Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə81/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   77   78   79   80   81   82   83   84   ...   113

● Ayə 81:


﴿كُلُوا مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَلَا تَطْغَوْا فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِي وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِي فَقَدْ هَوَى﴾

Sizə ruzi etdiyimiz pak şeylərdən yeyin, (amma) tüğyan qoparmayın, yoxsa qəhr-qəzəbim sizi bürüyər. Qəzəbimə düçar olan kəs, şübhəsiz, süqut etmişdir.”



Bildirişlər


1. Bir şeyin haramlığı məlum deyilsə, ondan istifadəni halal saymaq lazımdır. Halal şeyləri haram etmək qadağandır.

2. İlahi dinlər qidalanmada təmizlik məsələsinə diqqət yetirir.

3. Halallıq meyarlarından biri xoşagəlimlikdir. (Təbiətə uyğun, xoşagələn şey “təyyib” adlanır.)

4. Şəriətin qidalanma ilə bağlı hökmlərinə riayət etməmək tüğyan üçün zəmindir.

5. Zülmdən qurtulmuş ümmətlər üçün tüğyan təhlükəsi var.

6. Allahın halallarını haram yolda istifadə etməyək.

7. Ehtiyacdan artıq məsrəf ilahi hökmdən çıxmaqdır.

8. Allahın tüğyan qoparanlara qarşı qəzəbi ciddi xəbərdarlıqdır.

9. İstifadədə həddi aşıb tüğyan qoparmaq kəbirə günahlardandır. Çünki belə bir işə görə ilahi əzab vəd olunmuşdur.

10. Əsil süqut siyasi, iqtisadi uğursuzluq yox, Allahın qəzəbinə düçar olmaqdır.



● Ayə 82:


﴿وَإِنِّي لَغَفَّارٌ لِّمَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَى﴾

Şübhəsiz, Mən tövbə edib iman gətirən, saleh işlər görüb doğru yolu tutan hər kəsi bağışlayaram.”



Nöqtələr


Xəbərdarlıqla başa çatan ötən ayədən sonra bu ayədə müjdə verilir. Xəbərdarlıqla müjdənin yanaşı gətirilməsi bütün Quran boyu müşahidə olunur.

Günahların tövbəsi günaha münasib olmalıdır. Məsələn, namaz qılmayanın tövbəsi namazın qəzasını yerinə yetirmək, xalqa əziyyət verənin tövbəsi üzr istəmək, haqqı gizlədənin tövbəsi onu bəyan etmək, şirkə batanın tövbəsi iman gətirmək, xalqın malını qəsb edənin tövbəsi malı sahibinə qaytarmaqdır.

Bu ayədə tövbəkarların bağışlanmasından danışılsa da, digər ayədə oxuyuruq: “İman gətirdikdən sonra küfr edən və küfrünü artıran kəslərin tövbəsi heç vaxt qəbul olunmayacaq.”1

İlahi peyğəmbərlər də Allahdan bağışlanma diləmişlər: Adəm (ə)2; Nuh (ə)3; İbrahim (ə)4; Musa (ə)5; İsa (ə)6; Məhəmməd (s).7

“İhtəda” rəvayətlərə əsasən Əhli-beytin (ə) vilayətinə işarədir.8

Bildirişlər


1. Allahın qəzəbinə gələnlər üçün də tövbə yolu açıqdır.

2. İnsanın haqqa doğru gerçək qayıdışının Allah tərəfindən bağışlanma və bir çox başqa təsirləri vardır.

3. Tövbə müəyyən şərtlərlə qəbul olunur: qayıdış, iman, saleh əməl, doğru yolun qəbulu.

4. Hidayətin, doğru yolun qəbulu olmayan yerdə hətta iman və saleh əməl də bəs etmir. (Bəli, iman və saleh əməl olsa, amma insan ilahi hidayətçilərin yolunu davam etdirməsə, samirilərin və bələmlərin ovuna çevrilər.)

5. Mömin olmaq mühümdür. Amma mömin qalmaq daha əhəmiyyətlidir.

● Ayə 83:


﴿وَمَا أَعْجَلَكَ عَن قَوْمِكَ يَا مُوسَى﴾

(Musaya dedik:) «Ey Musa! səbəb oldu ki, qövmündən qabağa düşdün? ( üçün vəd yerinə daha tez gəldin?»”



● Ayə 84:


﴿قَالَ هُمْ أُولَاء عَلَى أَثَرِي وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَى﴾

(Musa) dedi: «Onlar (mənim qövmüm) ardımca gəlirlər. Pərvərdigara! Razılığından ötrü Sənə doğru tələsdim.»”



● Ayə 85:


﴿قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِن بَعْدِكَ وَأَضَلَّهُمُ السَّامِرِيُّ﴾

(Allah) buyurdu: «Həqiqətən, Biz qövmünü səndən sonra sınağa çəkdik Samiri onları azdırdı.»”


Nöqtələr


İmam Sadiq (ə) yuxarıdakı ayələrə əsasən aşiqin siması haqqında belə buyurur: “Aşiq insan məhbubuna yetənədək yemək, libas, məskən haqqında düşünmür, aramlıq tapmır. Necə ki, həzrət Musa vəhyə çatmaq eşqi ilə yuxu və yeməkdən qalmışdı. O dedi: “Pərvərdigara! Mən qövmümdən tez gəldim ki, sən razı qalasan.”1

Bildirişlər


1. Peyğəmbər də öz əməllərinə görə cavabdehdir.

2. Rəhbər öndə getməlidir ki, ümmət də onun arxasınca hərəkət etsin.

3. Musa Allah, ilahi kəlamı dinləmək aşiqi idi.

4. Xeyir işdə, Allahın razılığını əldə etmək üçün tələsməyin eybi yoxdur.

5. Peyğəmbərlərin ən böyük məqsədi Allahın razılığını qazanmaqdır.

6. Cəmiyyətdə ilahi rəhbər varsa, düşmən bir iş görə bilməz. Azğınlar ilahi rəhbərin bir müddət olmamasından sui-istifadə edirlər.

7. Ümmətlər rəhbərdən uzaq düşdükdə onlar üçün sınaq və fitnə təhlükəsi var.

8. Xalqın dini inanclarının aradan götürülməsində azğın sənət adamı zalım hakimdən az rol oynamır.

9. Təzə iman gətirənlər üçün mürtədlik (dindən çıxma) təhlükəsi daha ciddidir.

10. Peyğəmbərin səhabəsi olmaq bəs deyil. Xoş aqibət və dini möhkəmlik zəruridir. (Allah Bəni-İsraili xilas etdi, onlara pak ruzi verdi. Amma yenə bədbəxt oldular.)



● Ayə 86:


﴿فَرَجَعَ مُوسَى إِلَى قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ يَا قَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا أَفَطَالَ عَلَيْكُمُ الْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِي﴾

Musa qəzəbli pərişan halda qövmünün yanına qayıtdı. O dedi: “Ey mənim qövmüm! Rəbbiniz sizə xeyir vəd etməyibmi? (Mənim olmadığım) müddət sizə uzun gəldimi? Yoxsa Rəbbinizin qəzəbinə gəlmək istədiyiniz üçün mənimlə olan vədinizə xilaf çıxdınız?”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin