Nitq mədəniyyətinin əsasları


ə saitinin uzanması), bədii, təbii sözlərində  ə



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə77/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   145
Azf-277620

ə
saitinin uzanması), bədii, təbii sözlərində 
ə
saitinin uzadılaraq 
tələffüz olunması və s. Tələffüz qüsurlarının digər bir qismi sözlərdə (daha çox 
alınma sözlərdə) vurğunun düzgün deyilməməsi nəticəsində baş verir. Məsələn: 
İngiltə`rə, ope`ra, Xo`srov, nəzə`riyyə, ba`şqa, bü`tün, Qaraba`ğ, Lit`va, kafe`dra, 
sekto`r, kafe`l, bü`ro, kame`ra, si`fət, i`sim, ə`dat, da`ha, o`xu, mü`xtəlif, teo`rem, 
Çelyabi`nski, Pifa`qor, ə`sasən, e`tibarən, gü`norta, peda`qoq, fizi`ka, şu`ra, 
müx`təlif, a`rzu (edirəm) və s. Ədəbi tələffüz normalarının pozulmasının ikinci 
halı orfoepiyası orfoqrafiyasından fərqli olan sözlərin yazıldığı kimi deyilməsi və 
oxunmasıdır. Hərfi tələffüz (buna kitab tələffüzü də deyilir) bir sıra alınma 
sözlərin, həm də dilimizə məxsus söz və şəkilçilərin deyili-şində (daha çox 
oxusunda) özünü göstərir. Alınma sözlərdə: məsələn: Lomonosov (Lamanosov 
əvəzinə), Moskva (Maskva əvəzinə), intonasiya (intanasiya əvəzinə), orfoqrafiya 
(arfaqrafiya əvəzinə) və s. Dilimizə məxsus sözlərin və şəkilçilərin deyilişində: 
məsələn: vicdan (vijdan əvəzinə), uşaq (uşax əvəzinə), məqsəd (məksəd əvəzinə), 
başlayır (başlıyır əvəzinə), dinləyirlər (dinliyirlər əvəzinə), qanlı (qannı əvəzinə), 
atamla (atamnan əvəzinə), görsə idi (görseydi əvəzinə) və s.
Ədəbi tələffüzdən uzaqlaşmanın yuxarıda göstərilən formaları müəllim-
lərin danışıq və oxusunda da müşahidə olunur ki, bu şagirdlərin, tələbələrin 


146 
yüksək nitq mədəniyyətinə yiyələnməsi işinə öz mənfi təsirini göstərir. Xüsusən, 
müəllimlərin ədəbi tələffüz baxımından qüsurlu danışığı ilə heç bir halda 
razılaşmaq olmaz. Ədəbi dilimizin qoruyucuları, təbliğatçıları, tənzimləyiciləri, 
yayıcıları olan müəllimlər düzgün tələffüz qaydaları əsasında danışmağı və 
oxumağı bacarmalıdırlar. Düzgün danışıq, nümunəvi tələffüz müəllimin ixtisasca 
hazırlığını, mədəni səviyyəsini səciyyələndirən başlıca göstəricilərdəndir. 
Müəllim biliyi, dünyagörüşü, davranışı, geyimi və s. ilə bərabər, öz nitqi (həm 
yazılı, həm də şifahi nitqi) ilə də başqalarına nümunə olmalıdır. Onun nitqində bir
dənə də belə söz və ifadə pozğunluğuna yol verilməməli, danışıq və qiraəti öz 
aydınlığı, səlisliyi, axıcılığı, intonasiyaca zənginliyi ilə xoşagəlimli olmalı, 
diqqəti cəlb etməlidir. Bunun üçün müəllim, hər şeydən əvvəl, ədəbi tələffüz 
baxımından mədəni nitqə verilən tələbləri bilməli, öz danışıq və oxusunda onları 
gözləməlidir. 
Natiqdə, eləcə də hər hansı bir savadlı və mədəni adamda ədəbi tələffüz 
normaları əsasında danışmaq və oxumaq vərdişi birdən-birə yaranmır. Bunun 
üçün ciddi səy, möhkəm iradə, nitq üzərində müntəzəm işləmək tələb olunur. 
Natiq, hər şeydən əvvəl, nitq mədəniyyəti, o cümlədən ədəbi tələffüz, intonasiya 
ilə bağlı dilçilik ədəbiyyatını, natiqlik sənəti və məharətinə dair yazılmış kitabları, 
məqalələri müntəzəm şəkildə mütaliə etməlidir. O, əhatə olunduğu adamların 
danışığı üzərində daima müşahidə aparmalı, nitqdəki qüsurları tutmağı, onların 
başvermə səbəblərini müəyyənləşdirməyi bacarmalıdır.
Nümunəvi danışığı əxz etmək, onun məziyyətlərini mənimsəmək məqsə-
dilə aparılan müşahidələrdən daha çox səmərə verəni 
diktorların, aktyorların
və 
digər söz ustalarının danışıq və ifadəli oxusunun dinlənilməsidir. Diktor və 
aktyorların çoxunun nitqi ədəbi tələffüz baxımından etalon səviyyəsindədir, ona 
görə də başqaları üçün nümunə ola bilər. Bəzi istisnalar nəzərə alınmazsa, bu 
sənət sahiblərinin danışıq və oxusunda istər kitab, istər yerli dialekt, istərsə də 
sadə danışıq dilinə məxsus tələffüz qüsurları, demək olar ki, yox dərəcəsindədir. 
Onların nitqinin intonasiyası zəngin və rəngarəngdir. Bu cəhəti nəzərə alaraq natiq 


147 
radio və televiziya verilişlərini müntəzəm şəkildə dinləməli, sözlərin və ifadələrin 
tələffüz tərzinə diqqət verməli, lazım gəldikdə qeydlər aparmalıdır. 
Ədəbi tələffüz vərdişlərinə yiyələnməkdə danışan və ifadəli oxuyanın öz 
nitqi üzərində müşahidə aparması olduqca vacibdir. Natiq öz danışıq və oxusunu 
dinləməyi, onun məziyyətlərini və qüsurlarını tutmağı, nitqini ədəbi tələffüz 
baxımından təshih etməyi bacarmalıdır. Bu məqsədlə radio və televiziya veriliş-
lərindən xarakter mətn (aktyor və diktorların ifasında bədii əsərlərdən parçalar, 
publisistik məqalələr və s.) lentə yazılır və dəfələrlə dinlənilir. Natiq öz oxusu ilə 
diktor oxusunu tutuşdurur, müqayisələr aparır, çatışmayan cəhətləri müəyyən-
ləşdirir. Aparılan bu cür müşahidə və müqayisə ədəbi tələffüz qaydalarının, 
intonasiya normalarının mənimsənilməsi, nitqə tətbiqi baxımından olduqca 
əhəmiyyətlidir. 
Natiq ehtiyac duyduqda 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin