Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə150/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   146   147   148   149   150   151   152   153   ...   348
(74-CÜ SURƏ; 56 AYƏ)
İYİRMİ DOQQUZUNCU CÜZ
MUDDƏSSİR” SURƏSİNİN SİMASI
Qurani-məcidin bu surəsi Məkkədə nazil olmuşdur və 56 ayədən ibarətdir. Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “Muddəssir” sözü “ridasına bürünmüş” mənasını bildirir.

Surədə əziz Peyğəmbər (s) aşkar dəvət və səbrə çağırılır, cəhənnəm və cəhənnəm əhlinin sifətlərindən danışılır, hər bir insanın taleyinin onun əməllərindən asılı olduğu bildirilir.


بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6, 7:

﴿يَا أَيُّهَا الْمُدَّثِّرُ﴾﴿قُمْ فَأَنذِرْ﴾﴿وَرَبَّكَ فَكَبِّرْ﴾﴿وَثِيَابَكَ فَطَهِّرْ﴾﴿وَالرُّجْزَ فَاهْجُرْ﴾﴿وَلَا تَمْنُن تَسْتَكْثِرُ﴾﴿وَلِرَبِّكَ فَاصْبِرْ﴾

Ey üstünə rida çəkmiş! Ayağa qalx, xəbərdarlıq et; Rəbbini uca tut; libasını pak saxla; çirkinlikdən uzaq ol; (bağışlayanda) minnət qoyma; işlərini böyük sayma; Rəbbinə xatir səbr et.”


Nöqtələr
◘Qurani-kərimdə “qum” (“qalx”) sözü iki dəfə işlədilmişdir və hər dəfə bu əmr Peyğəmbərə (s) ünvanlanır. Bir dəfə gecə namazı, başqa bir dəfə cəmiyyətin tərbiyəsi üçün ayağa qalxmaq əmr olunur.

◘”Disar” sözündən olan “muddəssir” sözü o biri libasların üzərindən geyilən uzun libas mənasını bildirir. Bəzən də yatarkən belə bir libas geyirlər. (Alt libas isə “şiar” adlanır)

◘”Kəbbir” (“uca tut”) əmri azan və iqamənin təkbirlərində, təkbirətul-ehramda, təsbihati-ərbəədə nəzərə alınmalıdır.

◘İmam Sadiq (ə) buyurur: “Libası pak saxlamaq dedikdə onun qısaldılması nəzərdə tutulur. Cahiliyyət dövründə varlılar bir ucu yerlə sürünən libas geyirdilər. Onlar adam tuturdular ki, libasın arxa hissəsini əllərində gəzdirsinlər.”

◘İmam Kazim (ə) buyurur: “Siyabəkə fətəhyir” dedikdə libasın yerə toxunub bulanmasının qarşısını almaq üçün onu yuxarı qaldırmaq nəzərdə tutulur.” (Qeyd)1

◘”Rucz” sözü “rics” sözünün sinonimi olub çirkinlik mənası bildirir. Günahın, şirkin, bütpərəstliyin, əzabın, pis əxlaqın çirkinliyi bu sözlə ifadə olunur.

◘Hədisdə oxuyuruq ki, bir şey verəndə daha artıq qaytarılacağını gözləmə. Başqa bir hədisdə Allah yolunda görülən işin böyük sayılmaması tapşırılır. (Qeyd)2

◘Ötən surədə gecə ibadətləri ilə bağlı açıqlama verildi. Buy surədə gün uzunu insanlarla rabitədən danışlır.

◘”Əllahu əkbər” zikri “və rəbbəkə fəkəbbir” əmrinin aydın nümunəsidir.

◘Allahı böyük tutmaq dedikdə başqalarının kiçik sayılması nəzərdə tutulur. Təyyarə nə qədər yuxarı qalxırsa, yer o qədər kiçilir. Kim Allahı böyük sayırsa, dünya onun nəzərində kiçikdir və o heç bir zorludan qorxmur. (İmam Rahil “Əllahu əkbərə” qəlbən inandığından “Amerika heç bir qələt edə bilməz” söyləyirdi) Bu sifət “Nəhcül-bəlağənin” “həmmam” xütbəsində müttəqilərin səciyyəsi kimi qeyd olunur.

◘Allahın böyüklüyü mütləqdir. Allah bütün görünənlərdən, eşidilənlərdən, yazılanlardan, düşünülənlərdən, vəsf edilənlərdən daha böyük və daha üstündür.

◘Tərbiyə və xəbərdarlıqda bir neçə faydalı nöqtə var: zahiri paklıq, mənəvi paklıq, əməldə ixlas, səbr və təlaş.


Bildirişlər
1. Peyğəmbərin bütün ruhiyyələri diqqətə layiqdir və Allahın xüsusi lütfüdür.

2. Xalqın qurtuluşu üçün rəhbər hərəkət etməli, rahatlığı bir kənara qoymalıdır.

3. Peyğəmbərlər xəbərdarlıqla yanaşı müjdə versələr də, qəfləti aradan qaldırmaq üçün daha çox xəbərdarlığa ehtiyac var.

4. İnsan üçün bir sıra təhlükələr var. Peyğəmbərlər bəşəriyyəti müxtəlif dünyəvi və üxrəvi təhlükələrdən xəbərdar etməlidirlər.

5. İlahi əmrləri yerinə yetirmək üçün bütün vücudunuzla çalışın.

6. Peyğəmbərlər öz istəkləri ilə yox, Allahın vəhyi əsasında qiyam qaldırır.

7. Allahı həm qəlbimizdə, həm də dilimizdə böyük tutaq.

8. Allahı böyük sayan düşmənin hiylələrini, tədbirlərini səmərəsiz bilir.

9. Böyüklük başqalarının yox, Allahın sifətidir.

10. Rəhbərin sözünün təsirli olması üçün o istənilən bir nöqsandan uzaq olmalıdır.

11. Tövhid və təkbirlə yanaşı paklıq dinin paklığa verdiyi əhəmiyyəti göstərir.

12. Təkcə bədənin yox, həm də libasın paklığı İslamın diqqət mərkəzindədir.

13. İslam cəmiyyətinin rəhbəri nümunə olsun deyə bütün çirkinliklərdən paklanmalıdır.

14. İnsan cəmiyyətin islahına başlamazdan öncə özünü islah etməlidir. Özünü paklamayan cəmiyyəti paklaya bilməz.

15. Nə ibadət və infaqlarımızla Allaha minnət qoyaq, nə əməllərimizi hesablayaq, nə də Allahın məxluqunu borclu bilək.

16. Minnət qoymaq, infaq və bəxşişlərə göz dikmək ruhun çirkinliyini göstərir.

17. Minnət qoymaqdan və görülən işləri böyük saymaqdan uzaqlıq dini rəhbər və təbliğatçıların müvəffəqiyyət şərtlərindəndir.

18. Dini rəhbər xalqdan bir şey ummamalıdır.

19. Möhkəmlik və səbr Allaha xatir olduqda dəyərlidir. İlahi məqsəd yoxsa, mövqedə möhkəm dayanmaq inadkarlıqdan başqa bir şey deyil.

20. Səbr təkamül vasitəsidir.

21. Günah qarşısında səbr lazımdırsa da, xalqın doğru yola hidayətində xüsusi səbrə ehtiyac var.

22. İslam cəmiyyəti rəhbərinin müqaviməti böyük olmalıdır. O böhtanlara və əziyyətlərə, təbliğ və ibadət çətinliklərinə səbr etməlidir.

23. Xalqın doğru yola dəvəti üçün böyük iradə və əzmə ehtiyac var.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin