Nöqtələr
Ötən ayələrdə ilahi nemətlər yada salındı. Diqqət yetirilsə məlum olar ki, bütün bunlar Allahın qüdrət, hikmət və lütf nişanələridir. Ayələrdə buyurulur ki, onlar çox inadkardırlar, nə nişanələrdən ibrət götürür, nə öyüd-nəsihətə qulaq asırlar. Onlara dünya və axirət əzabı olan işlərdən çəkinmək, bu yolla Allahın bəxşiş və lütfünə çatmaq tapşırılır.
Bildirişlər
1. Yaxşılığa çağırışla xəbərdarlığı başa çatdırın.
2. Təqva ilahi mərhəmətə çatmaq rəmzidir.
3. Xəbərdarlığı başa çatdırmaq üçün müxtəlif dəlillər göstərin.
4. Allahın nişanələri çoxsa da, insanlar az qəbul edir.
Ayə 47:
﴿وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا مِمَّا رَزَقَكُمْ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَن لَّوْ يَشَاء اللَّهُ أَطْعَمَهُ إِنْ أَنتُمْ إِلَّا فِي ضَلَالٍ مُّبِينٍ﴾
“Onlara Allahın sizə verdiyi ruzidən bağışlayın” deyildikdə küfrə uğrayanlar iman gətirənlərə deyər: “Əgər Allah istəsəydi, özü onlara ruzi verərdi. Belələrinə bizmi ruzi verək?” Siz aşkar bir azğınlıq içindəsiniz.”
Dostları ilə paylaş: |