Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə74/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   145
Azf-277620

(A.Səhhət)
 
6) Dialoqlarda cümlələrin əvvəlində tire qoyulur. 
- Yoldaşım, yatmışmısan? 
- Yox bir sözün varsa, buyur. 
- On manat qərz istərəm... 
- Yox, yox, bərabər, yatmışam 
(Sabir
)


140 
7) Müəllif sözü vasitəsiz nitqdən tire ilə ayrılır. Məs.;
- Oğul, - dedi – gecə isti su atanda bismillah deyərlər 
(T.Mahmud).

ĠKĠ NÖQTƏ 
1. Ümumiləşdirici sözdən sonra: 
İnstitutun məqsədi azlıqlarla: etnik, dini, əlillər, qaçqın və köçkünlər, 
ahılar, uşaqlar və başqaları ilə məşğul olan qeyri-hökumət təşkilatlarına kömək 
etməkdir (“Azadlıq” qəzeti, 7 oktyabr 2004). 
2. “Məsələn” və onun ixtisar şəklindən (məs.:) sonra. 
Məsələn: 1. Şairi maraqlandıran problemlərin mərkəzində insan durur.
Səni yaz qatarı apardı tezdən 
Elə bil dünyanı 
Qarlı qış aldı. 

(N.Xəzri)
3. Dialoqlarda: Məs.: 
Xosrov əvvəlcə soruşdu: “Hardansan cavan?” 
Fərhad cavab verdi: “Dost diyarından”. 
Dedi: “O dünyada hansı sənət var?” 
Dedi: “Qəmi alıb, canı satırlar” 

(N.Gəncəvi) 
ÜÇ NÖQTƏ 
1. Fikrin bitmədiyini bildirmək məqsədilə cümlənin sonunda qoyulur. 
Məs.;
1) Axşam... 
Göy fikirli... 
Dəniz nigaran... 
(N.Xəzri) 
2)
– Əsgərlik yaşına çox var, heylədir, yoxsa yox? Gərək məktəbi 
bitirəsiniz, sonra... 
(C.Əlibəyli
). 


141 
2. Yüksək hiss-həyəcanla deyilib özündən sonrakı sözdən müəyyən fasilə 
ilə ayrılan xitabdan sonra. Məs.; 
Ay Qurban... Nə deyim bircə səni bağrıma basaydım, ondan sonra 
ölsəydim də, qəmim olmazdı 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin