Bildirişlər
1. Allahın varlıq aləmi üzərindəki hakimiyyəti məcburiyyət yox, mərhəmətə əsaslanır.
2. Quranın nazil olması Allahın varlıq aləminə mərhəmət və iqtidar cilvəsidir.
3. Allah bütün varlıq aləminə eyni qaydada hakimdir.6
4. Allah varlıq aləminin həm yaradıcısı, həm mühafizi, həm də hakimidir.
5. Allah bütün görünən və görünməyənlərdən xəbərdardır və onlar üzərində mütləq hökm sahibidir.
6. Çirkin işlərin qarşısının alınmasının bir yolu da Allahın gizlin və aşkardan xəbərdar olduğunu xalqın unutmamasıdır.
7. Yaxşı ad istər sözdə, istər məna baxımından bir dəyərdir. Allah həm özü gözəldir, həm ən gözəl adları daşıyır.
● Ayə 9:
﴿وَهَلْ أَتَاكَ حَدِيثُ مُوسَى﴾
“Musanın xəbəri sənə çatdımı?!”
● Ayə 10:
﴿إِذْ رَأَى نَارًا فَقَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَّعَلِّي آتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى النَّارِ هُدًى﴾
“Od görən zaman ailəsinə belə dedi: “Bir qədər yubanın, həqiqətən, mən od tapdım. Ola bilsin ki, sizin üçün ondan bir qədər gətirəm və ya od vasitəsilə yolu tapam.”
Nöqtələr
“Qəbəs” dedikdə alov kütləsindən ayrılmış bir parça od nəzərdə tutulur.
Surənin bir hissəsində həzrət Musanın əhvalatı ətraflı şəkildə bəyan olunmuşdur:
a) Həzrət Musanın peyğəmbərlik üçün seçilməsi;
b) Həzrət Musanın Fironu haqqa dəvət etməsi;
v) Musanın Misirdən çıxması və Fironun qərq olması;
q) Bəni-İsrailin buzovpərəstliyi.
Həzrət Musa hamilə zövcəsi ilə birlikdə yola çıxdı və biyabanda yolu itirdi. Qaranlıq biyabanda, soyuq və yağışlı havada qızınmaq və yolu tapmaq üçün oda ehtiyac vardı. Həmin vaxt uzaqdan od göründü. Həzrət Musa həmin tərəfə üz tutdu. Qəfildən nida gəldi və Allah-təala həzrət Musanı peyğəmbərliyə seçdi. (Həmin gecə cümə gecəsi idi.)1
Bəli, Musa özünü və ailəsini xilas etmək üçün oda doğru getdi. Amma Allah ona başqalarının xilası üçün yol açdı. O, adi bir yol axtarırdı, Allah isə ona mənəviyyat və səadət yolu göstərdi. Fərdi hidayət yolu axtaran Musa ümmətin hidayət yoluna çıxarıldı.
Bildirişlər
1. Tarixi həqiqətləri bəyan edərkən əvvəlcə qarşı tərəfdə dinləmək arzusu yaradaq, sonra macəranı nəql edək.
2. Təbliğ və tərbiyə gedişində sual ünvanlamaq münasib bir üsuldur.
3. Tarixin bəyanı həm təcrübə dərsidir, həm də ibrət vasitəsi. Bu tarix peyğəmbər üçün bir təsəllidir. (Quran dilində “hədis” dedikdə yeni bir hadisə yox, tarix mənası anlaşılır.)
4. İnsan bəzən ilahi nuru od şəklində görür.2
5. Qadınlar tarix boyu kişilərlə çiyin-çiyinə həyat acılıqlarını dadmışlar.
6. Acı hadisələrdən qorxmayın. Çünki bəzən zahirən acı hadisələrdən Allahın lütfü zahir olur.
7. Kişi ailənin ehtiyaclarını təmin etməyə vəzifəlidir.
● Ayə 11:
﴿فَلَمَّا أَتَاهَا نُودِي يَا مُوسَى﴾
“Elə ki, oda yaxınlaşdı, nida gəldi: “Ey Musa!”
● Ayə 12:
﴿إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى﴾
“Həqiqətən, Mən sənin Rəbbinəm: Ayaqqabını çıxar, həqiqətən, sən müqəddəs Tuva vadisindəsən.”
Nöqtələr
Qurani-kərimdə Musanın adı 20 surədə, 136 dəfə çəkilmişdir. Musanın əhvalatı Quranın ən böyük dastanlarındandır. Quranın 900-dək ayəsi bu mövzuya həsr olunmuşdur.
Allahın gözəl adlarından olan “Rəbb” adı Quranda 970 dəfə işlədilmişdir. Allah ilk dəfə həzrət Musaya təcəlla edərkən özünü bu adla tanıtdırır. Həzrət Musanın peyğəmbərliyi ilahi kəlamla başladığından onu “kəlimullah” adlandırmışlar.1
“Vadiyul-muqəddəs” dedikdə eyb və günahdan uzaq məkan nəzərdə tutulur. “Tuva” sözü isə bərəkətli yer mənasını bildirir.
Hədisdə bildirilir ki, ayaqqabıları çıxarmaq dedikdə, iki nigarançılıqdan qurtulmaq nəzərdə tutulur: isti havada zövcənin vəziyyətindən nigarançılıq və Fironun şərindən nigarançılıq.2 Bəziləri bu təbirin ailə-övlada və ya dünya-axirət məhəbbətinə işarə olduğunu bildirir. Hazırkı Tövratda da uyğun ifadə həmin təbirdə verilmişdir.3
Bildirişlər
1. Çox olur ki, insan müəyyən məqsədlə addım atır, amma başqa bir nəticə əldə edir.
Musa getdi atəş əldə etməyə,
Bir atəş gördü ki, ucaldı göyə.
2. Allah bir işin gerçəkləşməsini istədikdə bütün vasitələr uyğun məqsəd üçün səfərbər olur. (Gecənin qaranlığı, həyat yoldaşının hamiləliyi, yolu itirməsi, od görməsi Musanın cəzbi və ona vəhy nazil olması üçün müqəddimə oldu.)
3. İnamsızlıq hissi olunan yerdə daha çox təkid olunmalıdır.
4. İşin müqəddəsliyi və mənəviyyatı fərdlərin zahirində də müşahidə olunmalıdır.
5. Allahla dərin rabitə qeyri-ilahi bağlılıqların qırılmasından asılıdır.
6. Məsuliyyətin qəbulu üçün sadəlik ilkin şərtlərdəndir.
7. Bəzi yerlərin xüsusi müqəddəsliyi var. (Ayaqqabıları çıxartmaq müqəddəs yerlərə giriş ədəblərindəndir.)
8. Müqəddəs bəyanatlar müqəddəs məkanlarda nazil olur.
9. İlahi məsuliyyətlər təbiətin pak qoynunda, Tur dağında, müqəddəs Tuva vadisində, Hira dağında qəbul olunur.
● Ayə 13:
﴿وَأَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا يُوحَى﴾
“Mən səni (peyğəmbərliyə) seçmişəm. Vəhy olunanı dinlə.”
● Ayə 14:
﴿إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي﴾
“Həqiqətən, Mənəm Allah, Məndən başqa məbud yoxdur. Beləsə, Mənə bəndəlik et, namazı bərpa et ki, Məni unutmayasan.”
Dostları ilə paylaş: |