139
1. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi – İtqapan
kəndinin əhli Novruzəlidir
(C.Məmmədquluzadə).
2. Üç duyğu – qorxu, sevinc və utancaqlıq üçü də birdən Dilbərə hücum
etdi
(C.C.).
2) Müqayisə edilən obyektləri daha qabarıq nəzərə çarpdırmaq üçün
onların (qarşılaşdırılan sözlərin) arasında
.
Məs.;
Sən günəş – mən səndən nur alan Ayam,
Sən bir səs – mən isə əks-sədayam!
Zirvəsən – zirvəyə qalxan cığıram.
(N.Xəzri)
3) Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra tire
qoyulur. Məs.;
Dostlar hər şeydən – həyatdan, ailədən, dostluqdan, məhəbbətdən,
dünyanın işlərindən danışdılar.
4) Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire
qoyulur. Məs.;
O, vəziyyətə də, yorğunluğa da, yurdsuzluğa da – bunların
hamısına dözərdi
(S.Qədirzadə).
5) Məntiqi vurğulu sözü nəzərə çarpdırmaq, ayırmaq üçün həmin sözdən
sonra tire qoyulur.
Vətən - əcdadımızın mədfənidir.
Vətən – övladımızın məskənidir.
Dostları ilə paylaş: