Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə72/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   68   69   70   71   72   73   74   75   ...   113

Bildirişlər


1. Allah Öz qüdrətinin nümayişi üçün ən yaxın və ən sadə vasitələrdən də istifadə edir.

2. Bir neçə məqsəd üçün nəzərdə tutulmuş alətlərdən istifadə etməklə daha az həcmlə kifayətlənmək olar.

3. Əsa kimi maddi vasitələrə arxalanmağın Allaha təvəkküllə ziddiyyəti yoxdur.

4. Çobanlıq əksər peyğəmbərlərin məşğuliyyəti olmuşdur.

5. Dəvətdən öncə hazırlıq, təcrübə zəruridir. Fironun qarşısında əsanı atmaq istəyən Musa onun əjdahaya çevrilməsi səhnəsi ilə öncədən tanış olmalıdır.

● Ayə 22:


﴿وَاضْمُمْ يَدَكَ إِلَى جَنَاحِكَ تَخْرُجْ بَيْضَاء مِنْ غَيْرِ سُوءٍ آيَةً أُخْرَى﴾

Əlini qoltuğunun altına sal, nöqsansız halda çıxsın. (Bu da) digər bir nişanə möcüzədir.”



● Ayə 23:


﴿لِنُرِيَكَ مِنْ آيَاتِنَا الْكُبْرَى﴾

Eləcə Öz böyük nişanələrimizdən sənə göstərək.”



● Ayə 24:


﴿اذْهَبْ إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى﴾

(Ey Musa! İndi) Firona doğru hərəkət et, o, həqiqətən, tüğyan qoparmışdır.”



Nöqtələr


Həzrət Musanın ikinci möcüzəsi “yədi-bəyza”, yəni ağ əl idi. Bu möcüzə Quranda üç təbirlə xatırlanır. Bu təbirlərdən ikisi “Qəsəs” surəsinin 32-ci və “Nəml” surəsinin 12-ci ayələrindədir. 3-cü təbir hazırkı ayədə bəyan olunmuşdur. Bütün deyilənləri belə yekunlaşdırmaq olar: “Əlini yaxandan sal və boynunadək apar.”

Tövratda deyilir: Musanın əlindəki ağlıq xəstəlikdən idi. (Tövrat, sifri-xüruc, 4-cü fəsil) Amma Quran “eybsiz” təbiri ilə anladır ki, Musanın əlindəki ağlıq xəstəlikdən deyildi, bir nur idi və Tövrat təhrif olunmuşdur.


Bildirişlər


1. Allahın qüdrət əli açıqdır. O, hər an istənilən bir vasitə ilə Öz qüdrətini nümayiş etdirə bilər.

2. Qarşı tərəfin təkəbbür və inadkarlığı böyük olduqca, daha böyük möcüzəyə ehtiyac duyulur. (Fironlar üçün bir neçə möcüzə lazımdır.)

3. Zalım hakimi haqqa dəvət etmək istəyən kəs öncə özü haqqın əsərlərini görməlidir.

4. Peyğəmbərlərin möcüzələri ilahi nişanələrin bir guşəsidir.

5. Peyğəmbərlərin ilkin vəzifəsi zalım hakimlərlə mübarizədir.

6. Xalqın gəlişini gözləmək həmişə zəruri olmur. Bəzən hətta peyğəmbərlər zalım hakimlərin hidayəti üçün hərəkət etməli olur.

7. Cəmiyyətin islahı üçün fitnə-fəsadın kökünü tapmaq lazımdır.

8. Din siyasətdən ayrı deyil. Musa mövcud hakimiyyətin islahı üçün hərəkət etdi.

9. Zalım hakimiyyətlə mübarizə siyasi nümayiş yox, ilahi bir vəzifədir.

10. Bütün inkarların kökü haqq qarşısında tüğyan və itaətsizlikdir.

Firon Rəbblik iddiası ilə tüğyan qopararkən qorxu yaradır, təfriqə salır və xalqı qul edirdi.

11. İman, ibadət və sabitqədəmliklə silahlanmış kəslər zalım qüvvələrlə mübarizə apara bilərlər.



● Ayə 25:


﴿قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي﴾

(Musa) dedi: «Pərvərdigara! (Mənə belə böyük bir əmr etmisənsə) köksümü genişləndir.»”



● Ayə 26:


﴿وَيَسِّرْ لِي أَمْرِي﴾

İşimi mənə asan buyur.”



● Ayə 27-28:


﴿وَاحْلُلْ عُقْدَةً مِّن لِّسَانِي يَفْقَهُوا قَوْلِي﴾

Dilimdəki düyünü , qoy sözlərimi (yaxşı) anlasınlar.”



Nöqtələr


Həzrət Musa ilahi peyğəmbərlik məqamına çatdığı vaxt Allahdan dörd şey istədi: geniş köks, münasib şərait, rəvan bəyan , vəzir.

Həzrət Musaya müxtəlif ibadi, siyasi, inqilabi, ictimai, əxlaqi, fərdi və ümumi göstərişlər verilmişdi. Adətən, hər hansı bir işlə məşğulluq insanın diqqətini digər işlərdən yayındırır. Beləcə, bütün işlərlə lazımınca məşğul olmaq üçün geniş köksə ehtiyac duyulur.1

Geniş köks həm insanın özü, həm də məsuliyyətlərin yerinə yetirilməsi üçün zəruridir. Ayədəki “li” hissəsi vəhyin qəbulunda böyük tutuma ehtiyac olduğunu göstərir. “İnşirah” surəsində də “geniş köks” (“sieyi-sədr”) mövzusuna toxunulur.

Mömin və kafir qəlbinin xüsusiyyətləri


Mömin və kafir qəlblərinin fərqli səciyyələri vardır. Mömin qəlbində: həyat, şəfa, paklıq, geniş köks, hidayət, iman, aramlıq, ülfət, əminlik.1

Kafir qəlbində: xəstəlik, daşlıq, inkarçılıq, möhürlənmə, əhatəli zülmət, hicab, kilidlənmə, bərklik, anlamazlıq.2


Bildirişlər


1. İstənilən bir işdə ilkin müvəffəqiyyət şərti geniş köksdür.

2. Məsuliyyətdən qorxub qaçmaq əvəzinə Allahdan vəzifəni yerinə yetirmək üçün imkan, müqəddimə, vasitə diləmək lazımdır.

3. Hər bir işdən öncə dua təvəkkül rəmzi, təhlükələrdən uzaqlıq səbəbidir. Dua özü də ibadət, ehtiyaclılığın elanı sayılır.

4. Xalqın təlim-tərbiyəsi və zalım qüvvələrlə mübarizə tam şəkildə tərbiyəçi və mücahidin səbir və hövsələsindən asılıdır.

5. Peyğəmbərlik tündlük və qəddarlıqla bir araya sığmır. Böyük iş böyük ruh tələb edir. (Musa qarşıdurma zamanı bir nəfəri yumruqla vurub öldürdü. Bu səbəbdən də Allahdan geniş köks istədi.)

6. Quranda peyğəmbərlərin duası “Rəbb” xitabı ilə başlayır.

7. İlahi lütflərə çatmaq üçün böyük ruh, geniş qəlbə ehtiyac var.

8. Geniş kökslə (qəlblə) işlər asanlaşır.

9. Sadə danışıq və rəvan bəyan özü də bir kamillikdir.

10. Xalqın hidayət və səfərbərliyində, mücahidlərə ruh verilməsində və zalım qüvvələrin qorxudulmasında iti dilin mühüm rolu var.

11. Əsas məsələ gözəl sözlərdən istifadə etmək yox, xalqı anlatmaqdır.

12. Təbliğatçının dilini xalqın yaxşı anlaması təbliğdə müvəffəqiyyət şərtidir.

13. Təbliğdə xalqın düşüncəsini dərinləşdirən hər vasitədən istifadə edilməlidir.


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin