Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə74/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   70   71   72   73   74   75   76   77   ...   113

Bildirişlər


1. Bəzən valideynə xatir xüsusi lütf olunur.

2. Qadın elə bir məqama çata bilər ki, Allah ona ilham edər. (Bu, sadəcə bir ilham deyildi. Çünki Musanın anası bu ilham vasitəsi ilə öz övladını dalğaların qoynuna atdı.)

3. Peyğəmbərlərin hərəkatında qadınlar da rol oynamışdır.

4. Dərya varlıq aləminin bir hissəsi kimi Allahın əmrinə tabedir.

5. “Əduvv” (düşmən) sözünün təkrarlanması zalım hakimlərin ilahi peyğəmbərlərə qarşı ədavətinin dərinliyini göstərir.

6. Əgər Allah istəsə, düşmən də xeyirə səbəb olar.

7. Sevimlilik ilahi lütflərdən biridir. Qəlblər də, məhəbbət də Ona məxsusdur.

8. Allahın övliyaları Onun xüsusi nəzər və tərbiyəsi altındadır.



● Ayə 40:


﴿إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَى مَن يَكْفُلُهُ فَرَجَعْنَاكَ إِلَى أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَى قَدَرٍ يَا مُوسَى﴾

O zaman bacın (sandığın ardınca saraya) gedib dedi: «Sizə onu (körpə Musanı) öhdəsinə götürəcək bir şəxs tanıtdırımmı?» (Onlar qəbul etdilər.) Ananın gözünə işıq gəlsin qəmdən qurtulsun deyə Biz səni (bu sayaq) anana qaytardıq. (Ey Musa,) sən bir şəxsi qətlə yetirdin. Biz səni qəmdən xilas etdik, müxtəlif sınaqlara çəkdik. Bir neçə il Mədyən camaatının yanında qaldın. Sonra təyin olunmuş vaxtda (peyğəmbərliyin qəbulu üçün buraya) gəldin.”



Nöqtələr


Firon sandığı sudan çıxardığı vaxt öncə körpəni öldürmək istədi. Amma zövcəsi onu bu işdən çəkindirdi. Uşağa süd vermək üçün dayələr dəvət olundu. Amma Musa heç bir qadının südünü qəbul etmədi. Firon hökuməti bu uşaq qarşısında aciz qaldı. Musanın məsələdən xəbər tutan bacısı oraya gəlib adi halda dedi: “Mən sizə elə birini tanıtdıraram ki, uşaq onun döşünü qəbul edər.”

Bəli, Musa bu sayaq anasının qoynuna qayıtdı.

Həzrət Musanın həyat və mübarizə yolunda bir neçə qadın mühüm rol oynamışdır. (Musanın anası, Musanın bacısı, Musanın zövcəsi və Fironun zövcəsi.)

Peyğəmbərlərin başına gələn hadisələr bəzən bir-birinə oxşayır. Məsələn, həzrət Musanın əhvalatı həzrət Yusifin əhvalatına bir neçə baxımdan oxşardır:

a) Hər iki peyğəmbər bir müddət sarayda yaşamışdır;

b) Onlardan heç biri saray həyatını özü seçməmişdir;

v) Hər iki peyğəmbərin ata-anası övladdan ayrılıq ağrısını yaşamışlar;

q) Sonda hər iki peyğəmbər valideyninin yanına qayıtmışdır;

e) Hər iki şəxs başqa birinin fitnəsinə düşmüşdür; həzrət Yusif qardaşlarının, Musa isə Fironun fitnəsinə düçar olmuşdur;

ə) hər iki şəxsin həyatında saray qadını rol oynamışdır. Əzizi-Misrin zövcəsi Yusifin həyatında mənfi, Fironun zövcəsi Musanın həyatında müsbət rol ifa etmişdir.


Bildirişlər


1. Zalım quruluşda istər qadın, istər kişi, hər bir haqq tərəfdarı mübarizə vəzifəsini yetərincə icra etməlidir.

2. İlahi lütflər əldə etmək üçün hərəkət lazımdır.

3. Öz haqq və məntiqi təkliflərimizi mülayimliklə bəyan edək.

4. Sirləri faş etməyək.

5. Övlada süd vermək bəs etmir, onu tam himayə etmək lazımdır.

6. Allah Öz vədlərinə vəfalıdır. (İmam Baqir (ə) buyurur: “Övlad öz anasından 3 gün ayrı düşdü.”)

7. Övladın normal inkişafı üçün ən zəruri şərt ananın himayəsidir.

8. Ananın razılığı Allah hüzurunda xüsusi dəyərə malikdir.

9. Görülən işlərin doğuracağı reaksiyadan nigarançılıq xalislik və ismətə zərbə vurmur. (Musa bilmədən bir qibtini öldürmüşdü. Bu, günah olmasa da Musa nigaran və qəmgin idi.)

10. İlahi insanların qarşısında çətin sınaqlar olur. Peyğəmbərlər də çətin hadisələrin acısını dadmalıdırlar. Buna görə də illər uzunu saray həyatından sonra biyabanda çobanlığa başlayır.

11. Çətin mərhələləri adladıqdan sonra ilahi və mənəvi məqama çatmaq üçün müqəddimə gəlir.

12. Məsuliyyətlərin, ilahi yardımların və lütflərin öz vaxtı və hesabı var.



● Ayə 41:


﴿وَاصْطَنَعْتُكَ لِنَفْسِي﴾

(Ey Musa,) Mən səni Özüm üçün ərsəyə gətirib seçmişəm.”



● Ayə 42:


﴿اذْهَبْ أَنتَ وَأَخُوكَ بِآيَاتِي وَلَا تَنِيَا فِي ذِكْرِي﴾

(İndi) sən qardaşın sizə verdiyim ayələrlə yola düşün Məni yada salmaqda süstlük göstərməyin.”



● Ayə 43:


﴿اذْهَبَا إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى﴾

Gedin Firona doğru. O, tüğyan qoparıb.”



● Ayə 44:


﴿فَقُولَا لَهُ قَوْلًا لَّيِّنًا لَّعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَى﴾

Onunla yumşaq danışın, bəlkə anlaya ya qorxa.”



Nöqtələr


“Xəşyət” dedikdə mərifətdən və bir başqası qarşısında əzəmət hissindən qaynaqlanan qorxu başa düşülür.

Allah həzrət Musa haqqında xüsusi təbirlər bəyan etmişdir: “Biz onu Özümüzlə xəlvət söhbətə yaxınlaşdırdıq.”1 Mən səni seçmişəm.”2 “Mənim nəzərim altda ərsəyə çatasan.”3 “Səni Özüm üçün ərsəyə gətirdim və seçdim.”4

Ötən ayələrdə həzrət Musanın iki möcüzəsi bəyan olundu: Əsanın əjdahaya çevrilməsi, Musanın əlinin ağarması. Bu ayədə isə Musaya başqa möcüzələr də veriləcəyindən danışılır.

Hazırkı surənin 24-cü ayəsində Firona doğru hərəkət göstərişi verilir. Amma Musa Allahdan köməkçi istəyir. Onun istəyi yerinə yetirildikdən sonra bu ayədə hərəkət göstərişi gəlir.

“Ədiyy” ibn Hatəm deyir: “Əmirəlmöminin (ə) Siffeyndə Müaviyə ilə üzbəüz gəldiyi vaxt uca səslə buyurdu: “And olsun Allaha, Müaviyə və onun səhabələri ilə vuruşacağam.” Sonra həzrət astadan buyurdu: “İnşaəllah.” Soruşdum ki, nə üçün savaşdan uca danışır, asta səslə “inşaəllah” deyirsiniz? Həzrət buyurdu: “Döyüş hiylədir. Mən isə yalançı deyiləm. Məqsədim ətarafımdakıları savaş üçün ayağa qaldırmaqdır.” Sonra həzrət hazırkı ayəni oxuyub əlavə etdi: “Allah Fironun anlamayacağını bilirdi. Amma Musanı Fironun üstünə qaldırmaq üçün belə deyirdi.”5


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin