Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə40/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   36   37   38   39   40   41   42   43   ...   113

Nöqtələr


● Günahkarların qiyamətdə qurtuluş yolu yoxdur. Çünki yalnız iman sayəsində xilas olmaq mümkündür. Allahın əfvi üçün tövbə və saleh əmələ ehtiyac var. Onlarınsa əli boşdur. Onların şəfaət dilədiyi bütlər çarəsiz olduğundan hökmən cəhənnəmə düşəsidirlər.

Bildirişlər


1. Ötən ayədə vəd edilmiş fəlakətli yer cəhənnəmdir.

2. Şirk günahdır, müşrik isə günahkar.

3. Odu görmək əzabdır. Odda yanmaq isə növbəti bir əzab olasıdır.

4. Günahkarlar qiyamətdə odu uzaqdan gördükdə belə onun hənirtisi səbəbindən odda olduqlarını düşünərlər.2

5. Şirk əbədi əzabdır.

6. Qiyamətdə günahkarın heç bir qurtuluş ümidi, çıxış yolu yoxdur.



● Ayə 54:


﴿وَلَقَدْ صَرَّفْنَا فِي هَذَا الْقُرْآنِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٍ وَكَانَ الْإِنسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلًا﴾

Əlbəttə, Biz bu Quranda xalq üçün müxtəlif məsəllər çəkdik. İnsan isə hər şeydən öncə höcətləşəndir.”


Nöqtələr


● “Sərrəfna” dedikdə müxtəlif bəyanlar mənası anlaşılır. Yəni, Biz təsir göstərə biləsi hər bir dil və məntiqlə onlarla danışdıq. “Cidal” sözü isə üstünlük əldə etmək istəyi ilə müşayiət olunan danışıq mənasındadır.

● İnsan ilahi ruhu, mələklərdən üstünlüyü, mələklərin ona səcdəsi, varlıq aləminə hakimliyi kimi müsbət səciyyələrlə yanaşı, bir çox mənfi səciyyələrə də malikdir. Quran ayələrində bu ayələrə işarə olunmuşdur. Zalımlıq, cahillik, höcətkeşlik bu səciyyələrdəndir.


Bildirişlər


1. Xalqın doğru yola yönəlməsi və tərbiyəsi üçün təkrar, rəngarənglik və məsəl çəkmək zəruri və faydalı üsuldur.

2. Quranın məqsədi bütün xalqın hidayətidir. Quran məsəlləri hamının anlaması üçündür.

3. Allah Quran vasitəsi ilə höccəti tamamlamış, yetərli dəlillər gətirmişdir.

4. Quranda dəvət və hidayətin hər bir prinsipi üçün məsəl çəkilmişdir.

5. İnsanda qəbul ruhiyyəsi olmasa, məsəllər çox çəkildikcə o daha çox höcət edəsidir.

6. İnsan rəngarəngliyə və höcətə meyilli mövcuddur.


● Ayə 55:


﴿وَمَا مَنَعَ النَّاسَ أَن يُؤْمِنُوا إِذْ جَاءهُمُ الْهُدَى وَيَسْتَغْفِرُوا رَبَّهُمْ إِلَّا أَن تَأْتِيَهُمْ سُنَّةُ الْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ قُبُلًا﴾

Hidayət (doğru yol göstərişi) gəldikdən sonra xalqa iman gətirməkdən öz Rəbbindən bağışlamaq diləməkdən uzaqlaşdıran oldu? Yalnız o ki, (istədilər) əvvəlkilər haqqında Rəblərinin sünnəsi (ilahi əzab) onlar üçün gəlsin, ya da əzab onlarla qarşı-qarşıya dayansın!”


Bildirişlər


1. Bir belə nişanələri görə-görə iman gətirməkdən boyun qaçırmaq höcətçilik nişanəsidir.

2. Allah yetərincə dəlillər gətirir ki, insanların küfrü üçün bəhanə yolu qalmasın.

3. Təkcə iman gətirmək bəs etmir, büdrəmələrə görə tövbə də lazımdır.

4. Tövbə yolu qoymaq Allahın rübubiyyət şərtidir.

5. Tarixin ibrət götürüləsi sabit sünnələri, qanunları var.

6. Moizə və dəlillər bəzən yetərsiz olur və qarşı tərəfi cəzalandırmaq lazım gəlir. Bəzən səmavi vəhy, daimi təbliğ, tarixin müşahidəsi, ibrətlər, bir sözlə tərbiyəvi amillər inadkar insanlara təsir etmir.

7. İman və tövbə ilahi əzaba mane olur.

8. Allah-təala insanları həm keçmişdəkiləri cəzalandırdığı kimi, həm də yeni bir tərzdə cəzalandıra bilər.



● Ayə 56:


﴿وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ وَيُجَادِلُ الَّذِينَ كَفَرُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ وَاتَّخَذُوا آيَاتِي وَمَا أُنذِرُوا هُزُوًا﴾

Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə verən (günahkarları) qorxudan kimi göndəririk. Amma kafirlər batil yolla höcətləşib, düşmənçilik aparırlar ki, haqqı məhv etsinlər. Onlar bizim nişanələrimizi qorxudulduqları şeyi məsxərəyə qoydular.”



Bildirişlər


1. İlahi sünnələrdən, peyğəmbər risalətindən, xalqın reaksiyasından və inadkar qövmün aqibətindən xəbərdarlıq peyğəmbər üçün bir növ təsəllidir.

2. Peyğəmbərlərin işi xalqı məcbur etmək yox, müjdə və xəbərdarlıqdır.

3. Allah xalqa höccəti tamamlayır, yetərincə dəlil gətirir. Din xalqa məcburi qəbul etdirilmir.

4. Kafirlərin məqsədi haqqın məhvi, bu məqsədə çatmaq üçün vasitələri höcət və istehzadır.

5. Haqla batil arasında tarix boyu müharibə olmuşdur.

6. Kafirlər haqqın qarşısını batil vasitəsi ilə almaq istəyirlər. Onlar anlamırlar ki, batil müvəqqətidir.1

7. Peyğəmbərlərin müjdə və xəbərdarlıqları gerçəklikdir və kafirlər onun məhvi üçün səy göstərirlər.

8. İlahi ayə və hökmlərin məsxərəyə qoyulması kafirlərin həmişəki işidir.



● Ayə 57:


﴿وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا وَنَسِيَ مَا قَدَّمَتْ يَدَاهُ إِنَّا جَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِن تَدْعُهُمْ إِلَى الْهُدَى فَلَن يَهْتَدُوا إِذًا أَبَدًا﴾

Rəbbinin ayələri ilə xəbərdar edildikdən sonra onlardan üz döndərən, öz keçmiş əməllərini unudan kəsdən sitəmkar kimdir?! Əlbəttə, Quran ayələrini anlamasınlar deyə Biz onların qəlblərinə pərdələr çəkdik, doğru yola çağırıldıqları vaxt yola gəlməsinlər deyə qulaqlarında ağırlıq qərar verdik.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin