Ayə 6, 7, 8, 9, 10, 11, 12:
﴿يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ﴾﴿الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ﴾﴿فِي أَيِّ صُورَةٍ مَّا شَاء رَكَّبَكَ﴾﴿كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ﴾﴿وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ﴾﴿كِرَامًا كَاتِبِينَ﴾﴿يَعْلَمُونَ مَا تَفْعَلُونَ﴾
“Ey insan! Səni Rəbbin qarşısında qürrələndirən nədir? O kəs ki səni yaratdı, möhkəmləndirdi, ölçüyə saldı! Səni istədiyi şəklə saldı; bununla belə siz cəza gününü yalan sayırsınız; hansı ki sizlərə nəzarətçi qoyulmuşdur; gödüyünüz işlərdən xəbərdar olan, yazıya alan böyük mələklər.”
Nöqtələr
◘”Səvvak” möhkəmlik, sabitlik, tərəddüdən uzaqlıq mənasını bildirir. “Ədələk” sözü isə bədən üzvləri arasındakı tarazlığı ifadə edir.
◘Allahın kərəminə öz əməllərinizə arxalanın. Peyğəmbərlər Allahın kərəmindən xəbərdar olsalar da, əmələ çalışırdılar.
◘Bəli, Allah kərimdir! Onun mələkləri də, kitabı da, mükafatı da kərimdir!1 (Qeyd)
◘Allah kərimdir! O həm günahları bağışlayır, həm eybləri örtür, həm də mükafatı artırır.
Bildirişlər
1. İnsan qafil və lovğa bir mövcuddur. O işlərinin sonu barədə düşünmür. Özünü Allahın qəzəbindən amanda bilir.
2. Zəif və möhtac insan nə üçün qürrələnir?
3. Ən pis təkəbbür və qürur kərim və yaradan Rəbbin qarşısında təkəbbür və qürurdur.
4. İnsanın təkəbbür və qəfləti Allahın lütf və kərəmindən, sirləri örtməsindən sui-istifadədir.
5. Allah təkcə möminlərə lütf göstərmir. Onun lütfündən bütün insanlar bəhrələnir.
6. İnsanın təkəbbürü onun ilahi nemətlər və Allahın əzəmətindən xəbərsizliyini göstərir.
7. Təkəbbürün dərmanı Allahın böyük lütflərinə diqqətdir.
8. Yaranış qüdrətdən, sorğu-sual hikmətdən, tarazlıq bütün bəşəri ehtiyaclardan xəbərdarlıqdan danışır.
9. İnsanın yaranışı və onun bədən üzvləri arasındakı tarazlıq Allahın kərəmini göstərir.
10. İnsanların qiyafə baxımdan fərqliliyi ilahi hikmətə əsaslanır.
11. Təkəbbürü sındırmaq üçün ilahi nemətləri birbəbir sadalamaq lazımdır.
12. İnsanı dünyada yaradan kəs onu axirətdə də dirildə bilər. Təkzib edənlər nəyə əsaslanır?
13. Dünya ilə qürrələnən insan axirəti inkar edər.
14. Siz qiyaməti inkar etsəniz də, mələklər öz işini görür.
15. Çoxsaylı mələklər insanları qorumağa məsuldur.
16. Mələklər insanların əməllərini qeyd almağa məsuldur.
17. Yaxın mələklər əməlləri qeydə alarkən böyüklüklə rəftar edirlər.
18. Mələklər həm çoxsaylı, həm itigöz, həm də xırdalığı seçəndirlər.
19. Məsum mələklər tərəfindən əməllərin qeydə alınması insanları həya və təqvaya sövq edir.
Dostları ilə paylaş: |