Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə82/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   78   79   80   81   82   83   84   85   ...   113

Nöqtələr


Bu ayədə iki vədə işarə olunur: Allah tərəfindən Tövratın nazil olması ilə bağlı vəd; Musadan sonra qardaşı Haruna itaətlə bağlı verilmiş vəd. Amma xalq buzovpərəstliyə üz tutub bu vədləri unutdu. Musa onları məzəmmət edərkən azğınlıqlarının səbəbini soruşdu: “Siz bilmədən yolunuzu azdınız, yoxsa bilərəkdən Allahın qəzəbinə üz tutdunuz? Bəlkə otuz gün əvəzində qırx gün olmamağım sizi çaşdırdı?”1

Bu ayədə də 81-ci ayədəki kimi ilahi qəzəbin nazil olmasından danışılır. Amma qəzəb səbəbi kimi birinci halda xalqın tüğyanı, ikinci halda xalqın əhdi pozması göstərilir. Bəni-İsrailin süqutu məhz bu amillərlə bağlı idi.


Bildirişlər


1. Hansısa azğınlıqdan xəbər tutan kimi dərhal reaksiya göstərin.

2. Dini qeyrət ilahi övliyaların bariz sifətlərindəndir. (Xalqın yolunu azması ilahi rəhbər və övliyaları qəmləndirir.)

3. Allahın razılığı yolunda qəzəb məzəmmət olunmur. Allah övliyalarını qəzəbləndirib pərişan edən xalqın yolunu azması və mənəvi büdrəməsidir.)

4. Münasib vaxtda xətakar məzəmmət olunmalıdır.

5. Rəhbərin bir müddət olmaması və yaxud proqramdakı cüzi dəyişikliklər azğınlıq və dindən kənarlaşma səbəbi olmamalıdır.

6. İrtica, dinsizlik və əhdi pozmaq Allahın qəhr-qəzəbi ilə nəticələnir.

7. Qəhr-qəzəb tərbiyə üsullarındandır.

8. Peyğəmbərlə əhdi pozmaq ilahi qəzəb amilidir. (Peyğəmbərlərlə xalq arasında öhdəçiliklər olmuşdur. Peyğəmbərlərin hökm və nümayəndələri ilə bağlı bu əhdlərə vəfa qılmaq lazımdır. Musa xalqdan Haruna itaətlə bağlı əhd almışdı.)

9. Peyğəmbərin canişini və nümayəndəsinə qarşı çıxmaq onun özünə qarşı çıxmaqdır. (Haruna itaətsizlik Musaya itaətsizlikdir.)2

10. Məzəmmət edərkən xilafkarlar üçün tövbə yolu saxlayın. (Musanın çoxsaylı suallarından belə bir nəticə alınır.)



● Ayə 77:


﴿قَالُوا مَا أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَكِنَّا حُمِّلْنَا أَوْزَارًا مِّن زِينَةِ الْقَوْمِ فَقَذَفْنَاهَا فَكَذَلِكَ أَلْقَى السَّامِرِيُّ﴾

(İnsanlar Musaya) dedilər: «Biz öz istəyimizlə vədə xilaf çıxmadıq. Onun (Fironun) qövmünün bər-bəzəkləri ilə yüklənmişdik. Biz onları (oda) atdıq. Samiri bu sayaq (bizə) təlqin etdi.»”



Bildirişlər


1. Günahkarlar cəzadan qaçmaq üçün xaricdən məcburiyyət, sıxıntı kimi bəhanələr gətirirlər.

2. Haram mal haram işə sərf olar. (Fironçuların zülm yolu ilə əldə etdiyi bər-bəzəklər sonda buzovun düzəldilməsinə xərcləndi.)1

3. Dünyaya aid bir çox görüntülər, bər-bəzəklər və mal-mülk insan üçün dərd-bəladır.

4. Azğınlar xalqın öz sərmayəsindən onu azdırmaq, çirkin məqsədlərinə çatmaq üçün istifadə edirlər.

5. Zəif imanlı və müti cəmiyyət özü hər şeyi asanlıqla əldən verir.

6. Azğınların təlqini və sənəd nümayişləri cəmiyyətə təsirsiz qalmır.

7. Günahkar şəxs öz günahını başqasının boynuna atmağa çalışır.

8. Ən böyük zərbələr azğınlıq amillərinin özünə aiddir.



● Ayə 88:


﴿فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَهُ خُوَارٌ فَقَالُوا هَذَا إِلَهُكُمْ وَإِلَهُ مُوسَى فَنَسِيَ﴾

(Samiri) onlar üçün səs çıxaran erkək buzov heykəli düzəltdi. (Ardıcılları ilə birlikdə insanlara) dedilər: «Bu sizin Musanın tanrısıdır. «(Samiri Allahı Musanın bütün təlimlərini) unutdu.»”



● Ayə 89:


﴿أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَلَا نَفْعًا﴾

Görmürlərmi ki, (buzovun) onlara heç bir cavabı yoxdur onlar üçün xeyir-zərər sahibi deyil?!”



Nöqtələr


Samirinin ustalıqlarından biri bu idi ki, buzovu xalqın gözü qarşısında düzəltmədi. Xalq birdən birə səs çıxaran buzov heykəli ilə üzbəüz qaldı.

Bəni-İsrailin ağlına da gəlmədi ki, əgər buzov pərəstişə layiqdirsə, onu düzəldən Samiriyə daha öncə pərəstiş edilməlidir.


Bildirişlər


1. Sosioloji və psixoloji əsaslara malik sənət əsəri daha təsirlidir. (Samirinin tez bir zamanda müvəffəqiyyət qazanmasının səbəbi onun cəmiyyətdəki bütpərəstlik və buzovpərəstlik zəminini və rəhbərin olmamasını nəzərə alması idi.)

2. Azğın insanın ixtiyarındakı sənət sərxoşun əlindəki xəncər kimidir. Samirinin buzovu da bu qəbildən idi.

3. Heykəltəraşlığın, metal əritmənin və tökməçiliyin uzun keçmişi var.

4. Hər bir ümmət və inqilabı hədələyən ən böyük təhlükə irtica, dinsizlik, azğın mədəniyyətdir.

5. Bütün insanların fitrətində allahpərəstlik var. Peyğəmbərlər doğru yol və həqiqi məbudu göstərirsə, samirilər insanları əyri yola və buzovpərəstliyə çağırırlar.

6. Haqpərəst rəhbəri böhtanla sıradan çıxardıqdan sonra onların ətrafını aradan götürmək asanlaşır.

7. İlahi göstərişləri unutmayın. Din rəhbərlərindən uzaq düşməyin nəticəsi azğınlıq və bədbəxtlikdir. (Qeyd olunur ki, Samiri Musanın tərəfdarlarından idi, sonradan onunla bağladığı əhdi unutmuşdu.)1

8. Peyğəmbər yolu dəlil və məntiq yoludur. (Ağıl deyir ki, insanın üz tutduğu məbud ona mənfəət verib, zərərdən qorumaq qüdrətinə malik olmalıdır.)



● Ayə 90:


﴿وَلَقَدْ قَالَ لَهُمْ هَارُونُ مِن قَبْلُ يَا قَوْمِ إِنَّمَا فُتِنتُم بِهِ وَإِنَّ رَبَّكُمُ الرَّحْمَنُ فَاتَّبِعُونِي وَأَطِيعُوا أَمْرِي﴾

Əlbəttə, Harun (Musa gəlməmişdən) öncə onlara demişdi: “Ey mənim qövmüm! Siz onun (buzovun) vasitəsi ilə sınağa çəkilmisiniz. Həqiqətən, mənim Rəbbim Rəhman Allahdır. Mənə tabe olun göstərişlərimə itaət edin.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin