“Musiqi və onun tədrisi metodikası”



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə60/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

Niyazi 
(1912 - 1984) 
Ta qədimdən Azərbaycan xalqı özünün ən görkəmli, sevimli və hörmətli sənətkarlarını 
ustad adlandırır. Bu ad yalnız böyük istedadı ilə fərqlənən, ilhamla və fədakarcasına yorulmadan 


çalışan, ümumxalq əhəmiyyətli parlaq yaradıcılıqla məşğul olan sənətkara verilir. Maestro Niyazi 
çoxdan və layiqli olaraq bu adı qazanmışdır. 
Niyazinin yaradıcılıq fərdiyyəti özündə yüksək dirijorluq və bəstəkarlıq istedadını 
birləşdirir. Bir dirijor kimi onun sənətində “görmək və eşitmək bacarığı”, alətlərin 
kompozisiyasını, xarakterini və həcmini bilmək, başlıcası isə, xüsusi istedad kimi mühüm 
komponentlər birləşmişdir. 
Niyazi özünün çoxşaxəli bəstəkarlıq yaradıcılığı ilə də milli musiqimizin inkişafında 
əhəmiyyətli rol oynamışdır. Müxtəlif janrları əhatə edən əsərlər son dərəcə rəngarəngdir, musiqi 
uslubu isə özünün orijinallığı ilə fərqlənir. 
Niyazi Zülfüqar oğlu Tağızadə – Hacıbəyov 1912 – ci ildə Tiflisdə anadan olmuşdur. Onun 
atası Zülfüqar Hacıbəyov o dövrdə məşhur teatr xadimi, “Aşıq Qərib”, “Evlikən subay”, “Əlli yaşlı 
cavan” operettalarının müəllifi idi. Əmisi Ü.Hacıbəyli artıq o dövrdə məşhur bəstəkar, ictimai 
musiqi xadimi, publisist kimi tanınırdı. Beləliklə, Niyazinin həm bir insan kimi, həm də musiqi 
dünyagörüşünün formalaşmasında bu iki şəxsiyyətin rolu əvəzsizdir. 
1926-cı ildə Niyazi Ü.Hacıbəylinin məsləhəti ilə Moskvaya gedir və orada Qnesin adına 
texnikuma daxil olur (Qnesinin sinfinə). 
1929 –31-ci illərdə isə o, Leninqrad mərkəzi musiqi texnikumunda Q.Popovun və 
P.Ryazanovun rəhbərliyi altında bəstəkarlıq dərslərini davam etdirir. 
1933 – cü ildən Niyazi bəstəkarlıq fəaliyyətinə başlayır. “Od içində” f-no poemasını, 
talış mövzularında f-no pyesləri silsiləsini və milli simfonik musiqimizin ilk əsərlərindən olan 
“Zaqatala süitası”nı yazır. 
1934-cü ildə o, Bəstəkarlar İttifaqının üzvü seçilir. Bir il sonra böyük nəzəri və praktiki 
əhəmiyyətə malik olan mühüm bir yaradıcılıq problemi həll edilir. İlk dəfə olaraq “Rast” və “Şur” 
muğamları nota salınır (C.Qaryağdıoğlunın ifasından). Bununla da muğamların nota yazıla 
bilməməsi haqqında o illərin mürtəce nəzəriyyələri təkzib edilir.
İlk yaralıcılıq addımlarından o film və teatr tamaşalarına musiqi yazır. Bunlardan 
Ə.Haqverdiyevin “Dağılan tifaq”, C.Cabbarlının “1905 ildə”, “Almaz”, Korneyçukun “Platon 
Kreçet” dram tamaşalarına, “Almaz” filminə yazılmış musiqi parçalarını xatırlamaq lazımdır. 
Bir dirijor kimi Niyazi Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti 
ongünlüyündə (1939) M.Maqomayevin “Nərgiz” operasında müvəffəqiyyətlə çıxış edir. Həmən 
ildən o, Azərbaycan dövlət simfonik orkestrinin rəhbəri və dirijoru təyin olunur. O vaxtdan 1984-
cü ilədək bu kollektivin fəaliyyəti Niyazinin adı ilə bağlı olur. 
30-cu illərin sonu 40-cı illərin əvvəllərində Niyazi orkestr üçün “Rəqs süitası”nı, konsert 
“Ləzginkası”nı, Vətən müharibəsinə həsr edilmiş “Döyüşdə” üvertyura – fantaziyasını (1943), 
“Xatirə” lövhəsini (1944) bəstələyir. Mahnı janrında bəstəkarın “Arzu”, “Bahar”, “Mənim gülüm” 
kimi əsərləri diqqətəlayiqdir.
Niyazi öz yaradıcılığında səhnə əsərlərinə xüsusi diqqət yetirir. 1940-cı ildə onun “20 - 
ci il” (librettosu M.Rəfilinindir) bir pərdəli qəhrəmanlıq plakat - operası meydana gəlir. 
Bəstəkarın 1942 - ci ildə Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizaminin eyniadlı 
əsəri üzrə yaratdığı “Xosrov və Şirin” operası milli opera sənətinin maraqlı səhifələrindəndir. 


1962-ci ildə Kuybışev opera və balet teatrının səhnəsində bəstəkarın Rabindranat 
Taqorun əsərlərinin motivləri əsasında yazılmış “Çitra” baleti tamaşaya qoyulur (lib. 
N.Danilovundur). 
Niyazinin dirijorluq fəaliyyəti, onun hamını heyran edən plastik əlləri onun adını nəinki 
ölkəmizdə, həmçinin onun sərhədlərindən çox-çox uzaqlarda tanıdır. 
Spesifik dirijorluq istedadına malik Niyazinin ifaçılıq simasına yüksək musiqi zövqü
mədəniyyəti, möhkəm iradə xasdır. 
Niyazinin təfsirləri həmişə əsərlərin ideya emosional məzmununun dərindən dərk 
edilməsi və parlaq surətdə açılıb göstərilməsi ilə, qeyri - adi coşgunluğu və əfsunlayıcı ehtirası ilə 
fərqlənir. O, Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərinin ilk təfsirçisidir. 
Niyazi Ü.Hacıbəylinin “Koroğlu”, F.Əmirovun “Sevil” operalarına, Q.Qarayevin 
“Yeddi gözəl”, A.Məlikovun “Məhəbbət əfsanəsi” baletlərinə, V.Adıgözəlovun III simfoniyasına, 
A.Əlizadənin “26 - lar kantatası”na və bir çox başqa milli əsərlərə, klassik repertuardan 
Çaykovskinin simfoniyalarına, operalarına (“Yevgeni Oneqin”, “Qaratoxmaq qadın”), 
Balakirevin, Borodinin, Rimski – Korsakovun, Dvorjakın, Debüssinin, Ravelin əsərlərinə çox 
böyük məharətlə dirijorluq etmişdir. Niyazinin interpretasiyasında bu əsərlərin musiqisi ən ülvi, 
dəyərli sərvət kimi, ətraf mühiti dərk etməyin və əks etdirməyin təzahürü kimi başa düşülür. Bu 
interpretasiyalarda elə bir musiqi möcüzəsi baş verir ki, bu da insanların mənəviyyatca 
kamilləşməsinə, onlarda gözəllik və ülvilik duyğularının tərbiyə olunmasına kömək edir. 
Niyazinin səsi dünyanın müxtəlif guşələrindən - İran, Rumıniya, Macarıstan, Türkiyə, 
Fransa, İngiltərə, Çexoslovakiyadan gəlirdi. D.Şostakoviçin sözləri ilə desək, “Azərbaycan 
musiqisinə ümumdünya şöhrəti qazandıran musiqiçilərdən biri də istedadlı dirijor və bəstəkar 
Niyazi idi.” Onun şəxsiyyəti və yaradıcılığı xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir. O, 
xalq artisti adına, Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülmüşdür.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin