Bu mətləbin izahında öncə islam nəzərindən dünyanın həqiqət və mahiyyətini bəyan edib sonra nəticə alacağıq.
İslamın dünyaya iki cür e’tiqadı vardır. Biri yaşadığımız maddi dünya, digəri isə ölüb köçdüyümüz axirət dünyası. Ona axirət aləmi deyilir. Belə ki, insanın həyatı bu dünyada yaşadıqdan sonra ölməklə sona çatmır. Ölümdən sonra axirət aləmində davam edir. İslam dini bu dünyanı ötəri, fani və yol arasında olan ev, keçid, axirət aləmini isə əbədi bir dünya hesab edir.
İnsan bu dünyaya bir qədər yaşayıb sonra ölüb məhv olmaq üçün gəlməmişdir ki, öz nəfsini elm və əməl vastəsilə pərvəriş edib təkmilləşdirməklə, axirət aləmində xoşhallıq və sevinclə əbədi yaşasın. Deməli, dünya axirət üçün əkin sahəsi, ticarət yeri, yol ehtiyatı hazırlamaq məntəqəsidir. Baxmayaraq ki, insan bu dünyada yaşamaq, Allahın onun üçün yaratdığı ne’mətlərdən istifadə etmək məcburiyyətindədir. Lakin, ne’mətlərdən bəhrələnmək hədəf deyil, sadəcə bir müqəddimədir. İnsan və dünyanın yaradılışında hədəf bu deyildir ki, bu dünyadakı həyatı yaxşı nizama salsın, firavanlıqda yaşasın, müxtəlif növ ne’mətlərdən və ləzzətlərdən mümkün qədər faydalansın. Əksinə o, daha ali və yüksək bir hədəf, yə’ni insaniyyətin şərəfli gövhərini pərvəriş etmək və Allah dərgahına yaxınlaşmaq üçün nəzərdə tutulubdur. Misal üçün aşağıdakı hədislərə diqqət yetirin:
Əmirəl-mö’mininƏliyyibniƏbitalib (ə) buyurur: “Dünyasizindaimievinizolmaqüçünyaradılmamışdır. Əksinə, birkeçiddirki, salehəməlvasitəsiləözünüzünəbədimənzilinizüçünyolehtiyatıtədarükgörürsünüz. Beləisədünyadanköçetməküçüntələsinvəayrılıqüçünminiklərinizihazırlayın.”1
Gördüyünüz kimi, bu hədislərdə dünyanın həqiqəti və mahiyyəti fani olan ötəri yer deyə, bəyan olunur. O, yol arasında olan bir ev, keçid yeri, qürur, aldadılmaq və hiyləgərlik evidir. İnsan bura üçün deyil, axirət aləmi üçün yaradılmışdır. İnsan bu dünyaya gəlmişdir ki, elm və əməl ilə öz insaniyyətinə pərvəriş verib, axirət aləmi üçün yol ehtiyatı və tədarük görsün.