Əminin hakimiyyətini möhkəmlətmək üçün fəaliyyət göstərən, etibar edə biləcək çoxsaylı dost və dayaqları var idi. Bunlar onun dayıları Fəzl ibn Yəhya Bərməki bərməkilərin əksəriyyəti anası Zübeydə və həm də ərəblərdən ibarət idilər. Bunlar, Harun ər-Rəşidi öz təsiri altına alaraq ölkənin siyasi idarəçiliyində mühüm rol oynayan nüfuzlu şəxslər olduğu üçün artıq təbii məsələdir ki Harun onların qarşısında aciz qalıb nəticədə onların göstərişinə uyğun olaraq vəliəhdlik məqamına kiçik oğlu Əmini seçməli böyük oğlu Məmunu isə Əmindən sonrakı vəliəhd təyin etməli idi. Əminin birinci vəliəhd olmasında bəlkə də, (dayısı) İsa ibn Cəfərin yüksək mövqedə durması və eləcə də, Bəni-Abbasın nəsil təəssübkeşliyi əsas rol oynamışdır. Əlbəttə, bu məsələdə əsas rol oynayanlardan biri də Zübeydə olmuşdur ki o da öz növbəsində məsələni oğlu Əminin xeyrinə başa çatdırmışdı. Bundan əlavə, ərəblər arasındakı nəsil təəssübkeşliyi də çox güman ki Harunun Əmini Məmundan üstün tutmasında öz işini görmüşdü. Tarixçilərdən bəziləri bu məsələyə aşağıdakı ifadə ilə toxunmuşlar: “Hicrətin yüz yetmiş altıncı ilində Harun ər-Rəşid Məmunun, qardaşı Əmindən sonra vəliəhd olacağı haqda qərar çıxarır. Məmun yaş cəhətdən bir ay qardaşı Əmindən böyük idi. Ancaq Əmin, Cəfər qızı Zübeydədən o (yəni Zübeydə) isə Haşimi qadınlarından olmuşdur. Məmun isə Məracil adlı bir kənizdən olmuş onun özü isə Məmunu doğduqdan bir neçə gün sonra vəfat etmişdi.