Onun inqilabdan əvvəl həyata keçirtdiyi yaradıcılıq tədbirlərinin ən müvəffəqiyyətlisi “Şah
İsmayıl” operasının yaranması idi. Operanın əsasını XV-XVI əsrlərdə yaşamış Şah İsmayıl Xətai
haqqında dastan təşkil edir. Burada şahların despotizmi, onların qəddarlığı, eləcə də, sədaqətin və
məhəbbətin təntənəsi uğrunda mübarizə ön plana çəkilir. Bu opera da Ü.Hacıbəylinin operaları
kimi “muğam operaları” sırasına daxildlir.
Burada ariya, ariozo, xor nömrələri ilə yanaşı nota
alınmayan muğam parçaları da var. Sonralar opera iki dəfə redaktə olunmuş və buraya veçitativlər,
4 səsli xor nömrələri daxil edilmişdir.
M.Maqomayev 20-ci illərdən ömrünün sonunadək fəal surətdə ictimai işlə məşğul
olmuşdur. 1921-ci ildən Xalq Maarifi Komissarlığının incəsənət şöbəsinə rəhbərlik etmiş, 1934-
cü ildən opera teatrında direktor və bədii rəhbər vəzifəsində işləmiş, 1929-cu ildən isə Azərbaycan
radio verişlərinin musiqi şöbəsinə bədii rəhbər təyin olunmuşdur. Eyni zamanda Maqomayev
teatrda dirijor kimi fəaliyyət göstərirdi.
Bu illərdə onun yazdığı əsərlərdən “Yaz”, “Neft”, “May”, “Tarla”, “Gözəlim”, “Durna”
kimi kütləvi mahnılarının,
kiçik simfonik əsərlərin, orkestr üçün köçürülmüş xalq rəqs və
rənglərinin, “Azərbaycan çöllərində”, “Ceyran” rapsodiyasının, “Turacı” xalq rəqsi, “RB – 8”
Azərbaycan radio – marşı və başqa əsərlərinin adını çəkmək olar.
M.Maqomayevin yaradıcılığında müasir mövzuda yazılmış “Nərgiz” operası mühüm yer
tutur (1935). Bu ilk Azərbaycan operasıdır ki, əvvəlki operalardan fərqli olaraq, burada muğam
epizodları yoxdur və musiqi bütünlüklə partitura şəklində yazılmışdır.
Maqomayevin “Xoruz bəy” musiqili komediyası və Azərbaycanda ilk dəfə balet janrında
yazılmış kolxoz həyatından bəhs edən “Dəli Muxtar” baletinin librettosu və ayrı – ayrı rəqs
epizodları üzərində işlədiyi eskizləri indiyədək müəllifin arxivində saxlanılır. Ümid edək ki, onlar
da nə vaxtsa işıq üzü görəcək.
M.Maqomayev bir sıra səhnə əsərlərinə və sənədli filmlərə yazılmış musiqinin müəllifidir.
Bunlardan C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “1905 – ci ildə” tamaşalarının, Bakı
kinostudiyasının ilk səsli filmləri olan “Lök – Batan”, “Bizim raport”, “Azərbaycan incəsənəti”
sənədli filmlərinin adını çəkə bilərik.
M.Maqomayev Nalçikdə istirahət zamanı ağır xəstələnir və 1937-ci ildə vəfat edir. Onun
son illər üzərində işlədiyi “Nərgiz” operasının 2 – ci redaksiyasını R.M.Qliyer
və Niyazi başa
çatdırır. Ölümündən sonra ona Respublikanın Əməkdar incəsənət xadimi adı verilir.
Azərbaycan Dövlət Filarmoniyasına M.Maqomayevin adının verilməsilə bəstəkarın
xatirəsi əbədiləşdirilmişdir.
Dostları ilə paylaş: