Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə34/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   30   31   32   33   34   35   36   37   ...   113

Bildirişlər


1. Rəqəmlər və ədədlər dəqiq şəkildə bəyan olunmalıdır.

2. Rəqəmlərin bəyanına diqqət bu rəqəmləri yaddaşda möhkəmləndirir.



● Ayə 27:


﴿وَاتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِن كِتَابِ رَبِّكَ لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَلَن تَجِدَ مِن دُونِهِ مُلْتَحَدًا﴾

Rəbbinin xitabından sənə vəhy olunanı (xalqa) oxu. İlahi sözləri (sünnələri) dəyişən yoxdur. Heç vaxt Ondan savay sığınacaq tapmazsan.”



Nöqtələr


● Peyğəmbər müxaliflərinin bəhanələrindən biri bu idi ki, onlar Quranın dəyişməsini istəyir və deyirdilər: “Ya başqa bir Quran gətir, ya da onu dəyiş.”1 Peyğəmbər onlara cavab olaraq buyurdu: “Bu iş mənim ixtiyarımda deyil. Ayələri dəyişmək yalnız Allahın işidir.”

Bildirişlər


1. Vəhy və səmavi kitabın nazil olması ilahi rübubiyyət şərtidir və insanların tərbiyəsinə yönəlmişdir.

2. Quran istənilən bir dəyişiklik və təhrifdən uzaqdır. İslam Peyğəmbəri (s) son peyğəmbər olduğu kimi, Quran da son səmavi kitabdır.



● Ayə 28:


﴿وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَن ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا﴾

Sübh şam vaxtı Rəblərini çağıran Onun razılığını diləyənlərə qarşı dözümlü ol. Gözünü onlardan çəkmə ki, dünya bər-bəzəyi istəyəsən. Qəlbini Allah zikrindən xəbərsiz qoyduqlarımıza öz həvəslərinin ardınca gedənlərə, işlərində həddi aşanlara tabe olma.”



Nöqtələr


● Tarix boyu kafirlər, varlılar və sərvətlilər yoxsulları iman yolunda maneə saymışlar. Onlar Nuha da bu məzmunda müraciət etmişdilər. Həzrət Nuh onların cavabında buyurdu: ”Mən möminləri yoxsulluqları səbəbindən rədd etmərəm.”2 İslam Peyğəmbərinin (s) dövründə də Səlman, Əbuzər, Əmmar, Xəbab kimi yoxsul möminlərin qovulması təklif olunurdu. Bu ayə uyğun düşüncə tərzini məzəmmət edir.

● İmam Sadiq (ə) və İmam Baqir (ə) buyurmuşlar: “Allahı sübh və şam çağırmaq dedikdə, namazın qılınması nəzərdə tutulmuşdur.”1


Bildirişlər


1. Varlılar çalışırdılar ki, Peyğəmbərin (s) yoxsul möminlərlə əlaqəsinə mane olsunlar. Peyğəmbərə (s) bu sayaq fəaliyyətlərə qarşı müqavimət göstərmək əmr olundu.

2. Yoxsullarla yoldaşlıq çətindir, amma buna dözmək lazımdır.

3. Davamlı şəkildə dua və yalvarış insanla ünsiyyət üçün onun ləyaqət şərtidir.

4. Rəhbər məhrumlara münasibətdə etinasız yox, onlarla həmdərd olmalıdır.2

5. Daimi və xalisanə dua dəyərlidir.

6. Günün əvvəlində və sonunda Allahı xatırlamaq lazımdır.

7. Varlıların razılığını qazanmaq üçün yoxsullardan uzaqlaşmayaq.

8. Ən çirkin iş odur ki, xalq Allaha üz tutsun, rəhbər isə dünyaya!

9. Dünyapərəstlik o qədər təhlükəlidir ki, Allah bu barədə peyğəmbərlərə də xəbərdarlıq edir.

10. Dünya ardınca gedən şəxs ilahi yoldan xaric olur. Dünyapərəstlik allahpərəstliklə ziddir.

11. Dünyapərəstliyin cəzası Allah zikrindən bixəbərlikdir.

12. Allah zikrinin dəyəri onun qəlbdə və ruhda nə qədər kök atmasındadır.

13. İnsan addım-addım süqut edir. Öncə qəflət, sonra həvəsbazlıq və daha sonra azğınlıq.

14. Qafil, həvəsbaz və ifratçı insanların rəhbərliyi qadağandır.

15. Orta hədd dəyər, ifratçılıq nöqsandır.

● Ayə 29:


﴿وَقُلِ الْحَقُّ مِن رَّبِّكُمْ فَمَن شَاء فَلْيُؤْمِن وَمَن شَاء فَلْيَكْفُرْ إِنَّا أَعْتَدْنَا لِلظَّالِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا وَإِن يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاء كَالْمُهْلِ يَشْوِي الْوُجُوهَ بِئْسَ الشَّرَابُ وَسَاءتْ مُرْتَفَقًا﴾

De ki, haqq Rəbbiniz tərəfindən yetişmişdir. İstəyən iman gətirsin, istəməyən kafir olsun. Həqiqətən Biz sitəmkarlar üçün pərdə tək onları bürüyəcək od hazırlamışıq. Sığınacaq axtardıqda (mis kimi) qaynar su ilə çöhrələrini yandırmaqla onlara yardım göstərilər. Necə pis içki, necə pis məkandır!”



Nöqtələr


● Belə görünür ki, ayədə iman gətirməzdən öncə şərt qoyan kəslərə cavab verilir. Onlar deyirlər: “Bizim dinə qatılmağımız üçün yoxsullar rədd edilsin.”

● Xalq iman və ya küfr yolunu seçməkdə azad buraxılsa da, bilməlidir ki, küfrün sonu yandırıcı qiyamət əzabıdır.

● “Suradiq”, yəni pərdə sözü Quranda bir yerdə işlədilmişdir və cəhənnəm əhlinə aiddir.

● İmam Rza (ə) zalım hökumət məmurlarından birinə buyurdu: ”Əgər dağdan atılsam və parça-parça olsam, zalıma işçi olmağımdan daha yaxşıdır. Yalnız möminləri çətinlikdən qurtarmaq üçün belə etmək olar.” Sonra həzrət buyurur: “Allah xalqın hesab-kitabını (Qiyamətdə) qurtarana kimi zalım hökumət işçilərini atəşdən pərdəyə bürüyər.”


Bildirişlər


1. Yeganə haqq mənbəsi Allahdır.

2. Mömin yoxsulların rədd edilməsi düzgün istək deyil, gerçək istək Allaha məxsusdur.

3. Xalqın meyilli və ya meyilsiz olmasının dinin necəliyinə təsiri yoxdur.

4. Peyğəmbərin vəzifəsi dəvət etməkdir və insanlar iman və ya küfrü qəbul etməkdə azad buraxılmışlar.


Küfrlə din müştərisiz qalmayıb,

Dindar küfrü, kafir dini almayıb.
5. Küfr insanın özünə qarşı zülmüdür.

6. Cəhənnəm indi də hazırdır.

7. İnsanın taleyi onun meyl və əməllərindən asılıdır. (İnsanı qoynuna almış şəhvətlər və fəsadlar onu axirətdə əhatə edəsi oddur.)

8. Kafirlərin pis aqibətinə diqqət insanın tərbiyəsində mühüm rol oynayır.

9. Məad cismanidir.


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin