Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə35/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   31   32   33   34   35   36   37   38   ...   113

● Ayə 30:


﴿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا﴾

Həqiqətən, iman gətirib saleh işlər görənlər (bilsinlər ki,) şübhəsiz, Biz yaxşı görənlərin mükafatını puça çıxarmarıq.”



Nöqtələr


● Allah bizim saleh işlərimizi puça çıxarmır. Yaxşı əməllərimizi məhv edən əslində öz pis xasiyyətlərimiz və əməllərimizdir.

● İstənilən saleh əməl bir neçə yolla yerinə yetirilə bilər: adi yolla, yaxşı yolla və ali yolla. Bu ayədə ən ali yola təşviq edilir. Bəli, bəzən qida məhsulları yaxşı olur, amma hazırlanma qaydası fərqlənir.


Bildirişlər


1.Tərbiyə zamanı xəbərdarlıq və müjdə yanaşı olmalıdır. (Ötən ayədə xəbərdarlıqdan, bu ayədə müjdədən danışıldı.)

2. İlahi məqsəd saleh əməldən öndə gəlir.

3. İslama əsasən ilahi hesabdan heç nə məxfi qalmır və heç bir əməlin mükafatı zaya çıxmır.

4. Əməlin dəyərləndirilməsində kəmiyyət yox, keyfiyyət ölçüdür.



● Ayə 31:


﴿أُوْلَئِكَ لَهُمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهِمُ الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِّن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ نِعْمَ الثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًا﴾

Onlar üçün ağacları altdan çaylar axan əbədi bağlar var. Orada qızıl bilərziklərlə bəzənər, nazik qalın ipəkdən yaşıl libaslar geyinər, (behiştə məxsus) taxtlara söykənərlər. Necə gözəl mükafat necə xoş yerdir!”



Nöqtələr


● “Ədn” dedikdə dayanma və məskən mənaları nəzərdə tutulur. Bilərzik “əsavirə”, nazik ipək “sundus”, qalın ipək isə “istəbrəq” adlanır. Tor çəkilmiş sultan taxtına isə “əraikə” deyilir.

● Ötən iki ayədə cəhənnəm əhli haqqında oxuduq: “Necə pis içki, necə pis yerdir.” Bu ayədə isə behişt əhlinin mükafatı və məskəni haqqında xoş sözlər deyilir.

Behiştdə istənilən növ rəngdə, istənilən növ libaslar olsa da, mümkündür ki, bəzənib taxtlara söykənən zaman rəsmi və ümumi libas yaşıl libasdır.

Bildirişlər


1. Həm behişt bağlarındakı ağacların, həm də behişt qəsrlərinin altından çaylar axır.1

2. Behişt əhlinin bər-bəzəkdən istifadə etməsi insan fitrətində bər-bəzəyə meyl olmasını göstərir.

3. İlahi göstərişlərə iman və əməl, dünyanın haram bər-bəzəyindən uzaqlıq axirətdə əbədi dəbdəbəyə çatmaq rəmzidir.

4. Məad həm ruhani, həm də çismanidir (həm ruha aiddir, həm də cismə). Əgər məad təkcə ruhani olsaydı hansısa qızıla, ipəyə və taxta ehtiyac qalmazdı.

5. Yaşıl rəng behişt rəngidir.

● Ayə 32:


﴿وَاضْرِبْ لَهُم مَّثَلًا رَّجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَابٍ وَحَفَفْنَاهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًا﴾

(Ey peyğəmbər,) onlar üçün iki kişini məsəl çək: onlardan biri üçün iki üzüm bağı qərar verdik ətrafını xurma ağacları ilə əhatəyə aldıq. Həmin iki bağ arasında əkin yerləşdirdik.”



● Ayə 33:


﴿كِلْتَا الْجَنَّتَيْنِ آتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِمْ مِنْهُ شَيْئًا وَفَجَّرْنَا خِلَالَهُمَا نَهَرًا﴾

Hər iki bağ öz məhsulunu verdi ondan bir şey əskilmədi. Onların arasında bir çay axıtdıq.”



Nöqtələr


● “Ukul” dedikdə istifadəyə yararlı məhsul və meyvə nəzərdə tutulur.

● Bu ayələrdən bağçılıq və nümunəvi, dilruba bağ yaratmağı öyrənmək olar:

a) Bağın ortasında alçaq, ətrafında uca ağaclar olsun.

b) Bağlar aralı olsun və ətrafları açıq qalsın.

v) Bağlar arasındakı yerlər əkilsin.

q) Bağlar arasından su axsın.

e) Bağlar zəif, xəstəliyə yoluxmuş olmasın.

Bağçılıqda növbənöv üzüm tənəkləri, üzümlə yanaşı xurma, çeşidli əkin, əkinin ağaclarla əhatə olunması ən üstün mənzərə yaradır.

● Bu ayələrdə sanki varlı kafirlərin yersiz tələblərinə cavab verilir. Onlar peyğəmbərdən istəyirdilər ki, fəqirləri özündən uzaqlaşdırsın və sonra iman gətirsinlər. Allah-təala cavab olaraq buyurur: “Yoxsulluq zillət, var-dövlət izzət nişanəsi deyil.”1

Bildirişlər


1. Mövzunu ən sadə, ən fitri və ən ümumi şəkildə anlatma yollarından biri məsəllərdən istifadədir.

2. İnsanlar arasındakı yoxsulluq və varlılıq fərqləri hikmət sahibi olan Allah tərəfindəndir.

3. Əsil əkinçi insan yox, Allahdır.

● Ayə 34:


﴿وَكَانَ لَهُ ثَمَرٌ فَقَالَ لِصَاحِبِهِ وَهُوَ يُحَاوِرُهُ أَنَا أَكْثَرُ مِنكَ مَالًا وَأَعَزُّ نَفَرًا﴾

Həmin kişinin (çoxlu) meyvəsi vardı. Onunla danışmaqda olan dostuna dedi: “Mən səndən varlı, say baxımından güclüyəm.”



Nöqtələr


● Meyvə, mal-mülk, hətta ağac növləri “səmər” adlanır. 42-ci ayədə buyurulur ki, Allahın qəhr-qəzəbi təkcə meyvələri yox, bütün bağı və ağacları əhatə etdi.

● “Sahib” dedikdə yoldaş, həmsöhbət başa düşülür. Bu şəxs hazırkı ayədəki kimi mömin və ya 37-ci ayədəki kimi kafir ola bilər.


Bildirişlər


1. Var-dövlətə, tayfaya bağlılıq və bütün bunlarla öyünmə tüğyan zəminidir.

2. Fəqirlik zillət, sərvət izzət dəlili deyil. Özümüzü yoxsullardan üstün tutmayaq.


Səfalət yurdunu alçaq sayma sən,

Tutsan qulpsuz kuzə düşməz əlindən.

Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin