Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə115/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   145
Azf-277620

 T Ə L İ Q Ə 
Ağsu Xalq Təhsili şöbəsinin müdiri H.Əliyev cənablarına. 
Sizin 23 mart 2013-cÜ il tarixli 312 №-li məktubunuza cavab olaraq 
bildiririk ki, ADPU-nun riyaziyyat fakültəsinin qiyabi şöbə üzrə IV kurs tələbəsi 
Quliyeva Mahirə Əsəd qızı xəstə olduğu üçün qış sessiyasında iştirak edə 
bilməmiş, təkrar IV kursda saxlanılmışdır. Hal-hazırda həmin kursda oxuyur. 
Quliyeva Mahirə Əsəd qızı yaxşı oxumaqla bərabər, fakültənin ictimai 
işlərində yaxından iştirak edir. 
Riyaziyyat fakültəsinin dekanı: (imza) S.Məcidov
30.03.2013 
 
Qəbz
. İdarələrdən və ya xüsusi şəxslərdən birinin pul, qiymətli şey, 
müəyyən bir material, kitab və s. aldığını təsdiq edən sənəddir. Nümunə: 
Mən, filologiya fakültəsinin V kurs tələbəsi Alıyeva Sənubər Qurban 
qızı, tələbələrə paylamaq üçün universitetin nəşriyyat şöbəsindən 400 (dörd yüz) 
ədəd metodik vəsait aldım. 
(imza) S.Əliyeva
25.02.2013 


205 
 
Etibarnamə (Vəkalətnamə).
Müəyyən bir idarə tərəfindən başqa bir 
idarəyə təqdim olunmaq üçün xüsusi şəxslərə verilən sənəd. Belə vəkalətnamələr, 
adətən, xüsusi formada, mətbəədə çap olunur. Nümunə 
E T İ B A R N A M Ə 
(Vəkalətnamə) 
Mən, Qasımov Muxtar Məcid oğlu Şamaxı rayonunun Göylər kəndindən 
mənə göndərilmiş 500 (beş yüz) manat pulu qrup yoldaşım Hüseynov Kamil 
Nemət oğluna (şəxsiyyət vərəqəsi_________№__________) almaq ixtiyarını 
verirəm. 
(imza) V.Vəliyev
12.02.2013 
Muxtar Qasımovun imzasını təsdiq edirəm 
Coğrafiya fakültəsinin dekanı: (imza) M.Z.Məmmədov
15.02.2013
ADPU-nun pedaqoji fakültəsinin V kurs, 503-cü
qrup tələbəsi Bayramova Ülkər Xıdır qızının
“İbtidai siniflərdə qiraət vərdişlərinin inkişafı 
üzrə aparılan işlər” mövzusunda buraxılış işinə 
R Ə Y
(nümunə) 
İbtidai təhsilin qarşıya qoyduğu vəzifələrdən biri şagirdlərin nitq, o 
cümlədən ifadəli qiraət vərdişlərini inkişaf etdirməkdir. Bu vəzifənin həyata 
keçirilməsində ibtidai siniflərdə tədris olunan Azərbaycan dili və oxu dərsləri 
mühüm rol oynayır. Bu fənlərin tədrisində şagirdlər ədəbi dilin tələffüz 


206 
qaydalarını və intonasiya normalarını praktik şəkildə mənimsəyir, danışıq və 
oxularında həmin qaydalardan istifadə etmək bacarığına yiyələnirlər. Bu iş hansı 
yollarla aparılır? Bu məqsədlə hansı üsullardan və vasitələrdən istifadə olunur? 
Ü.Bayramova haqqında bəhs etdiyimiz buraxılış işində yuxarıdakı suallara cavab 
tapmağa çalışmış, bu işin öhdəsindən istənilən səviyyədə gələ bilmişdir. İş giriş, 
iki fəsil, nəticə və kitabiyyatdan ibarətdir. 
Girişdə ibtidai qiraətin ədəbi tələffüzlə əlaqədar məsələlərindən danışılır, 
mövcud vəziyyət təhlil olunur. 
Birinci fəsildə poeziya dilində orfoepik normalar, onların ifadəli oxuda 
canlılıq və ahəngdarlıq yaratmaq baxımından əhəmiyyəti və s. bədii parçalar 
üzərində izah olunur, aydınlaşdırılır, oxu dərslərində orfoepik bacarıqların 
yaradılması ilə əlaqədar aparılacaq işlərdən söhbət açılır. 
İkinci fəsil oxu dərslərində intonasiya qaydalarının öyrənilməsi 
məsələsinə həsr olunmuşdur. Orada məktəb təcrübəsindən konkret nümunələr 
gətirilir. 
İşin sonunda verilən nəticədə deyilənlər ümumiləşdirilir. 
Söylənilən elmi və metodik fikirlər, mülahizələr, konkret məktəb 
təcrübəsinə əsaslanan nümunələr, ümumən, qənaətləndiricidir. Bunlar, hər şeydən 
əvvəl, tələbənin tədqiq etdiyi mövzunu yaxşı mənimsədiyini göstərir. Yüksək 
səviyyədə yerinə yetirilən bu buraxılış işi əla qiymətə layiqdir.
R ə y ç i: prof.N.Abdullayev

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin