Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə75/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   71   72   73   74   75   76   77   78   ...   113

Bildirişlər


1. Böyük məqsədlərə çatmaq üçün insanlar tərbiyə olunmalıdır.

2. Allahın peyğəmbərlər üçün xüsusi proqramları var.

3. Öncə özünütərbiyə, sonra cəmiyyətin islahı!

Bir şəxsi müəyyən işə müdir təyin etdikdə onun ruhiyyəsini eşq, iftixar və təsəlli ilə gücləndirməyə çalışaq.

5. Qarşı tərəfi bəzən gətirtmək, bəzən isə ona doğru getmək lazımdır.

6. Bəzi mərhələlərdə elçi və peyğəmbər tək olmamalıdır.

7. Təbliğatçı təbliğ vasitələri ilə silahlanmalıdır.

8. Təbliğatçı şücaətli, qətiyyətli və nüfuzedilməz olmalıdır. Yalnız belə bir təbliğatçı zalım hakimlərin qüdrəti qarşısında özünü itirməz, Allahı unudub vəzifəsini boşlamaz.

9. Allaha tam və daimi diqqət müvəffəqiyyət rəmzidir.

10. Təbliğ, tərbiyə, yaxşılığa əmr və pisliyə qadağa Allahın zikri sayılır.

11. Peyğəmbərlərin ən böyük məqsəd və xidmətlərindən biri zalım rejimlə mübarizə və allahpərəstliyə yol açmaqdır.

12. Yaxşılığa əmr və pisliyə qadağa (əmr be məruf və nəhy əz münkərdə) ilk addım yumşaq bəyandır.

13. Ümid xoş rəftaradır, sərtlikdən bir şey gözlənilmir.

14. Təlim-tərbiyəyə səmimi söhbətlərlə başlamaq lazımdır. (Allah-təala əziz Peyğəmbərə (s) buyurur: “(Xalqla yumşaq rəftar et.) Ən azğın adamlarla belə öncə yumşaq və xoş danışmaq lazımdır.

15. Heç vaxt başqalarının islahından ümidimizi üzməyək.

16. Peyğəmbərlərin vəzifəsi xəbərdarlıq və tərbiyədir.



● Ayə 45:


﴿قَالَا رَبَّنَا إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَا أَوْ أَن يَطْغَى﴾

(Musa Harun) dedilər: «Pərvərdigara! Həqiqətən, onun bizə əziyyət verəcəyindən ya tüğyanını davam etdirəcəyindən qorxuruq.»”



● Ayə 46:


﴿قَالَ لَا تَخَافَا إِنَّنِي مَعَكُمَا أَسْمَعُ وَأَرَى﴾

(Allah) buyurdu: «Qorxmayın, həqiqətən, Mən sizinləyəm, eşidirəm görürəm.»”



Nöqtələr


“Fərt” dedikdə sürət götürmək, önə keçmək mənaları anlaşılır. “Ən yəfrutə ələyna”, yəni qorxuruq ki, biz dəlil və möcüzələrimizi göstərməmiş, Firon bizi qabaqlayıb, Bəni-İsrailə münasibətdə tüğyanını artıra.1

İnsan həyatında qorxu təbii bir hadisədir. Bütün insanlar təhlükə ilə üzləşdikdə qorxurlar. Amma peyğəmbərlərin Allahdan qeyrisindən qorxması bəyənilməmiş və məzəmmət olunmuşdur.


Bildirişlər


1. Problemləri araşdırmaq, ehtimal olunan maneələri nəzərdən keçirmək və gələcəklə bağlı ehtiyatlanmaq ixlas və peyğəmbərlik məqamına zidd deyil.

2. Fitnə-fəsad törətmək, şayiə yaymaq zalımlara xas xüsusiyyətdir. Onlar mühiti zəhərləyir, ilahi insanlara böhtan atır, haqq sözü eşitdikdən sonra qarışıqlıq salırlar ki, söz təsirsiz qalsın.

3. Allah hüzuruna iman, ilahi yardımlara əminlik şücaət amilidir və möminlərin ruh yüksəkliyinə səbəb olur.

4. Bir şəxsə müəyyən iş tapşırdıqda onu təmin etmək, ruhiyyəsini gücləndirmək lazımdır.

5. Bütün insanlar ilahi mərhəmətdən faydalansa da, Allahın peyğəmbərlərə olan lütfü daha artıqdır.

● Ayə 47:


﴿فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ وَلَا تُعَذِّبْهُمْ قَدْ جِئْنَاكَ بِآيَةٍ مِّن رَّبِّكَ وَالسَّلَامُ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى﴾

Onun sorağınca gedin, (ona) deyin: «Ey Firon, biz sənin Rəbbinin iki elçisiyik. Bəni-İsraili bizə qoş onları incitmə. Əlbəttə biz sənin Rəbbin tərəfindən yanına möcüzə ilə gəlmişik. Salam olsun doğru yolu tutan kəsə.»”



● Ayə 48:


﴿إِنَّا قَدْ أُوحِيَ إِلَيْنَا أَنَّ الْعَذَابَ عَلَى مَن كَذَّبَ وَتَوَلَّى﴾

(Ona deyin,) həqiqətən, bizə vəhy olunub ki, əzab (ilahi ayələri) təkzib edib boyun qaçırana aiddir.”



Nöqtələr


Zalım başçıların tərbiyəsi çox çətin və mühüm olduğundan Allah Firona doğru hərəkət etməyə yenə də göstəriş verir.

Bu ayələrdə 3 etiqadi əsas yada salınır: tövhid, nübuvvət və məad.

Allah Musa və Harunun görəcəyi işləri beş mərhələyə bölür: Getmək, demək, dəlil göstərmək, təşviq etmək, xəbərdarlıq etmək.

Bildirişlər


1. Haqqa çağırış və təbliğ müdafiə xarakterli olmamalıdır.

2. Peyğəmbərlərin risaləti Allahın rübubiyyət şənindəndir.

3. Təkəbbürlülərin qürurunu sındırın. Özünü Rəbb sayanlarla “sənin Rəbbin” təbirini işlətməklə söhbət aparılır.

4. Yumşaq danışıq qətiyyət və aşkarlıqla zidd deyil.

5. İnsanları zalım hakimlərin zülm-sitəmindən qurtarmaq peyğəmbərlərin ilkin vəzifəsidir. (Bəli, din siyasətdən ayrı deyil. Zalım güclərlə mübarizə və xalqı azadlığa çıxarmaq ilahi göstərişlərdəndir.)

6. Zülm və günah mühitindən hicrət qurtuluş üçün müqəddimədir. Öncə azadlıq, sonra iman.

7. Zalım hakimlə mübarizə və xalqın azadlığa çıxarılması ilahi prinsiplər əsasında həyata keçirildikdə dəyərli olur.

8. Xalqa əzab-əziyyət vermək qadağandır.

9. Məmurların əməllərinə görə həm də onların başçıları məsuliyyət daşıyır. Firon özü şəxsən kimisə cəzalandırmasa da, əsas amil odur.

10. Yetərli əmniyyət və salamatçılıq yalnız ilahi göstərişlərə itaətlə əldə oluna bilər.

11. Zalım hakimlərə, sitəmkarlara, hidayət yolunda olmayanlara salam vermək qadağandır.

12. Əsas məsələ haqqa itaətdir.

13. Sözün sonunda salam vermək danışıq ədəblərindəndir.

● Ayə 49:


﴿قَالَ فَمَن رَّبُّكُمَا يَا مُوسَى﴾

(Firon) dedi: «Ey Musa! Bəs siz iki nəfərin Rəbbi kimdir?»”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin