Bildirişlər
1. Elm əldə etmək üçün ustad qarşısında ədəbli və təvazökar olmaq lazımdır.
2. Alimlər və ustadlar qarşısında təvazö peyğəmbər əxlaqındandır.
3. Elm və bilik aşiqi olan insan səy göstərir.
4. Alimlə birlikdə səfərə çıxmaq, elm əldə etmək yolunda çətinliklərə dözmək dəyərli işdir.
5. Elm sorağında olan insanın məqsədi olmalıdır və şəxsiyyət güdməməlidir.
6. İlahi işlər bəzən möcüzə yolu ilə həyata keçsə də, əsas qanun işlərin təbii yolla gerçəkləşməsidir. Musa hikmət öyrənmək üçün şagirdlik etməli oldu.
7. Ülul-əzm peyğəmbərlər də elm və bilik əldə etmək üçün çalışmışlar.
8. Həzrət Xızr peyğəmbər idi və Allah tərəfindən «lədunni» elm almışdır.
9. Təkamül yolunu keçmək və xüsusi ilahi maarifə çatmaq üçün müəllim və bələdçiyə ehtiyac var.
10. Peyğəmbərlərin elmi məhduddur və arta bilər.
11. Elm və kamaldan bəhrələnməkdə peyğəmbərlərin mərtəbələri fərqlidir.
12. Elm və kamalın bütün mərtəbələrinə yiyələnmək peyğəmbərlik şərti deyil.
13. İlahi maarif və elmlərdən xəbərdarlıq insan kamilliyinin təminatçısıdır.
14. Elm öz-özlüyündə məqsəd deyil. O inkişaf mayası olmalı, insanı saleh əmələ sövq etməli, onu qürurdan çəkindirib, təvazökarlığa aparmalıdır.1
● Ayə 67:
﴿قَالَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِيَ صَبْرًا﴾
“(Xızr) dedi: «Sən heç vaxt mənimlə yoldaşlığa dözə bilməzsən.»”
● Ayə 68:
﴿وَكَيْفَ تَصْبِرُ عَلَى مَا لَمْ تُحِطْ بِهِ خُبْرًا﴾
“Tam şəkildə bilmədiyin bir şeyə necə səbir edə bilərsən?”
● Ayə 69:
﴿قَالَ سَتَجِدُنِي إِن شَاء اللَّهُ صَابِرًا وَلَا أَعْصِي لَكَ أَمْرًا﴾
“(Musa) dedi: «Allahın istəyi ilə məni dözümlü görəcəksən və heç bir işdə sənə itaətsizlik etməyəcəyəm.»”
● Ayə 70:
﴿قَالَ فَإِنِ اتَّبَعْتَنِي فَلَا تَسْأَلْنِي عَن شَيْءٍ حَتَّى أُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا﴾
“(Xızr) dedi: «Əgər mənim ardımca gəlirsənsə, özüm bir söz deməyincə məndən heç nə haqqında soruşma.»”
Nöqtələr
● Ötən ayələrdə bəyan olunduğu kimi, həzrət Musa ülul-əzm peyğəmbərlərdən olsa və şəriət elmini bilsə də, digər elmlərdə həzrət Xızr ondan üstün idi.
Bildirişlər
1. Tərbiyəçi və müəllim öz şagirdlərinin tutumundan xəbərdar olmalıdır.
2. Elmi məsuliyyətlər həvalə olunarkən müsbət və mənfi cəhətlər nəzərə alınmalıdır.
3. İnsanların məlumat tutumu fərqlidir. Hətta Musada Xızrın işlərinə dözüm yox idi.
4. Səbir olmadan elmi təkamül əldə oluna bilməz.
5. Bir çox höcətləşmələrin və kin-küdurətlərin səbəbi qarşı tərəfin düşüncə və məqsədindən xəbərsizlik olur.
6. Agahlıq və elmi əhatə insanın tutumunu və səbrini artırır.
7. Səbir və ilahi lütflə kamala çatmaq olar.
8. Gələcəkdə görəcəyimiz hər bir işdən öncə Allahın istəyini yada salaq və “inşaəllah” söyləyək.
9. Xızr məsum idi. Çünki Musa ona itaətsizlik göstərməyəcəyini əhd etdi.
10. Müəllimə itaət və təhsil yolunda səbir elmə çatmağın qaydası və şərtidir.
11. Elmi və tərbiyəvi işlərdə öhdəçilik götürmək caizdir.
12. Sual verməyin vaxtı var və bu işdə tələsmək olmaz.
13. Peyğəmbərlərin bütün işləri dəlil, məntiq və hikmətə əsaslanmışdır.
14. Ustad və tərbiyəçi öz şagirdlərinin şübhələrini aradan qaldırmalıdır.
● Ayə 71:
﴿فَانطَلَقَا حَتَّى إِذَا رَكِبَا فِي السَّفِينَةِ خَرَقَهَا قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْئًا إِمْرًا﴾
“O iki nəfər (Musa və Xızr) yola düşdülər. Nəhayət gəmiyə süvar oldular. (Xızr) onu deşdi. Musa dedi: «Yoxsa sərnişinləri batırmaq üçün onu deşdin? Həqiqətən, rəva olmayan bir iş gördün!»”
● Ayə 72:
﴿قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِيَ صَبْرًا﴾
“(Xızr) dedi: «Demədimmi ki, sən heç vaxt mənimlə yoldaşlığa dözməzsən?»”
Nöqtələr
● “Xərq” fəsad səbəbi ilə və mütaliə etmədən bir şeyi parça-parça etmək mənasını bildirir. “İmr” dedikdə mühüm, təəccüblü və ya çox çirkin iş mənası anlaşılır.
Bildirişlər
1. Təhsildə vaxtı əldən verməyin.
2. Bəziləri sonadək yoldaşlıq etmir. Musanın ilkin yoldaşı sonadək onunla getmədi və Musa həzrət Xızrla ikilikdə yola düşdü.
3. Elm zaman, məkan və hər hansı xüsusi vasitə ilə məhdudlaşmır. (Dənizdə, gəmiyə süvari halda, səfərdə də oxumaq olar.)
4. Bir şəxsin elm və hikmətini qəbul etdikdə onun bizə təəccüblü görünən işlərinə də sükutla yanaşmalıyıq.
5. Bəzən bir şeyin məhvi təhsil üçün şərt olur.
6. Təhlükə baş verdikdə hamı özünü düşünürsə, peyğəmbərlər xalqa görə narahat olur.
7. Gəminin deşilməsi zahirdə başqasının malını korlamaq idi. Musa zahirdə dəlili olmayan bu işə görə etiraz etdi.
● Ayə 73:
﴿قَالَ لَا تُؤَاخِذْنِي بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِي مِنْ أَمْرِي عُسْرًا﴾
“(Musa) dedi: «Məni yaddan çıxartdığım üçün məzəmmət etmə və bu işə görə məni qınama.»”
● Ayə 74:
﴿فَانطَلَقَا حَتَّى إِذَا لَقِيَا غُلَامًا فَقَتَلَهُ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةً بِغَيْرِ نَفْسٍ لَّقَدْ جِئْتَ شَيْئًا نُّكْرًا﴾
“Beləcə, bir gənclə rastlaşanadək yollarına davam etdilər. Xızr həmin gənci öldürdü. Musa dedi: “Kimsəni öldürməmiş bir günahsızımı öldürdün? Həqiqətən, pis bir iş görmüş oldun!”
Dostları ilə paylaş: |