Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə80/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   145
Azf-277620

Adi danıĢıq üslubu.
Dil ünsiyyətinin geniş forması bu üslubda aparılır. 
Adi danışıq üslubunun özünəməxsus xüsusiyyətləri vardır. Məsələn, normativ 
üslubda 
mənimçün, bizdən ötrü, stəkan, bacarmaq
kimi tələffüz olunan sözlər adi 
danışıq üslubunda 
məmcün, bizzənötrü, istəkan, başarmaq
kimi tələffüz edilir. 
Ümumiyyətlə, adi danışıq dili şivəyə nisbətən ədəbi dilə yaxın olduğu kimi, onun 
tələffüz qaydaları da ədəbi dilin tələffüz qaydalarına yaxındır. Adi danışıq dili ilə 
ədəbi dil arasında ümumi cəhətlər çoxdur. Ədəbi dil ümumxalq dili (bura adi 
danışıq dili də daxildir) əsasında meydana gəlir, yaşayır və inkişaf edir. Onun 
başqa normaları kimi, tələffüz norması da müəyyənləşdirilərkən adi danışıq 
dilinin tələffüz şəkilləri üzərində seçmə əməliyyatı aparılır. Həmin şəkillər ədəbi 
dil baxımından saf-çürük edilib, dilin fonetik sisteminə uyğun, tələffüzcə asan və 
ahəngdar, orfoqrafik qaydalara yaxın olan variantlar orfoepik norma kimi 
götürülür. Bir sıra söz və qrammatik formalar, məsələn, 
məndən, plandan, dovşan, 
alsa idi, anbar 
və s. adi danışıq dilində 
mənnən, plannan, d[o:]şan, alseydi, 
ambar
şəklində tələffüz olunur. Ədəbi dildə də bu tələffüz şəkilləri düzgün sayılır. 
Ona görə də həmin söz və qrammatik formaların adi danışıq dilində uğradığı 
dəyişiklik, bu dəyişikliyə səbəb olan fonetik hadisə və qanunlar ədəbi dil üçün də 
məqbul hesab edilir. Lakin bu tələffüz eyniyyətini bütün söz və qrammatik 
formalara şamil etmək olmaz. Adi danışıq dilinin yerli dialektlə müştərək olan 
bəzi tələffüz formalarına ədəbi dildə yer verilmir. Həm dialekt, həm də adi 
danışıq dilində işlədilən 
istansiya, istəkan, nüksan, işdəmək, haçar, hasand 
və s. 
kimi tələffüz variantları ədəbi dil üçün xarakterik deyildir. Eləcə də dialekt 
xüsusiyyətli tələffüz tərzi (məs.; 
almeg, nöş, boba, hancarı, gəlcik, xabar, 
simavər, uniki
(on iki) və s. nə adi danışıq, nə də ədəbi dilə aid edilə bilər. 
Beləliklə, şivə, adi danışıq dili və ədəbi dilin hər birinin özünəməxsus tələffüz 
xüsusiyyətləri vardır ki, natiqlik praktikasında bunu nəzərdən qaçırmaq olmaz.


151 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin