156
2) Sözlərdə o və ö saitlərindən sonra v samiti gələrsə, v tələffüzdən düşür.
Məsələn, dovşan-do:şan, dovğa-do:ğa, çovdar-ço:dar, növbə-nö:bə, lövbər-lö:bər
və s.
Şəkilçilərin tələffüzü
Bəzi şəkilçilər müəyyən şərait və məqam daxilində yazılışından fərqli
tələffüz olunur ki, bu deyiliş tərzi orfoepik norma kimi qəbul edilir.
Şəkilçilərin
orfoepik tələffüzünə aşağıdakıları göstərmək olar:
1.
İsmin çıxışlıq hal şəkilçisi
m, n
samitləri ilə bitən sözlərdən sonra
nan, nən
şəklində tələffüz olinir. Məsələn, adamdan-adam/nan/, atamdan-
atam/nan/, milyondan-milyon/nan/, birindən-birin/nən/, məndən-mən/nən/ və s.
2.
Üçüncü şəxsin xəbər şəkilçisindəki r samiti tələffüzdən düşür. Həmin
şəkilçi -dı, -di, -du, -dü formasında tələffüz olunur. Məsələn, şagirddir –
şagird/di/, həkimdir – həkim/di/, yazmışdır – yazmış/dı/ və s.
3.
a, ə saitləri ilə bitən fellərə saitlə başlanan şəkilçi artırıldıqda söz
sonundakı açıq saitlər (a, ə saitləri) ahəng qanununa uyğun şəkildə müvafiq qapalı
saitlərin biri ilə əvəz olunaraq tələffüz edilir. Məsələn, başlayır-başlıyır,
işləyir-
işliyir, gözləyir-gözlüyür, ovlayan-ovluyan və s.
4.
II şəxs cəm şəkilçisi -sınız, -siniz, -sunuz, -sünüz bir heca ilə -sız, -
siz, -suz, -süz şəklində tələffüz olunur. Məsələn, gedirsiniz-gedir/siz/, görürsünüz-
görür/süz/, yorğunsunuz-yorğun/suz/ və s.
5.
Sifət düzəldən -lı, -li, -lu, -lü şəkilçisi qoşulduğu sözün son
samitindən asılı olaraq -rı, -ri, -ru, -rü; -dı, -di, -du, -dü; -nı, -ni, -nu, -nü şəklində
tələffüz olunur. Məsələn, ətli-ət/di/, unlu-un/nu/, dadlı-dad/dı/, qazlı-qaz/dı/, varlı-
var/rı/, ətirli-ətir/ri/, qüsurlu-qüsur/ru/ və s.
6.
Cəm şəkilçisi –lar//-lər qoşulduğu sözün son samitindən asılı olaraq –
rar//-rər, -dar//-dər, -nar//-nər şəklində tələffüz olunur. Məsələn, qərarlar –
qərar/rar/, dəftərlər-dəftər/rər/, qovunlar-qovun/nar/, gəlinlər-gəlin/nər/, işlər-
iş/dər/, atlar-at/dar/ və s.
157
7.
İndiki zaman III şəxsin cəmində işlənən fellərdə zaman şəkilçisi -ıl,
-il, -yul, -yül şəklində tələffüz olunur. Məsələn, alırlar-al[ıl]lar, gəlirlər-gəl[il]lər,
oxuyurlart-oxu[yul]lar, görürlər-gör[ül]lər, söyləyirlər-söyl [ü][yül]lər və s.
8.
–ma//-mə şəkilçisindən sonra y ilə başlanan şəkilçi gəldikdə inkarlıq
şəkilçisinin saiti söz kökünün ahənginə uyğun qapalı saitlə əvəz edilir. Məsələn,
gəlməyim-gəlm/i/yim, almayım-alm/ı/yım, oxumayım-oxum/u/yum, görməyim-
görm/ü/yüm və s.
9.
Nəqli keçmiş zaman şəkilçisindən sonra
III şəxs xəbər şəkilçisi
gəldikdə zaman şəkilçisindəki ş samiti tələffüz olunmur. Məsələn, baxmışsan-
baxmısan, baxmışsınız-baxmısız, gəlmişsən-gəlmisən, gəlmişsiniz-gəlmisiz, oxu-
muşsan-oxumusan, oxumuşsunuz-oxumusuz və s.
10.
İdi, imiş
hissəcikləri saitlə bitən isim,
sifət və fellərə qoşulduqda
hissəciyin əvvəlinci saiti düşür, sözün son saiti bitişdirici y samitinin təsiri ilə
müvafiq qapalı saitə çevrilərək tələffü olunur. Məsələn, alsa idi - /alseydi/, gəlsə
idi - /gəlseydi/, görsə imiş - /görseymiş/, xına imiş - /xıneymiş/,
nəvə idi -
/nəveydi/, dərə imiş - /dəreymiş/, ata idi - /ateydi/, ata imiş - /ateymiş/, acı idi -
/aciydi/, quru imiş - /quriymiş/, xırda idi - /xırdeydi/, incə imiş - /inceymiş/ , alsa
imiş - (alseymiş), gəlsə imiş – (gəlseymiş) və s.
Dostları ilə paylaş: