Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə42/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   38   39   40   41   42   43   44   45   ...   113

Bildirişlər


1. Musanın Xızrla görüş və elm əldə etməklə bağlı çalışmaları qeyd olunasıdır.

2. Səfərdə yoldaşımız olsun.

3. Gözəl ünvan seçimi İslamın tövsiyəsidir.

4. Hicrət və elm əldə etmək üçün səfərin çoxlu tarixi keçmişi var.

5. Elm istəyində olan oturub alimin yolunu gözləməməli, onun sorağınca getməlidir. Yəni alimə yetişənədək axtarışdan əl çəkməmək!

6. Elm və alim axtarışına bütün ömrü sərf etməyə dəyər.

7. Elm təhsilinin sonu yoxdur. Musa kimi bir peyğəmbər də elm əldə etmək üçün uzun səfərə hazır olmalıdır.

8. Əsil yoldaş səfərin sonunadək insandan ayrılmır.

9. Dəniz və dənizkənarı mənəvi təlimlər və görüşlər üçün münasib məhəl ola bilər.

● Ayə 62:


﴿فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَاهُ آتِنَا غَدَاءنَا لَقَدْ لَقِينَا مِن سَفَرِنَا هَذَا نَصَبًا﴾

Elə ki, (dəniz kənarından) ötdülər, Musa öz gənc yoldaşına dedi: “Səhər yeməyimizi gətir. Həqiqətən, bu səfərdə çox əziyyət görmüşük.”



● Ayə 63:


﴿قَالَ أَرَأَيْتَ إِذْ أَوَيْنَا إِلَى الصَّخْرَةِ فَإِنِّي نَسِيتُ الْحُوتَ وَمَا أَنسَانِيهُ إِلَّا الشَّيْطَانُ أَنْ أَذْكُرَهُ وَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ عَجَبًا﴾

(Həmin gənc) dedi: “Yadındadırmı, qayaya sığındığımız vaxt mən balığı unutdum. Onu mənə yalnız şeytan unutdurdu. Qəribədir, balıq dənizdə öz yolunu tutdu.”



Nöqtələr


● Sübh yeməyi “ğəda”, axşam yeməyi “əşa” adlanır.

● İmam Sadiq (ə) bildirir ki, həzrət Musa üç dəfə aclıqdan şikayətləndi: Şüeybin qızlarına su gətirib onlara kömək edəndə, (bir qırağa çəkilib dedi: “Pərvərdigara! Mənə nazil edəcəyin xeyirə möhtacam); bu ayədə göstərilən məqamda; kənd əhli onların yemək istəyinə müsbət cavab verməyəndə (Musa Xızra etiraz etdi ki, nə üçün bizə yemək verməyənlərə müftə iş görürsən?);

● Musa və Xızrın görüşəcəyi yerin nişanəsi vardı və bu nişanə həmin yerdə balığın dəryaya sıçraması idi. Həmin yerə çatdıqda balıq dəryaya atıldı, amma Musanın yoldaşı bu barədə Musaya bir söz deməyi unutdu. Bir qədər yol getdikdən sonra əhvalatı ona danışdı. Yenidən geri qayıtdılar və Musa həmin yerdə Xızrla görüşdü.

● Həzrət Musanın 4 səfəri olmuşdur: “Hərb səfəri”;1 “Tələb səfəri”;2 “Türəb səfəri”;3 “Təb səfəri”;4


Bildirişlər


1. Yol yoldaşı və azuqə səfər ehtiyaclarındandır. (Kəhf səhabələrinin də nağd pulu vardı.)

2. Elm və təhsil, mərifət, amallara doğru hərəkət yolunda peyğəmbərlər də çətinliklərlə üzləşmişlər.

3. Şeytanlar Musa və Xızrın görüş və yoldaşlığını istəmədiyindən əhvalatı danışmağı Musanın yoldaşına unutdurdular.

● Ayə 64:


﴿قَالَ ذَلِكَ مَا كُنَّا نَبْغِ فَارْتَدَّا عَلَى آثَارِهِمَا قَصَصًا﴾

(Musa) dedi: «Bu, axtardığımız həmin yerdirÖz ayaqlarının yerini izləyib həmin yolla qayıtdılar.”



● Ayə 65:


﴿فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِندِنَا وَعَلَّمْنَاهُ مِن لَّدُنَّا عِلْمًا﴾

Sonra (həmin yerdə) Öz tərəfimizdən böyük mərhəmət əta etdiyimiz bəndəmizi tapdılar. Biz ona Öz elmimizdən öyrətmişdik.”



Nöqtələr


● İmam Sadiq (ə) buyurur: “Musa şəriət elmini Xızrdan daha yaxşı bilirdi. Digər sahələrdə Xızr Musadan daha agah idi.5

● Ayədə “əbd” (bəndə) deyərkən həzrət Xızra işarə olunmuşdur. O, müəyyən dəlillərə əsasən peyğəmbər olmuşdur:

a) Musa kimi peyğəmbərə ustad olan şəxs hökmən peyğəmbər olasıdır.

b) “Əbdina”, “əbdihi”, “ibadina” təbirləri Quranda adətən peyğəmbərlərlə bağlı işlədilir.

v) Xızr Musaya dedi: “Məndən gördüyün və səbir etmədiyin bütün qeyri-adi işlər mənim yox, Allahın əmri və rəyi əsasında idi.”

q) Musa Xızra söz verdi ki, mən sənin göstərişinə zidd bir iş görmərəm. Ülul-əzm peyğəmbərin nə üçün-niyəsiz təslimçiliyi, qarşısında dayanan şəxsin məsum və peyğəmbər olduğunu göstərir.

d) Qeyri-adi elmlər peyğəmbərlərə məxsusdur.

e) Bəzi təfsirçilər haqqında danışılan tərəfə aid edilən “Rəhmət” sözünü peyğəmbərlik kimi açıqlamışlar.


Bildirişlər


1. Bəzi elmləri səy, təcrübə və təlim yolu ilə əldə etmək olmur. Bu sayaq elmləri əldə etmək üçün “lədunni”–ilahi elmə ehtiyac var.

2. Əziyyət və axtarışın sonu tapıntı və müvəffəqiyyətdir.

3. Cəmiyyətdə yol göstərən Xızrlar tapılır. Əsası axtarmaq, tapmaq və şagirdlik etməkdir.

4. İnsanları Allaha bəndəçiliyə doğru dəvət edən kəs həm özü, həm də onun ustadı həqiqi bəndə olmalıdır.

5. Yalnız bəndəlik sayəsində ilahi rəhmət və elm əldə etmək olar.

6. Hər bir bilikdən də üstünü həmin şeyi daha yaxşı bilməkdir. Demək, elmimizlə qürrələnməməliyik.



● Ayə 66:


﴿قَالَ لَهُ مُوسَى هَلْ أَتَّبِعُكَ عَلَى أَن تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا﴾

Musa ona (Xızra) dedi: «Kamal üçün sənə öyrədilənləri mənə öyrədəsən deyə ardınca gəlimmi?»”



Nöqtələr


● Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Musa Xızrla görüşdüyü vaxt bir quş dəryadan dimdiyinə su alıb sonra yerə atdı. Xızr Musaya dedi: “Quşun bu işinin nə demək olduğunu bildinmi? O bizə anladır ki, Allahın elmi ilə müqayisədə bizim elmimiz dərya ilə müqayisədə bu damla kimidir.”1

● Bu qısa ayələrdə ustada münasibətdə ədəb və təvazödən danışan çoxsaylı nöqtələr var. O cümlədən: Musa şagirdliyə icazə ilə başladı; özünü ustada ardıcıl kimi tanıtdırdı; Xızrı ustad kimi qəbul etdi; özünü ustadın elmlərindən bir hissəsinin şagirdi saydı; ustadın elmini qeyblə əlaqəli bildi; ustadın elmini təsirli saydı; “Allah sənə öyrətdiyi kimi sən də mənə öyrət”, dedi; itaətsizlik etməyəcəyini vəd etdi; ustadın iş və sözlərini əmr saydı; gələcəklə bağlı vəd verməyib “inşaəllah” söylədi.



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin