Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə75/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   145
Azf-277620

(Ə.Haqverdiyev).
 
3. Dialoqlarda müsahib cavab vermədikdə. Məs.; 
- Günah özündədir!... 
- ... 
- Əlbəttə, günah özündədir 
(M.Cəlal).
 
SUAL ĠġARƏSĠ 
Cavab almaq məqsədilə verilən sual cümləsinin sonunda qoyulur. 
İran hakimi Kərim xan Zəndə bir tərlan bağışlamışdılar. O, quşa baxıb:
- Bu quş nə üçündür? – deyə soruşur. 
- Göyərçin, kəklik tutmaq üçün – demişdilər. 
- Özü nə yeyir? 
- Gündə bir quş. 
- Elə isə buraxın getsin, özü tutsun, özü də yesin. 
Danışıqda heç bir cavab tələb etməyən sual cümlələri də işlədilir. Bunlar 
ritorik sual cümləsi adlanır. Məs.;
Alçalmısan, ucalmısan, 
Ömür sürüb qocalmısan, 
Nə vermisən, nə almısan, 
O dövrandan, bu dövrandan? 
(R.Rza) 
NĠDA ĠġARƏSĠ 
1. Bu işarə nida cümlələrinin sonunda qoyulur. Məs.; 
1) Bayatına yaslı şerim qoşulsun, 
Sənin dərdin, mənim serim bir olsun! 
(Ə.Cavad) 


142 
2)
 
Yurdumuzun baharı, xalqımızın Novruz bayramı mübarək olsun!

Nida intonasiyası ilə deyilib təkid, alqış, razılıq, təşəkkür, buyuruq, 
çağırış və s. bildirən əmr cümlələrindən sonra nida işarəsi qoyulur. Məs.; 
 
Kəsin eyşi-nuşi, gələnlər, susun! 
Dumandan yorğanı, döşəyi – yosun. 
Bir yorğun pəri var: bir az uysun
Uysun dağların maralı Göy göl! 
(Ə.Cavad) 
 
2.
Xitablardan sonra. Məs.; 
1) Gəl, ey boranlı qış, səpələn ey qar! 
Geyin ağ kürkünü, sən ey ixtiyar! 
Gəl, ey sevimli yaz, dəli gəncliyim! 
Günəşin eşqilə çağlaşın sular! 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin