2.
Zədələnmələrin sonrakı nəticələrində onun onun vaxtında göstərilməsinin
əhəmiyyəti
3.
ilk tibbi yardım göstərmək üçün Mülki müdafiənin qüvvələri
4.
Sanitar drujinaların və sanitar postların təşkili , quruluşu, təchizatı və
imkanları
5.
Sanitar çantanın
tərkibi
6.
Fərdi dərman qutusu, fərdi kimya əleyhinə paket
7.
Zədələnmə ocağında ilk yardımın həvmi və təşkili
8.
İlk tibbi çeşidləmə
9.
Zədələnmə ocağında sanitar drujinalarin və sanitar postunun istifadə
edilməsi
4 oktyabr 1932-ci ildə SSSR-i Xalq komisarları Soveti beynəlxalq
vəziyyətin
gərginliyini nəzərə alıb, ölkənin müdafiə qüdrətini daha da artırmaq məqsədilə
xüsusi əsasnamə qəbul etdi və bunun əsasında ümumi ittifaq mərkəzləşmiş, təşkilat
– Yerli hava hücumundan müdafiə «təşkilati» fəaliyyətə başladı. Bu təşkilat qısaca
olaraq «MPVO» adlanırdı. Bu təşkilatın başlıca vəziyəsi əhalini və kənd təsərrüfatı
obyektlərinin düşmən tərəfindən yaranan hava təhlükəsindən qorumaq oldu.
Böyük
Vətən Müharibəsində həmin təşkilatın səlis təşkil olunmuş tədbirləri nəticəsində
düşmən mühüm xalq təsərrüfatı obyektlərinə ciddi xəsarət yetirmədi, xalqın
iradəsini qıra bilmədi. Beləliklə, təşkil olunmuş müdafiə komitəsi öz əhəmiyyətini
şərəflə doğrultdu.
İkinci Dünya Müharibəsindən sonra hərbi işdə baş vermiş, elmi-texniki
inqilabla əlaqədar olaraq əhalini düşmən hücumundan
qabaqcadan qorumaq
məqsədilə Mülkü Müdafiə sistemi yaradıldı. Bu sistem insanların ətraf mühitdə
təhlükəsizliyini və sağlamlığını qoruyan bir dövlət sistemi olduö
Azərbaycanda isə 1993-cü ildə iyulun 31-də Azərbaycan Respublikasının
Prezidenti «Azərbaycan Respublikasının Mülkü Müdafiəsi haqqında
Əsasnamə»nin təsdiq edilməsi barədə fərman imzalanmışdır. Bu əsasnamədə
respublika mülkü müdafiənin əsas məqsəd və vəzifələri,
habelə dövlət və
idarəetmə orqanlarının, ictimai təşkilatlarının, eləcə də məsul şəxslərin və bütün
vətəndaşların mülkü müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.
MM sistemində yaralı və xəstələrə göstərilən tibbi yardım aşağıdakı mərhələlərlə
aparılır:
1.
ilk yardım, ilk həkim yardımı;
2.
ixtisaslaşdırılmış həkim yardımı
İlk tibbi yardım – zədələnmiş və ya xəstəliyin mümkün olan ağırlaşmalarının
qarşısını almaqla və onların gedişini yüngülləşdirməklə, zədələnmiş şəxsin həyatını
xilas edə biləcək ən sadə tədbirlərin yerinə yetirilməsindən ibarətdir.
İlk tibbi yardım – sanitar drünsinaları, san. iostları və MM dəstələrinin şəxsi
heyəti tərəfindən, zədələnmə yerində və ən tez
müddətdə, özü-özünə yardım və
qarşılıqlı yardım qaydası ilə göstərilir.
İlk tibbi yardımın həcmi aşağıdakılardan ibarətdir:
1.
qanaxmaların müvəqqəti dayandırılması;
2.
yaralar və yanıqlara steril sarğı qoyulması;
3.
sınıq, çıxıq və əzilmə zamanı şina qoymaq və ya əlaməti vasitələri işlətməklə
immobiliziya etmək (yəni, bədənini zədələnmiş hissəsini tərpənməz hala salmaz);
4.
süni tənəffüs vermək və ürəyin qapalı massajını etmək;
5.
zəhərli maddələr olduqda əlehqaz geyindimək;
6.
fərdi apteçkadan olan dərman maddələri istifadə edib şüa zədələnmələrin
qarşısını almaq;
7.
radioaktiv maddələrlə zəhərlənmə zamanı qismən sanitariya təmizliyi
aparmaq;
8.
adamların mühafizə olunan yerlərə çıxarmaq.
Hazırlıqlı adam yüngül yaralanma zamanı öz-özünə darhal ilk tibbi yardım göstərə
bilər. İlk tibbi yardımın mümkün qədər tez göstərilməsi bəzən
zədələnən şəxsin
həyatının xilas edilməsinə həll edixi təsir göstərir. İlk növbədə yardım uşaqlara,
habelə dərhal yardım göstərilməsə, məhv ola biləcək şəxslərə göstərilir.
Zədələnmə ocağında tibbi yardım göstərmək üçün MM tibbi xidmətinin öhdəsində
olan sanitar drujinalar, san drujina dəstələri və sanitar postu yaradılır. Bunların
göstərdiyi ilk t/yardım aşağıdakılardan ibarətdir:
1.
aseptik sarğı qoymaq;
2.
əleyhiqaz geyindirmək;
3.
turna və ya əlaltı vasitələrlə qanaxmanı müvəqqəti olaraq dayandırmaq;
4.
sini rvə yaralanmalarda standart şina yə əlaltı vasitələrlə zədələnmiş,
nahiyəni mütləq rahatlamaq (immobilizasiya);
5.
şok əleyhinə tədbirlər həyata keçirmək (sakitləşdirici, ağrıkəsici, ürək
dərmanları vurmaq, qızışdırmaq);
6.
lazım gəldikdə süni tənəffüs və ürəyin qapalı massajını etmək;
7.
antidot vurmaq;
8.
xərəyə zədələnəni düzgün qoymaq.
Bu isə xərək daşıyan manqalara tapşırılır. Bu manqalar isə xilaedici dəstələrdən
yaradılır.
Dostları ilə paylaş: