dövrdə güclü zəhər sayılan botulizm toksini tərəfindən törədilir. 
Yoluxma zədələnmiş dəridən, tənəffuüs yollarından, həzm kanalından və selikli 
qişqlardan baş verir. İnkubasiya dövrü 2 saatdan 1 sutkayadək olur. Toksin 
mərkəzi sinir sistemini, azan siniri və ürəyin sinir aparatını zədələyir. Əvvəlcə 
ümumi zəiflik, başgicəllənməsi, qarında ağrılar, mədə-bağırsaq yolunda 
pozğunluqlar əmələ gəlir. Sonra əsas əzələ qruplarının: dil, yumşaq damaq, qırtlaq, 
üz əzələlərinin iflici baş verir. Mədə-bağırsaq əzələlərinin iflici nəticəsində 
meteorizm və davamlı qəbizlik yaranır. Tənəffüs üzvlərinin iflici nəticəsində ölüm 
baş verir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin