● Ayə 97:
﴿فَمَا اسْطَاعُوا أَن يَظْهَرُوهُ وَمَا اسْتَطَاعُوا لَهُ نَقْبًا﴾
“(Bu dəmir divar hazırlandıqdan sonra Yəcuc və Məcuc) onu nə adlaya, nə də dağıda bildilər.”
Nöqtələr
● Çatın tutulması “rədm”, kənar və tərəf “sədf”, ərimiş mis “qitr”, böyük dəmir parçası “zubər” adlanır.
● İmam Sadiq (ə) buyurur: “Təqiyyə dedikdə sizinlə müxaliflər arasında onların aşa və dələ bilməyəcəyi sədd nəzərdə tutulur.”1
Bildirişlər
1. İlahi övliyaların nəzərində bütün imkanlar Allahdandır.
2. Peyğəmbərlər risalət və xalqın hidayəti üçün kimsədən pul və maddiyyat ummamışlar.2
3. İnsanların imkanları onların faydası yolunda istifadə olunmalıdır.
4. Məqsədə çatmaq üçün proqram, istək və büdcədən əlavə xalqın çalışqanlığı və iştirakı da lazımdır.
5. Bəzən maddi yardımlardan yox, insani qüvvədən kömək istənilməlidir.
6. Dəmir və mis qatqısı peyğəmbərlərin kəşfidir. (Bu gün də elmi baxımdan uyğun tərkib əhəmiyyətlidir.)
7. İşin möhkəm və nöqsansız yerinə yetirilməsi peyğəmbərlərə xas xüsusiyyətlərdir. Zül-Qərneynin tikdiyi sədd o qədər möhkəm idi ki, kimsə onu aşa və dələ bilmirdi.
8. İctimai problemlərin həllində həmdərd insanların əl-ələ verməsi lazımdır. Çəkilən zəhmətlərə qiymət verdikdə iş dəyərli olur.
9. Ləyaqətli rəhbərlər elm və sənət, qarşılıqlı yardım sayəsində ən sadə fərd və vasitələrlə ən üstün işlər görürlər. Əgər müdir ləyaqətli olsa, sadə işçilər mühüm layihələri həyata keçirə bilərlər.
● Ayə 98:
﴿قَالَ هَذَا رَحْمَةٌ مِّن رَّبِّي فَإِذَا جَاء وَعْدُ رَبِّي جَعَلَهُ دَكَّاء وَكَانَ وَعْدُ رَبِّي حَقًّا﴾
“(Zül-Qərneyn) dedi: «Bu, Rəbbim tərəfindən böyük mərhəmətdir. Rəbbimin vədi yetişən vaxt onu dağıdıb hamarlayar. Rəbbimin vədi haqdır.»”
Nöqtələr
● Zül-Qərneynin tikdiyi sədd bəzilərinin iddia etdiyi kimi Çin səddi deyil. Çünki həmin sədd dəmir və mislə düzəlmişdi. Qafqaz ərazisində yaxınlığında çay axan dəmir bir sədd tapılmışdır. Bu səddin həmin sədd olduğu daha inandırıcı görünür.1
Bildirişlər
1. İlahi insanlar heç vaxt qürrələnmir və Allahın rəhmətindən yardım aldıqlarını bilirlər.
2. Bütün səylər, dəyişikliklər bəşəriyyətin tərbiyəsi və inkişafı üçündür. Bu məqsəd ayədə 3 dəfə təkrarlanır.
3. Allahın rəhmət və rübubiyyəti bir-birinə bağlıdır.
4. Asayiş ilahi rəhmətdir. Adı çəkilən sədd xalqın əmniyyəti üçün tikilmişdi.
5. İş və səyin ilahiliyi, ciddilik, xalqın həmkarlığı, müdiriyyət və sənət, uca məqsədlər - bütünlüklə ilahi lütflər məcmuəsidir.
6. Xalqın asayişini təmin etməklə daha yaxşı təbliğ və dəvət etmək olar, eləcə də, digər işlər üçün zəmin yaranar. Zül-Qərneyn səddi başa çatdırdıqdan sonra xalqı yaranış və məadla tanış etdi.
7. Qiyamət astanasında hər şey xarab olar.
8. Allahın iradə və qüdrəti qarşısında insanların ən möhkəm qalaları davamsızdır.
9. İlahi insanlar Allahın lütfünə istinad edərək gələcəkdən xəbər verirlər.
10. İşin möhkəm görülməsini Allahın övliyalarından öyrənmək lazımdır. Onlar qiyamət astanasınadək yerində dayanası sədd düzəldirlər.
11. Həm dünya işlərini nöqsansız və möhkəm yerinə yetirmək, həm də ilahi qüdrəti danıb fərdi gücün puçluğunu unutmamaq lazımdır.
12. İlahi rəhbərlər insanların həm dünyasını abad edir, həm də onların diqqətini axirətə yönəldirlər.
● Ayə 99:
﴿وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِي بَعْضٍ وَنُفِخَ فِي الصُّورِ فَجَمَعْنَاهُمْ جَمْعًا﴾
“Həmin gün (dünyanın sonunda) dalğa tək bəziləri bəzilərinə qatışsın deyə onları boşlayarıq. Sur üfürüldüyü vaxt hamını bir yerə toplayacağıq.”
● Ayə 100:
﴿وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِّلْكَافِرِينَ عَرْضًا﴾
“Həmin gün cəhənnəmi necə lazımsa kafirlərə göstərəcəyik.”
● Ayə 101:
﴿الَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِي غِطَاء عَن ذِكْرِي وَكَانُوا لَا يَسْتَطِيعُونَ سَمْعًا﴾
“O kəslər ki, gözlərində Mənim zikrimdən qəflət pərdəsi vardı və (təəssüb və inadkarlıq səbəbindən) eşitmək gücündə deyildilər.”
Nöqtələr
● Uyğun ayəni “Ənbiya” surəsinin 96-cı ayəsi ilə yanaşı qoysaq məlum olar ki, Yəcuc və Məcuc qövmü məsələsi qiyamətə aiddir və həmin gün üçün bir müqəddimədir. Yəni qiyamətdən öncə Yəcuc və Məcuc qövmü özbaşına buraxılar və dalğa tək yayılıb gedər.
● İmam Rzadan (ə) “gözlərində mənim zikrimdən qəflət pərdəsi” ayəsinin təfsiri haqqında soruşulduqda həzrət buyurdu: ”Ayədə zikr” dedikdə Əli ibn Əbi-Talib (ə) nəzərdə tutulmuşdur.1
● 101-ci ayədə göz və qulaq dedikdə mərifət, bəsirət və agahlıq nəzərdə tutulmuşdur. Söhbət qəlb gözü və qəlb qulağından gedir. Quranda korluq bəzən qəlbə aid edilir.2
Bildirişlər
1. Harada asayiş varsa, o asayiş Allahın lütfüdür. Xalq bir an özbaşına buraxılsa dünya bir-birinə dəyər.
2. Zül-Qərneyn səddinin uçulması qiyamət nişanələrindəndir.
3. Qiyamətdən öncə bəzi qövmlər yer üzündə hərc-mərclik yaradar. Amma həzrət Mehdinin (ə) zühuru ilə yer üzü islah olar.
4. İnsan daha çox göz və qulaqla xəbər tutur. Onların gözündə pərdə vardı və qulaqlarında haqqı eşitmək gücü yoxdur. Onlar haqqı anlamırdılar. Axı zikr gözlə görünəsi deyil.
5. Əslində eşitmə qabiliyyəti olan insan o qədər alçalır ki, onda haqqı eşitmək gücü qalmır.
6. Cəhənnəm kafirlərin dünyadakı əməllərinə və tərsliklərinə görə onlara göstərilir.
Dostları ilə paylaş: |