Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə76/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   145
Azf-277620

(M.M.) 
 
2) Müəllim! Belə bir şərəfli adı daşıyan sənin kimi kamil bir adamla 
ünsiyyətdə olmaq mənim üçün xoşdur.
3. Bəli, xeyr, çox gözəl, yox kimi təsdiq və inkar sözlərindən sonra. Məs.; 
1) Çox gözəl! Razıyam (nağıl. 2)Yox! Arvad, bu olan şey deyil, mən gedib 
ov ovlamalıyam (nağıl). 3) Bəli! Mən ona zəhər verib öldürərəm, heç kəs də 
bilməz (nağıl).
Durğu işarələrinin işlənmə məqamları rəngarəngdir. İmkanın 
məhdudluğunu nəzərə alıb yuxarıda deyilənlərlə kifayətlənirik. Bu barədə geniş 
məlumat üçün aşağıdakı mənbələrə müraciət etmək olar: 
1. Z.İ.Budaqova. Azərbaycanda durğu işarələri. Bakı, 1977. 
2. M.Həsənov. Durğu işarələri təliminin metodikası. Bakı, 1974. 
3. Durğu işarələrinin işlədilməsi qaydaları. Bakı, 2011. 


143 
ƏDƏBĠ TƏLƏFFÜZ NORMALARI 
 
Ədəbi tələffüz öz əhatə dairəsinə görə geniş bir anlayışdır. Bu anlayışa 
söz, qrammatik forma və sintaktik quruluşların dildə işlənilən sabit və vahid 
qaydaları daxildir. Tətbiqi dilçilikdə ədəbi tələffüzlə yanaşı, orfoepik tələffüz 
termini də işlədilir. Orfoepiya yunanca “düzgün”, “dürüst” mənasında olan 
orpos 
sözü ilə 
“danışmaq”, “nitq
” mənasında olan
 epos
sözünün birləşməsindən düzəl-
dilmiş bir termindir. Bu terminin ifadə etdiyi anlayışa dilin fonetik sistemi ilə 
bağlı olub hər hansı bir səsin müəyyən fonetik şəraitdə - sözün əvvəlində, orta-
sında, sonunda, qrammatik formalarda, söz birləşmələrində tələffüz xüsusiy-
yətlərini tənzimləyən qaydalar daxildir.
Azərbaycan dili orfoepiyasının tədqiqi tarixi o qədər də qədim deyildir. 
Keçən əsrin ortalarından başlayaraq tətbiqi dilçiliyin bu sahəsində tədqiqatlar 
aparılmış, bir sıra məqalə və həcmcə o qədər də böyük olmayan əsərlər yazılmış, 
dərslik, dərs vəsaitlərində orfoepik məsələlərə müəyyən dərəcədə yer verilmişdir. 
Ə.Dəmirçizadə, M.Şirəliyev, Ə.Əfəndizadə, A.Qurbanov, N.Abdullayevin apar-
dığı araşdırmalar orfoepik normaların müəyyənləşdirilməsində əhəmiyyətli rol 
oynamışdır (18, 51, 19, 41, ). Lakin bütün bunlarla yanaşı, orfoepiya sahəsində 
hələ də tədqiqə ehtiyacı olan bir sıra məsələlər vardır. Onların dürüstləşdirilməsi 
vahid orfoepik normaların yaradılması, müəyyənləşdirilməsi baxımından xüsusi 
əhəmiyyət kəsb edir. Bunlar aşağıdakılardır: 
1.
Qrammatik kateqoriya və sintaktik quruluşların tələffüz normaları. 
2.
Orfoepiyanın orfoqrafiya, eləcə də adi danışıq dili və dialekt tələffüzü 
ilə sərhədi.
3.
Ədəbi tələffüz normalarının əsasında duran prinsiplər. 
4.
Ədəbi tələffüzün üslubları. 
5.
Mürəkkəb qısaltmaların, alınma sözlərin tələffüz qaydaları. 
6.
Şeir dilinə, poeziyaya məxsus orfoepik məsələlər – poetik orfoepiya. 
7.
Ədəbi tələffüz və orfoepik tələffüz anlayışları, onların fərqi. 
8.
Orfoepik normaların təşəkkül tapması və inkişafı tarixi və s. 


144 
Yüksək nitq mədəniyyəti, nümunəvi tələffüzə nail olmaq üçün birinci 
növbədə orfoepiyanın yuxarıda qeyd etdiyimiz və etmədiyimiz digər məsələlərini 
dilimizin bugünkü inkişafı səviyyəsində tədqiq etmək, araşdırmaq lazım və 
vacibdir. “Təəssüf ki, bu vaxta qədər orfoepik normalar bir layihə formasında 
tərtib olunub ziyalıların müzakirəsinə verilməmişdir. Geniş müzakirə həm nəzəri, 
həm də əməli cəhətdən zəruridir. Bu cəhəti nəzərə alsaq deyə bilərik ki, əlimizdə 
hamının bəyəndiyi, normaya çevirdiyi, təsbit olunmuş qaydalar məcmuyu yoxdur, 
onu yaratmaq günün aktual problemlərindən biridir” (28). Ədəbi dilin sabit və 
vahid tələffüz normalarının müəyyənləşdirilməsi, həmin normalara əsaslanan 
qaydaların danışıq və oxuya tətbiqi nitq mədəniyyətinin inkişafı baxımından 
olduqca vacibdir. 
Şifahi dilin fəaliyyət
dairəsinin genişləndiyi indiki zamanda 
ədəbi tələffüz normalarını gözləmək daha böyük əhəmiyyət kəsb edir. Ədəbi-
bədii gecələrdə istək və arzularını, hiss və həyəcanlarını oxucuları ilə bölüşən ədib 
və şairlər, teatr səhnəsində çıxış edən görkəmli aktyorlar, radio, televiziya 
verilişləri vasitəsi ilə xalqla daim ünsiyyətdə olan diktorlar, tələbə və şagirdlərə 
biliklərin əsaslarını mənimsədən, onlara yüksək əxlaqi keyfiyyətlər aşılayan
müəllimlər, xitabət kürsülərindən dövlət əhəmiyyətli məsələlərdən bəhs edən 
natiqlər və b. şifahi ədəbi dilin zəngin imkanlarından məharətlə istifadə edirlər. 
Həm də bu o zaman daha yaxşı səmərə verir ki, danışan şəxs dilin başqa normaları 
ilə yanaşı, tələffüz qaydalarına da düzgün və ciddi əməl etmiş olsun. Bu baxımdan 
ədəbi tələffüz normaları ictimai ünsiyyətdə böyük əhəmiyyət kəsb edir. Bu 
normalar ayrı-ayrı adamların istək və arzuları, fərdi xüsusiyyətləri, şəxsi zövqü ilə 
deyil, dilimizin daxili qanunları ilə bağlı olduğundan nitq prosesində onları 
pozmağa, təhrif etməyə heç kəsə icazə verilmir, danışanın tələffüz qaydalarına 
əməl etməsi onun ictimai borcu kimi qiymətləndirilir. 
Ədəbi tələffüz normalarına uyğun qurulan nitq dinləyicilər tərəfindən asan 
qavranılır. Belə danışığın estetik təsiri daha güclü olur. Bu keyfiyyətə sahib olan 
natiqlər öz dinləyicilərinə eyni zamanda gözəl nitq nümunəsi verirlər. Əksinə, 
tələffüz qüsurlu olan natiqi istənilən səviyyədə dinləmək mümkün olmur. Belə 
nitqdə diqqət yayınır, çox vaxt bu cür danışıq gülüş və rişxəndə də səbəb olur. 


145 
Danışanların (eləcə də mətn əsasında oxuyanların) nitqində ədəbi tələffüzlə 
bağlı bir sıra qüsurlar özünü göstərir ki, onların iki forması daha xarakterikdir. 
Bunlardan birincisi, yerli şivə və adi danışıq dilinə məxsus qüsurlardır. Nitqdə 
bəzən söz və qrammatik formalar yerli şivədə və ya adi danışıqda olduğu şəkildə 
tələffüz edilir. Məsələn: 
həlbəttə, hasan, ahali, haçar, muraciət, genə (yenə), 
istəkan, işqaf, usdol (stol), qulup (klub), varağ (vərəq), dəyşət (dəhşət), huquq 
(hüquq), qırıx (qırx), ilik (ilk), bajı (bacı), yanı (yəni), nöş (nə üçün), mıyı (bunu), 
dərmən (dərman), olsoydu (olseydi), əyyani (əyani), diqət (diqqət), doğurdan, 
tilvizir, döylü (deyil), direktır, qabul,, nərazılıq, belənçik, mübtadə, 
müsəlmançalıq, azreyil, ümümi, saydə (sadə)
və s. Bu qəbildən olan orfoepik 
qüsurların bir qismi nitq prosesində uzun və qısa deyilən saitlərin düzgün 
işlənməməsi səbə-bindən irəli gəlir. Məsələn: mədəni (adam) əvəzinə m[ə:]dəni 
(birinci hecada 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin