Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə303/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   299   300   301   302   303   304   305   306   ...   348
Bildirişlər
1. Müqəddəs işlər üçün müqəddəs vaxtlar seçin.

2. Zamanlar bir-birindən fərqlənir. Onların biri o birindən üstün ola bilər.


Ayə 4:

﴿تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ﴾

Həmin gecə mələklər və ruh Rəbblərinin izni ilə əmrləri yerinə yetirmək üçün enərlət.”


Nöqtələr
◘İmam Sadiqdən (ə) ayədəki “ruh” haqqında soruşuldu. İmam buyurdu: “Cəbrail mələklərdəndir, ruh isə mələklərdən üstündür.” Sonra həzrət hazırkı ayəni tilavət etdi.

◘Mələklərin Peyğəmbərin (s) və məsum imamların qəlbinə nazil olması ilə yerlə göy, mülklə mələkut, təbiətlə qeyb arasında əlaqə yaranar.

◘Ruh meyl və şəhvətlərin mənbəsidir. Güc və hərəkət qaynağı olan ruh həmin insanlara, həm də heyvanlara aiddir. İxtiyar və düşüncə mənbəsi olan ruh insana aiddir. Mütləq əqildən ibarət ruh mələklərin vücud cövhərini təşkil edir. Mələklərdən üstün olan ruh qədr gecəsi onlarla birlikdə yerə nazil olur.

◘Rəvayətlərdə bildirilir ki, imamət məqamını inkar edənlərə qədr surəsini dəlil göstərin.3 (Qeyd) Bu surəyə əsasən mələklər hər il qədr gecəsi yerə nazil olar. Onlar Peyğəmbərin (s) həyatı dövründə onun vücuduna enərdilər. Bəs Peyğəmbərdən (s) sonra kimə nazil oldular? Aydın məsələdir ki, ilahi mələkləri hamı qəbul edə bilməz. Mələyi qəbul edən şəxs Peyğəmbər (s) kimi məsum olmalı və şəriət qarşısında məsuliyyət daşımalıdır. Belə bir şəxs yalnız məsum imam ola bilər. Bizim dövrümüzdə bu şəxs həzrət Mehdidir (ə.c.). Qədr gecəsi mələklər onun hüzuruna enir.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin