Namaz və çirkin işlərin qarşısının alınması
Sual: Namaz fərd və cəmiyyəti günah və çirkin işlərdən necə ayırır?
Cavab:
1. Bütün çirkin işlərin kökü qəflətdir. Allah-təala Əraf” surəsinin 179-cu ayəsində qafil insanı heyvandan da alçaq sayır. Namaz Allah zikri və insanı oyadan ən güclü vasitə olduğundan pis işlər üçün zəmini də aradan qaldırır.
2. Namazın bərpası və ilahi rəngə boyanma şeytani rəngin qarşısını alır. Ağ libas geyinən insan heç vaxt çirkin yerə daxil olmaq istəmir.
3. Namazla yanaşı adətən zəkat tövsiyə olunur. Zəkat insanı xəsislikdən, məhrumlara diqqətsizlikdən uzaqlaşdırır, cəmiyyəti günaha aparan yoxsulluqdan azad edir.
4. Namazın bir sıra hökmləri və göstərişləri var. Onların hər biri insanı bir çox günahlardan uzaqlaşdırır. Məsələn:
–Namaz qılınan məkanın və namaz qılanın libasının halal olması şərti; bu şərt insanı başqalarının hüquqlarına təcavüzdən uzaqlaşdırır.
–Dəstəmaz suyunun, məkanın, libasın və namaz qılanın bədəninin paklıq şərti; bu şərt insanı bulaşıqlıqdan uzaqlaşdırır.
–İxlas, səmimiyyət şərti; bu şərt insanı şirk və riyadan uzaqlaşdırır.
–Qiblə şərti; bu şərt insanı qeyri-müəyyənlikdən, haraya gəldi üz tutmaqdan saxlayır.
–Rüku və səcdə insanı təkəbbür sifətindən uzaqlaşdırır.
–Namazda münasib libasa diqqət insanı çılpaqlıqdan və iffətsizlikdən qoruyur.
–Camaat namazında imamın ədalətinə diqqət insanların günah və xətadan uzaqlığına səbəb olur.
–Cəmiyyət namazı insanı yersiz guşənişinlikdən xilas edir.
–Cəmiyyət namazının hökmləri və şərtləri; bu şərtlər bir çox dəyərləri canlandırır: xəlqilik, rəhbərdən önə keçməmək, cəmiyyətdən geri qalmamaq, cəmiyyət imamının haqq sözü qarşısında sükut, nizam-intizam, təqvalı insanların dəyərləndirilməsi, təfriqədən uzaqlıq, irqi və milli ayrı seçkiliklərdən uzaqlıq, fərqli siyasi baxışa dözüm, bu şərtlərin istənilən birinin ödənməsi zəruri olan səhnədə iştirak.
–Hər namazda “Həmd” surəsinin oxunması insanın aləmlərin Rəbbi ilə rabitəsini, Allah qarşısında təşəkkür və təvazönü, Allaha təvəkkül və Ondan yardım dilənməsini, məada diqqət və onun xatırlanmasını, məsum rəhbərlərlə və ilahi övliyalarla yaxınlığı, azğın rəhbərlərdən uzaqlığı, insanın cəmiyyətlə əlaqəsini önə çəkir. Bu məsələlərin istənilən birinə diqqətsizlik ya günahdır, ya da böyük günaha zəmin yaradır.
Dostları ilə paylaş: |