Azərbaycan bəstəkarlarının yaradıcılığı
Üzeyir Hacıbəyli
(1885 - 1948)
Ü.Hacıbəyli Azərbaycan klassik musiqi mədəniyyətinin yaradıcısı, professional
bəstəkarlıq məktəbinin təməl daşını qoyan ilk sənətkardır. Azərbaycanda
ilk opera və musiqili
komediyaların, kantataların, mahnı və qəzəl-romansların, xalq çalğı alətləri üçün müxtəlif səpgili
əsərlərin yaranması da onun ölməz dühası ilə bağlıdır.
Ü.Hacıbəyli 1885 - ci ildə Ağcabədidə anadan olmuşdur. Lakin onun uşaqlığı ailəsilə
birgə Şuşada keçmişdir.Hacıbəylilər ailəsində musiqini çox sevirdilər. Üzeyirin böyük qardaşı
Z.Hacıbəyli Azərbaycanın ilk bəstəkarlarından idi. Üzeyir də kiçik yaşlarından musiqiyə bağlı
olmuş, on iki yaşından tarda çalmağa başlamışdır.
1899-cu ildə bəstəkar Qori müəllimlər seminariyasına daxil olur. 1904-cü ildə o,
seminariyanı bitirib, Bibiheybət qəsəbəsində müəllimlik edir. Bu dövrdə Hacıbəyli maarifçi –
pubisist kimi “Molla Nəsrəddin” jurnalında “Filankəs” ləqəbilə məqalələr çap etdirir.
1908-
ci ildə Bakı Teatrının səhnəsində “Leyli və Məcnun” operası səhnəyə qoyulur. Bu səhnə əsərilə
nəinki Azərbaycanda, hətta bütün Şərq aləmində ilk opera əsərinin bünövrəsi qoyulur.
Əsərin
süjetini XVI əsrin dahi şairi M.Füzulinin eyniadlı poeması təşkil edir. Əsərin musiqi dili müxtəlif
muğamlara dayaqlanır. Daha sonra o, “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah
Abbas və
Xurşudbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır. Bəstəkar üç musiqili
komediyanın müəllifidir.: “Ər və arvad” (1909), “O olmasın, bu olsun” (1910), “Arşın mal alan”
(1913). Burada bəstəkar həyatın eybəcər tərəflərini, köhnəliyi, fanatizmi, cəhaləti tənqid etmişdir.
Bütün bu əsərlərin librettosu bəstəkara məxsusdur.
20 – ci illərdə Ü.Hacıbəyli ölkənin musiqi və ictimai həyatında
fəal iştirak etməyə
başlayır. Yeni nəslin musiqi təhsilinə xüsusi diqqət yetirən sənətkar Azərbaycan dilli uşaqlar üçün
ilk musiqi məktəbini, musiqi texnikumunu təşkil edir, xalq maarifi komissarlığında
musiqi
şöbəsinə rəhbərlik edir, onun təşəbbüsü ilə yaranan Azərbaycan Dövlət Konservatoriyasında uzun
müddət
rektor vəzifəsində çalışır.
1926-cı ildə bəstəkar Konservatoriyanın nəzdində, 1936-cı
ildə isə Filarmoniyada xor kollektivi təşkil edir. 1931-ci ildə o, bütün Şərq aləmində ilk notlu xalq
çalğı alətləri orkestrini yaradır.
Ü.Hacıbəyli həm də istedadlı alim idi – “Azərbaycan xalq musiqisinin əsəsları” adlı elmi
əsərin müəllifidir. Xalq çalğı alətləri orkestri üçün “Şur” və “Çahargah” muğamları əsasında 2
fantaziya, ilk kamera - instrumental ansabl əsəri olan – “Aşıqsayağı” triosunu, Firdovsinin 1000
illik yubileyinə həsr olunmuş kantata yazır, xalq mahnılarını xor üçün işləyir. 1937-ci ildə milli
musiqi mədəniyyətimiz üçün əlamətdar bir il olur. Bu dövrdə “Koroğlu” operası meydana çıxır.
Böyük Vətən müharibəsi illərində bəstəkar xalqı mübarizəyə çağıran bir sıra əsərlər yazr.
Bunlardan “Şəfqət bacısı”, “Ananın oğluna məsləhəti”, “Əsgər marşı”, “Yaxşı yol” mahnılarını,
“Vətən” və “Cəbhə” kantatalarını göstərmək olar. Azərbaycan dövlət himninin musiqisi də
Ü.Hacıbəyova məxsusdur.
1941-ci ildə Nizaminin 800 illik yubileyi münasibətilə
bəstəkar iki qəzəl-romans -
“Sevgili canan” və “Sənsiz” romanslarını yazır.
Ömrünün son illərində bəstəkar müasir mövzuda “Firuzə” operası üzərində işləməyə
başlayır. Lakin amansız ölüm buna imkan vermir.
Ü.Hacıbəyli 1948-ci ildə vəfat etmişdir.
Dostları ilə paylaş: