Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə261/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   257   258   259   260   261   262   263   264   ...   317
NUR-TƏFSİRİ-12

“ZUHA” SURƏSİ 
 
(93-CÜ SURƏ; 11 AYƏ) 
 
OTUZUNCU CÜZ 
 
“ZUHA” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 11 ayədən ibarətdir. 
Surənin adı onun ilk ayəsindən götürülmüşdür. Həmin ayədə günün yüksəlişinə and 
içilir. 
Bir zaman vəhyin nazil olmasında 15 gün fasilə yarandı. Müxaliflər Peyğəmbərə (s) 
tikanlı sözlər ünvanladılar. Hazırkı surə Peyğəmbərə (s) təsəlli olaraq nazil edildi. Surədə 
Peyğəmbərə (s) yetimlik dövründən peyğəmbərlik dövrünədək himayə göstərildiyi 
bildirilir. 
Belə bir münasibət, yəni yetimlərə və məhrumlara qayğı həzrət Peyğəmbərdən də (s) 
tələb olunur. Ondan istənilir ki, dildə və əməldə ilahi nemətləri aşkarlasın, onlara görə 
şükr etsin. 
رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə" 
 
Ayə 1, 2, 3, 4, 5:
 
َن ِم َك ل ٌرْیَخ ُة َر ِخ ْلََل َو﴿﴾ىَلَق اَم َو َكُّبَر َكَع د َو اَم﴿﴾ىَجَس اَذِإ ِلْی للا َو﴿﴾ىَحُّضلا َو﴿
﴾ىَض ْرَتَف َكُّبَر َكیِطْعُی َف ْوَسَل َو﴿﴾ىَلوُ ْلْا
 
1. “And olsun günün başlanğıc nuruna”; 2. “And olsun aramlıq gətirən 
gecəyə”; 3. “Rəbbin səni tərk etməmiş, sənə qəzəblənməmişdir”; 4. “Həqiqətən, 
sənin üçün axirət dünyadan üstündür”; 5. “Tezliklə Rəbbin sənə əta edər, razı 
qalarsan.” 
 
Nöqtələr 
 
◘“Zuha” sözü günün əvvəlini, işıqlanan vaxtı bildirir. “Səca” dedikdə örtmək və 
aramlıq mənaları nəzərdə tutulur. 
◘“Vəddəəkə” sözü tərk etmək mənasını bildirən “tudi” sözündəndir. “Qəla” dedikdə 
ədavətin, qəzəbin şiddəti nəzərdə tutulur. 
◘Bir zaman Peyğəmbərə (s) nazil olan vəhyin arası kəsildi. Müxaliflər “Allah səni 
tərk edib” deyə Peyğəmbəri (s) məzəmmət etdilər. Hazırkı ayələr nazil oldu və 
Peyğəmbərə (s) təsəlli verildi. Vəhyin kəsilməsində məqsəd bu ola bilərdi ki, insanlar hər 
şeyin Allah tərəfindən olduğunu dərk etsinlər. Bəli, vəhyin sözləri nazil olma vaxtı, 
qədəri Allahın ixtiyarındadır. 
◘Kiçik bir surədə 13 dəfə Peyğəmbərə (s) şəxsən müraciət edilməsi onun Allah 
tərəfindən tərk olunmadığını göstərir. 


265 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin