Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə36/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   32   33   34   35   36   37   38   39   ...   113

● Ayə 35:


﴿وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِّنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَن تَبِيدَ هَذِهِ أَبَدًا﴾

O özünə sitəm qılmış halda bağın içinə gəldi (lovğalıqla) dedi: “Bunun vaxtsa məhv olacağını güman etmirəm!”



Bildirişlər


1. İnsanın bütün olanları Allahdandır və həqiqi malik Allahdır.

2. Gen-bol var-dövlət və nemətlər qürur üçün zəmindir.

3. Allahdan xəbərsizlik, özünü üstün tutmaq, başqalarının təhqiri, maddi bər-bəzəyə aldanış insanın özünə zülmüdür.

4. Azğın və qafil insan heyvan və bitkidən alçaqdır. Allah-təala 23-cü ayədə bağ haqqında buyurur: “Bir şey əskik olmadı.” Amma bağ sahibi haqqında “özünə zülm etmiş” təbiri işlədilir.

5. Nemətləri və bəhrələri heç vaxt əbədi saymayaq.

● Ayə 36:


﴿وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِن رُّدِدتُّ إِلَى رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِّنْهَا مُنقَلَبًا﴾

Güman etmirəm ki, qiyamət qopa. Əgər hətta Rəbbimə doğru qaytarılsam, şübhəsiz, bundan da üstününü tapacağam.”


Nöqtələr


Kafirlər elə düşünürlər ki, Allahın işi nemət verməkdir və insan daim bu nemətlərdən bəhrələnməlidir. “Fussilət” surəsinin 50-ci ayəsində oxuyuruq: “Əgər qiyamət də qopsa, ən üstün şeylər bizim olacaq.” Amma Quran bu sayaq təfəkkürü rədd edir. İnsan Allahın lütf və fəzlindən bəhrələnsə də, Allah istədiyi vaxt suya acılıq qatar, ağacları qurudar, kafirləri məhv edər, ya da peyğəmbərlərə göndərdiyi vəhyi kəsər. Nəhayət anlayarlar ki, Allahın lütfü olmadan nemətlər ələ gələsi deyil.

Bildirişlər


1. Dünyaya bağlılıq və dünyapərəstlik qiyamətin inkarı üçün zəmindir.

2. Qiyaməti inkar edənlərin heç bir dəlili yoxdur.

3. Yersiz və sübutsuz ümid və arzu məhkum olunur.

4. İnsan fitrətən Allah və mənəviyyata meyillidir.

5. Bəziləri yanlış olaraq bol neməti özləri üçün kəramət və dəyər sayır, eləcə də onu əbədi bilirlər.

● Ayə 37:


﴿قَالَ لَهُ صَاحِبُهُ وَهُوَ يُحَاوِرُهُ أَكَفَرْتَ بِالَّذِي خَلَقَكَ مِن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ سَوَّاكَ رَجُلًا﴾

Dostu onunla danışan halda dedi: “Səni torpaqdan, sonra nütfədən yaratdığı, kamil tam bədənli insan etdiyi halda kafir olursanmı?!”



● Ayə 38:


﴿لَّكِنَّا هُوَ اللَّهُ رَبِّي وَلَا أُشْرِكُ بِرَبِّي أَحَدًا﴾

Amma mən (deyirəm ki, odur Allah), mənim Rəbbim. Kimsəni öz Rəbbimə şərik qoşmuram.”



Nöqtələr


● “Mühavirə” dedikdə danışıq, sual-cavab başa düşülür.

Bildirişlər


1.Əqidə məktəbləri arasında azad mübahisə Quran tərəfindən qəbul olunur.

2. Dövlətlilər və qüdrətlilər qarşısında əskiklik hiss etmədən onları doğru yola çağırın.

3. Bəzən var-dövlətə məhəbbət Allaha və qiyamətə qarşı küfrə zəmin olur.

4. Var-dövləti və qohum-əqrəbası ilə öyünən kəsin əlacı ona torpaq əslini xatırlatmaqdır.

5. Məadın inkarı Allahın inkarıdır. İnsan qiyamətə şübhə etməklə Allahın varlığını şübhə altına almış olur. Məadı inkar edən kəsə yoldaşı “səni yaratmış Allahı inkarmı edirsən” dedi.

6. Allahın inkarı təəccüb və heyrət doğurur, məzəmmət olunur.

7. Kafirlərə etiraz etmək caizdir. Amma bu istiqamətdə dəlillər gətirməklə və yol göstərməklə çıxış edilməlidir.

8. Başqalarının tərbiyəsi və azğınlıqdan çəkindirilməsi üçün dəlillər əsasında danışmaq lazımdır.

9. Mömin başqalarının şəkk-şübhəsinə öz mövqeyini qəti bəyan etməklə cavab verməlidir.

10. Allahdan qeyrisinə sığınmaq şirkdir.

11. Həqiqi tövhid istənilən növ şirkin inkarı ilə müşayiət olunur.

● Ayə 39:


﴿وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاء اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ إِن تَرَنِ أَنَا أَقَلَّ مِنكَ مَالًا وَوَلَدًا﴾

üçün bağa daxil olduğun vaxt «maşallah, Allahdan başqa heç bir qüdrət yoxdurdemədin? Əgər məni var-dövlət övlad baxımından özündən əskik görürsənsə!”



Nöqtələr


● Həzrət Peyğəmbər (s) buyurdu: “Allah Öz bəndəsinə var-dövlət və övlad kimi hər hansı nemət verdikdə “maşallah və la qüvvətə illa billah” desə, Allah onu bəla və narahatçılıqlardan qoruyar, öz arzusuna çatar.” Sonra həzrət bu ayəni tilavət etdi.1

Eləcə də rəvayətlərdə deyilir: “La hövlə və la qüvvətə illa billah” (“Allahdan başqa heç bir qüdrət yoxdur”) sözləri bəlanın uzaqlaşması və nemətin davam səbəbidir. Bu söz behişt xəzinələrindən bir xəzinədir.2


Bildirişlər


1. Məzəmmət doğru yola dəvətlə yanaşı olmalıdır.

2. Əqidə ilə bağlı sözləri qəlbdən keçirmək bəs etmir, onları dilə gətirmək lazımdır.

3. Təbiətin gözəl mənzərələri ilə rastlaşdıqda Allahı yada salaq. Bütün nemətlər Ondandır.

4. Qəflət və qürurun qarşısını almaq üçün nemətlərlə rastlaşdıqda Allahın iradəsini yaddan çıxarmayaq.

5. Həqiqi mömin var-dövlət və övladın azlığına xatir yolunu azmaz. “İn tərəni” yəni “mən əskik deyiləm, sən məni əskik görürsən” mənasınadır.

● Ayə 40:


﴿فَعَسَى رَبِّي أَن يُؤْتِيَنِ خَيْرًا مِّن جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًا مِّنَ السَّمَاء فَتُصْبِحَ صَعِيدًا زَلَقًا﴾

Ümid var ki, Rəbbim sənin bağından da yaxşısını mənə əta etsin sənin bağına səmadan hesab olmuş cəza (şimşək əzab) göndərməklə onu yerlə yeksan etsin, otsuz sürüşkən hala salsın.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin